Şüuraltı yaranan xəstəliklər...
25.06.2023 [11:40]
İnsanı həddindən artıq qorxudan, dəhşətə bürüyən, çarəsizlik yaradan, çox vaxt anidən gələn hadisələrin yaratdığı təsirlərə psixoloji travmalar deyilir. Yaşadığımız həyatda kədərli, sarsıdan hadisələr çox olur, ancaq bunların hamısı psixoloji travma yaratmaz. Bəzi tramvalardan qaynaqlanan prosseslər nəticəsində də insan psixologiyasında pozuntular yaranır. Bu da tibbə məlum olan və olmayan psixoloji xəstəliklər yaxud sindromlarla nəticələnir. Tibbdə bəzi psixoloji xəstəliklər var ki, insanlar tərəfindən birmənalı qarşılanmır. Çünki insanlar bu kimi xəstələrə öz yaxınları tərəfindən rastladıqları və adi hal qəbul etdikləri üçün tərəddüd edirlər. Sözü gedən psixoloji narahatlıqlardan biri də kleptomaniyadır.
Kleptomaniya: Cinayət, yoxsa xəstəlik?
Cəmiyyətdə “oğurluq xəstəliyi” kimi tanınan kleptomaniya ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı bir impuls kontrol pozuntusudur. Həkimlərin fikrincə, cəmiyyətdə belə xəstəliyin yayılma halları çoxdur, amma bununla bağlı təbiblərə müraciət edənlər yoxdur. Bu insanlar özlərinə lazım olmayan, əhəmiyyətsiz əşyaları oğurlayırlar. Götürdükləri əşyanı kiməsə bağışlayır, yaxud həmin əşyanı satır, ya da ki gizli saxlayırlar. Hansısa qiymətli bir əşyanı götürmək, sonra isə satmaq - bu, artıq kleptamoniya deyil, oğurluqdur. Yeri gəlmişkən, Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin beynəlxalq səviyyəli bir tədbirdə qonşu masadakı qələmi götürməsi hadisəsi barədə mediada məlumat verilmişdi. Həmin qələmi götürəndə, onun simasında xüsusi bir zövq ifadəsi müşahidə edilmişdi. Fotoqraflar isə o anı ölümsüzləşdirmişdilər. Hiss olunur ki, Sarkozidə də həmin xəstəliyin əlaməti var...
Stendhal sindromu (hiperkulturemiya)
Stendhal sindromu incəsənət nümunələri və yaxud inanılmaz dərəcədə gözəl və canlı təbiət mənzərəsi ilə qarşılaşdıqda yaranır. Baş gicəllənməsi, huşun itirilməsi, ürəyin sürətlə döyünməsi və bəzən hallusinasiyaların görünməsi ilə müşayiət olunan psixosomatik bir xəstəlikdir . Bu sindromun adı isə dahi yazıçı Stendhal ilə əlaqəlidir. Belə ki, Stendhal öz əsərində Florensiyaya səfəri zamanı yaşadığı təəssüratları təsvir etmişdi: “Müqəddəs Xaç kilsəsindən çıxdıqda ürəyim sürətlə döyünməyə başladı, həyat gücümün tükəndiyini hiss etdim və yıxılmaqdan qorxa-qorxa getməyə başladım. Mən böyük ehtiras və ilhamla yaradılmış incəsənət nümunələrini gördükdən sonra ətrafımdakı hər bir şey öz mənasını itirməyə başladı”.
“Xarici aksent” sindromu
Bu xəstəlik bu günə qədər 65 nəfərdə müşahidə olunub. Beynin danışıq hissəsində əmələ gələn zədə səbəbi ilə yaranır. İnsan öz ana dilini xarici dil aksent ilə danışmağa başlayır. Sindromun ən maraqlı tərəfi isə aksenti dəyişən insanların daha əvvəl heç eşitmədikləri və görmədikləri bir ölkənin aksenti ilə danışmalarıdır.
Trixotillomaniya
İmpuls nəzarətin pozğunluq növlərindən biridir. Eyni qrupa piromaniya (yanğına meyillilik) və kleptomaniya pozuntuları da aiddir. Ancaq trixotillomaniya xəstənin özü-özünə vurduğu ziyandır. Bu psixi pozuntu saçları yolmağa olan meyillilikdir. Xəstə başında və ya bədəninin hər hansı hissəsində olan saçları yolub qoparmağa çalışır. Bu zaman onlar çox ağrı hiss etsələr belə, dayana bilmirlər - barmaqlarının hərəkəti tamamilə onlara tabe deyil.
Əslində, bu cür xəstəliklərin özəyində...
Təbii ki, bu cür pxisoloji pozuntuların yüzlərlə növü var. Məsələn, adını çəkmədiyimiz savant, sinesteziya, depersonalizasiya, somatoparafreniya, autosarkofaqiya, magifrenik, kapqras, otello, Paris, yad əl, Peter Pen, “munchausen” kimi psixaloji narahatlıqlar dünyada az-az rast gəlinsə də, tibb elmində öyrənilir. Psixoloqların fikrincə isə bu kimi psixoloji xəstəliklərin altında uşaqlıq travmaları yatır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasıda psixoloq Gülnar Orucova bəzi xəstəliklərin müalicəsinin hələ də araşdırıldığını bildirib: “Tibb elmində xüsusi sahələr var ki, hətta səbəbləri belə məlum deyil. Ancaq səbəbi məlum olan xəstəliklərin 80 faiz sağalma ehtimalı var. Ancaq bu faiz yaşla əlaqədar olaraq azala bilər. Bəzən insanlar gördüyü balaca bir halusinasyonu da hər hansı bir xəstəliklə bağlayır. Bu yanlışdır. Belə ki, insan yuxusuzluqdan əziyyət çəkdikdə, qəza keçirdikdə, yaxud hər hansı bir sarsıdıcı hadisə yaşadıqdan sonra da halusinasyonlarla qarşılaşa bilər. Ancaq bu prosses davamlı şəkildə olarsa, psixoloji xəstəliklərə yol aça bilər. Məsələn, şizofrenik insanlarda bu halusinasyonlar adət halına gəlib. Bu xəstəliklərin özəyində nevroloji sistemdə olan hər hansı bir genetik xəstəlik və yaxud uşaqlıqda yaşanmış hər hansı bir ağır travmanı psixoloji sarsıntı olaraq beyində, şüuraltında qalmasıdır. Bəzən uşaqlıqda yaşanan travmalar insanın bütün həyatına təsir göstərə bilir. Travmaları uşaqların ən güvəndiyi və yaxın münasibətdə olduğu valideynlərindən olması da bir reallıqdır. Bu səbəbdən övladlarımıza uşaq yaşlarından diqqətli davranmağa səy göstərməliyik. Unutmayaq ki, onlar bizdən sonra gələcək cəmiyyəti formalaşdıran davamçılardır. Hər halda geridə xoşbəxt və sağlam cəmiyyəti hamımız görmək istəyərik”.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17

