Azərbaycan ombudsmanı Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib
29.08.2023 [12:07]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
“Hesab edirik ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Laçın yolu ilə əlaqədar son bəyanatı Ermənistanın siyasi manipulyasiyası əsasında Azərbaycanın Xankəndi şəhərində humanitar vəziyyətlə bağlı formalaşmış yanlış iddialara dəstək prosesinin davamıdır.
Biz Avropa Şurasının komissarından belə həssas məsələ ilə bağlı daha dərin araşdırma aparmaqla, vəziyyətin normallaşmasına xidmət edə biləcək, hazırda çox vacib əhəmiyyət daşıyan sülh prosesinə əhəmiyyətli töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirdik.
Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır.
Biz Avropa Şurasının insan hüquqları üzrə komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regiondakı mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyalara xidmət edən və sülh quruculuğu prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini dəstəkləməyə dəvət edirik”, - deyə Səbinə Əliyevanın cavabında vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

