“Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
14.07.2023 [12:12]
Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 14-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Sənədə əsasən “Avtomobil nəqliyyatı haqqında” Qanun ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.
Dəyişikliyə görə, Qanuna yeni anlayışlar əlavə edilir:
- taksometr – taksi minik avtomobilinin qət etdiyi məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatı;
- analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;
- rəqəmsal taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;
- rəqəmsal taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;
- sürücünün taxoqraf kartı – avtonəqliyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edilən rəqəmsal kart;
- operatorun taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən operatora məxsus rəqəmsal kart;
- emalatxana taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xidmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;
- nəzarətçi taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;
- formulyar– qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;
- taksi sifarişi operatoru – taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
- buraxılış vəsiqəsi – bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazə;
- buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kart.
Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17

