Böyük seçimin ilk addımları...
06.05.2023 [11:00]
Nəticələri xalqın iradəsi müəyyənləşdirəcək
Günel
Mayın 14-də Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda diqqət mərkəzindədir. İlk növbədə ona görə ki, Türkiyə bizə qardaş dövlətdir və Azərbaycanda sosial və siyasi statusundan asılı olmayaraq heç bir vətəndaş orada baş verən hər hansı hadisəyə biganə qala bilməz. Biz bunu baş vermiş son zəlzələ zamanı daha aydın gördük. Bizim cəmiyyətimiz bu faciəyə dərhal reaksiya verdi və demək olar ki, hər bir vətəndaşımız qardaş ölkənin ehtiyaclarının qarşılanmasında hansısa formada iştirak etməyə çalışdı. Bu gün də seçki prosesinin həlledici nəticəsi bizim üçün o qədər maraqlıdır. Bu mənada Türkiyədəki seçkilər Azərbaycan üçün həm də həyati əhəmiyyətli hadisədir. Yeri gəlmişkən, ötən gün Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Seçki məntəqələri mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən açılıb.
Səsvermədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib. O, seçkilərin şəffaf keçəcəyinə əminliyini bildirib: “Azərbaycandakı Türkiyə vətəndaşları üçün Gəncə və Naxçıvanda da səs vermək imkanı yaradılıb. Səsvermə prosesi isə mayın 7-dək davam edəcək. Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”.
Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə biləcəklər. Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00-dək davam edəcək. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırk? dövlət başçısı Rəcəb Tayyib
Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

