Seçkilərin ikinci mərhələsi nə vəd edir?
26.05.2023 [10:50]
Türkiyə xalqının hər qərarını dəstəkləyirik
İkinci mərhələ birincinin məntiqi və siyasi davamı kimi...
Günel ABBASOVA
Mayın 28-i Türkiyədə növbəti tarixi gündür. Həmin gün Türkiyədə prezident seçkilərinin ikinci və yekun turu keçiriləcək. Bizim üçün də önəmli bir gündür. Çünki Türkiyə Azərbaycanın müttəfiqidir, türk xalqı ilə Azərbaycan xalqı dost və qardaşdır. Bu mənada Türkiyədəki seçkilər Azərbaycan üçün də həyati əhəmiyyətli hadisədir. Biz də öz növbəmizdə seçkilərin birinci mərhələsindən sonrakı vəziyyətinin şərhinə davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, xalqımız Azərbaycanla Türkiyə arasında olan münasibətlərin bundan sonra da yüksək səviyyədə davam etməsini istəyir: “Biz istəyirik ki, iki ölkə arasında imzalanan müttəfiqlik haqqında Şuşa bəyannaməsinin müddəaları bundan sonra da uğurla davam etdirilsin. Azərbaycan dövləti və xalqı Türkiyənin haqq yolunu, ədalətli yolunu dəstəkləyir, qardaş ölkənin daim dünya dövlətləri arasında öz yerinin olmasını arzulayır. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclüdür. Türkiyənin ədalətli mövqeyi həm də Azərbaycanın ədalətli mövqeyidir. Həqiqətdir ki, Qarabağ probleminin ədalətli şəkildə həll olunmasında, Azərbaycanın haqq işinin müdafiəsində Türkiyə Cümhuriyyətinin müstəsna xidməti var. Hər iki dövlət başçısının bir-birinə dost və qardaş münasibəti də əslində, dövlətlər arasındakı yüksək səviyyəli əlaqələrin göstəricisidir”.
Onun sözlərinə görə, birinci mərhələdə verilən düzgün qərar ikinci mərhələdə də öz təsdiqini tapacaq: “Azərbaycanla Türkiyə arasında həm də bir qardaşlıq tarixi var. Bu qardaşlıq tarixinin bünövrəsi Çanaqqalada qoyulub, minlərlə azərbaycanlı Rusiya təbəəsində olmağına baxmayaraq Osmanlının haqq işində dil və din qardaşlarının yanında oldu, onların istiqlalı üçün vuruşdu, hətta şəhid olanlarımız da var idi. Təbii ki, Osmanlı da borclu qalmadı. O zaman elan olunan Cümhuriyyətin ordusu yox idi. Həmin vaxt Osmanlı Qafqaz İslam Ordusu deyilən bir ordu Azərbaycanın köməyinə çatdı. Bu Ordu Gəncədən Bakıya qədər azadlıq, mücadilə yolu keçdi və bu yolda 1300 nəfərdən artıq şəhid verdi. 1921-ci ildə Qars müqaviləsinin şərtlərinə görə Naxçıvanın Azərbaycanın tərkibində qalması, 44 günlük Vətən müharibəsi və bu müharibədə Türkiyə Cümhuriyyətinin Azərbaycana hərtərəfli yardımı, Şuşa bəyannaməsinin imzalanması onu göstərir ki, biz Türkiyədəki mövcud iqtidarla dost və qardaşıq.Bir sözlə, Türk xalqı Azərbaycan xalqı ilə dostdur, qardaşdır. Biz də iqtidar partiyanın nümayəndələri olaraq Türkiyədə hakim partiyanın növbəti dəfə qalib olmasını arzulayırıq. Hadisələrin gedişi onu göstərir ki, bu cür də olacaq. Hər halda biz Türkiyə xalqının hər bir qərarını dəstəkləyəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

