İsrail Azərbaycanın etibarlı dostu və müttəfidir
07.04.2023 [16:46]
Aprelin 7-si Azərbaycanla İsrail arasında hökumətlər səviyyəsində diplomatik əlaqələrin qurulduğu gündür. İsrail dövləti qurulduğu gündən bugünə qədər bütün türkdilli xalqlara dost və qardaş münasibəti göstərib. Yəhudi xalqı ilə türk xalqlarının minillərə söykənən tarixi dostluğu vardır. Və təsadüfi deyil ki‚ 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ilin fevralında Azərbaycanın müstəqilliyinin BMT TŞ-da müzakirəyə çıxarıldığı zaman İsrail təşkilata sədrlik edirdi. Məhz İsrailin və yəhudi lobbisinin dəstəyi nəticəsində BMT TŞ-da Azərbaycanın müstəqilliyi müzakirəyə çıxarılır. BMT-də Azərbaycanın müstəqilliyinin tanınmasına ilk səs verən ölkə də məhz İsrail olub. İsraildən sonra isə Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ, daha sonra isə Böyük Britaniya‚ Fransa və Çin-in ardından Rusiya Azərbaycanın lehinə səs vermişdir və beləliklə, Azərbaycan suveren və müstəqil ölkə olaraq tanınaraq BMT-yə daxil olmuşdur.
Həmin vaxtdan İsraillə Azərbaycanın diplomatik münasibətləri sürətlə inkişaf etməyə başladı. 1992-ci ilin aprelin 7-də isə hökumətlərarası diplomatik əlaqələr quruldu. 1993-cü ilin avqustunda isə İsrailin Azərbaycanda səfirliyi açılıb.
Bu 30 il vaxt ərzində İsraillə Azərbaycanın diplomatik münasibətləri dostluq‚ qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldi. Əlbəttə ki‚ bu münasibətlərin dərinləşməsində Azərbaycandakı yəhudi icmalarının‚ Azərbaycandan İsrailə köçən yəhudilərin böyük rolu olub. Azərbaycandan İsrailə köçən yəhudilər öz vətənləri Azərbaycanla İsrail dövləti arasında yaxşı münasibətlərin qurulması üçün əllərindən gələni ediblər. Birinci və ikinci Qarabağ müharibələrində də yəhudilər Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə könüllü iştirak ediblər. Onlardan Milli Qəhrəman Albert Aqarunov və bir neçəsi şəhid olub.
Birinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana əlindən gələn dəstəyi göstərmişdir. Həmçinin 2016-cı ilin Aprel döyüşləri zamanı da‚ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da İsrail dövlətinin‚ yəhudi lobbisinin və dünya yəhudilərinin Azərbaycana misilsiz dəstəyi oldu. Bu gün İsrail dövləti Azərbaycanın etibarlı hərbi və strateji müttəfiqidir. İki ölkə arasında təkcə hərbi sahədə deyil‚ təhlükəsizlik‚ iqtisadi‚ tibbi və mədəni sahələrdə də çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. İsraillə diplomatik münasibətlər və müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında hələ min illərə söykənən dərin dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur. Yəhudilərin Qafqazda və Azərbaycanda yaşadığı 2600-2700 illik qədim bir dövr ərzində Azərbaycan xalqı ilə dostluq və qardaşlıq ənənəsi mövcud olub. Yəhudilər bu günümüzə qədər hər zaman bütün tarix boyu Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində azərbaycançılığı təbliğ ediblər, Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar.
Beynəlxalq Yəhudi təşkilatları da öz çıxışlarında və bəyanatlarında bunu dəfələrlə bəyan edərək daim Azərbaycan dövlətinə və xalqına xeyir-dua arzu ediblər.
Dr. Mirsamir Məmmədov
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin Direktoru
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

