AXCP-dəki avtoritar idarəetmə ifşa olunur
22.06.2023 [10:20]
Bu dəfə Vahid Məhərrəmli istefa verdi
“Vətəndaş hüququna hörmət edən insan Əli Kərimlinin yanında uzun müddət qala bilməz”
Günel ABBASOVA
AXCP daxilində hökm sürən dözülməz mühit, despot rejimini xatırladan idarəetmə bütün partiya üzvlərini narahat etməkdədir. Vaxtilə bu partiyada təmsil olunan şəxslər ard-arda istefa verərək bu qurumdan ayrılmasının ən böyük səbəblərindən biri də məhz sədr Əli Kərimlinin yaratdığı dözülməz mühitdir. Təsadüfi deyil ki, bu günlərdə partiyadan istefa vermiş daha bir şəxs - Vahid Məhərrəmli də bu cür təzyiqlərə görə bu addımı atıb. İqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli həm partiya üzvlüyündən, həm də Milli Şuradan istefa verib. Xəbər portallarında yer alan məlumata görə, V.Məhərrəmlinin AXCP-nin qurultayından öncə bu addımı atmasının səbəbləri partiya daxilində uzun illərdən bəri gərgin münasibətlərin, fikir ayrılığının pik həddə çatmasıdır.
Qeyd olunduğu kimi, Əli Kərimlinin partiyada yaratdığı diktaturaya əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən açıq şəkildə ifşa edilir. Məhz bu kimi məsələlərə görə, Əli Kərimlinin ətrafında olan şəxslər ard-arda istefa verərək ondan “canlarını” qurtarmağa çalışırlar. Ə.Kərimlinin partiya daxilində yaratdığı avtoritarizmin isə səbəbi bəllidir - o, xarici antimilli mərkəzlərdən aldığı ianələrə tək sahib olmaq istəyir. Eyni zamanda, partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmaq tələb edilir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və nəhayətdə partiyadan uzaqlaşdırılırlar.
Vahid Məhərrəmli də Əli Kərimlinin partiyanı idarəetmə qaydalarından narazı olub. Hətta məlumata görə, Əli Kərimli V.Məhərrəmlinin həm siyasi fəaliyyətini, həm də peşəkar fəaliyyətini nəzarətdə saxlamağa, diktə etməyə cəhd göstərib. Digər partiya üzvləri və rəhbərlikdə təmsil olunan şəxslər kimi, V.Məhərrəmli də mətbuata açıqlamalarını, sosial şəbəkələrdə paylaşımlarını əvvəlcə Əli Kərimli ilə “razılaşdırmalı” imiş. Bir sözlə, fərqli fikrə qarşı dözümsüzlük göstərən AXCP sədri növbəti istefa ilə üz-zə qalmalı olub .
Vaxtilə məhz Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritar idarəetməyə etiraz olaraq AXCP-dən istefa verərək yeni partiya yaradan Milli Məclisin deputatı Razi Nurullayev məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. O bildirib ki, ağlı olan, dünyagörüşlü, eyni zamanda özünün söz hüququna, vətəndaş hüququna hörmət edən insan, təbii ki, Əli Kərimlinin yanında uzun müddət qala bilməz: “Onu tanıdıqca gündən-günə münasibət dəyişəcək və sonda, təbii ki, oradan getməli olacaqsan. Əslində, Əli Kərimlini tanımaq üçün bir-iki ay vaxt bəs edir. Ancaq mərhələli şəkildə üzvlər oraya məcburən bağlanır. Çünki orada elə bir mühit var ki, insan düşdüsə o bataqlıqdan çıxa bilmir. Bu mənada AXCP bataqlıq kimi yerdir. Ona görə də üzvlükdən imtina etmək məsələləri müəyyən bir zaman alır. Hansısa bir adam buradan çıxmaq istəyəndə ona qarşı “linçləmə siyasəti” aparılır. Həmin adamı hörmətdən salmaq, partiya üzvlərinin gözündə düşmən obrazında qələmə vermək cəhdlərinin şahidi olursan. Bu mənada insan düşünür ki, getsəm mənim ictimai-siyasi obrazıma ciddi zərbə dəyəcək. Ancaq müəyyən zaman sonra elə bir vəziyyət yaranır ki, insan bu fikrinin üstündən belə keçməli olur və özünün siyasi nüfuzundan da imtina edir. Düşünür ki, artıq burada qalmaq fiziki və mənəvi olaraq daha zərərlidir”.
R.Nurullayev bildirib ki, AXCP-də təmsil olunduğu dövrdə azad söz üzərindəki senzura ilə sıx rastlaşıb: “Müsahibələrimizdə də mütləq onun adını çəkməli, sitat gətirməli idik. Hətta tərifləməlisən, əks halda “qərəzli” kimi qələmə verilən müsahibə insana problem yaradırdı. Belə bir adam digər opponentlərini söz azadlığını, demokratiyanı pozmaqda tənqid edir. Bu da olduqca ironik məsələdir. Bugünkü istefalar da sırf bu məsələlərlə bağlıdır. Hər hansı bir müsahibə verən zaman, başlığın dəyişilməsindən tutmuş, müsahibədəki fikirlərin ixtisar və düzəlişinə qədər bir çox məsələlər əsl problem yaradır. Ancaq AXCP-yə məxsus siyahıda olan bir neçə media orqanına müsahibə vermək mümkün idi. Həmin media qurumları da bunu özbaşına etmirdilər, Əli Kərimlinin “göstəriş” verməsini gözləyirdilər. Təbii ki, siyasətçilər ictimaiyyətə çıxış etmək amalı ilə yaşayırlar. Belə olmadıqda həmin siyasətçilərin də hüququ pozulur. Partiyadan istefa verdiyim zamanlarda bir çox təzyiqlərlə üzləşdim. Könüllü olaraq partiyadan istefa verməyimi və səbəb kimi xəstəliyimi əsas göstərməyimi istədilər. Yalnız belə olduqda mənə qarşı mənəvi terror həyata keçirməyəcəklərini dedilər. Belə çıxır ki, illərlə yanaşı yol yeridiyini düşündüklərin sənə xəyanət edirlər. Təbii ki, siyasətçi bunu qəbul edə bilməz. Elə mən də qəbul etmədim”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

