Səkkizinci gün
05.09.2023 [10:55]
Ağdam-Xankəndi yolunda...
Günel ABBASOVA
Ermənistan və havadarlarının Qarabağ erməniləri üzərindən oynadıqları oyun iflasa uğramaqdadır. Məlum olduğu kimi, 8 gün əvvəl Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) göndərilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər hazırda ərazidə qurulan çadırlarda gecələyir, istirahət edirlər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Qeyd edək ki, ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qızıl Aypara Cəmiyyəti qərarlıdır
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən bildirib ki, Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdikləri ərzaq yükünün Xankəndiyə çatdırılması üçün hələ də cavab gözləy??lər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə bildirib ki, bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır: “AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq”, deyə o bildirib.
Məqsəd nədir?
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən ərzaq yükü Azərbaycan tərəfindən atılan humanist addımdır. Separatçı rejimin yükü qəbul etməməsi isə Ermənistanın və onun himayədarlarının “humanitar böhran”, “blokada” oyunlarını tam fiaskoya uğradır. “Aclıq çəkənlər”in yardımdan imtina etməsi bir daha sübut edir ki, “blokada” bir şoudur. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda həqiqəti dünyanın diqqətinə çatdırır, yalançı erməni təbliğatının qarşısını alır. Rəsmi Bakı yaranan bütün problemləri sülh yolu ilə, humanitar gündəliyə əsaslanaraq həll etməyə çalışır və digər tərəfdən, təbii ki, biz beynəlxalq ictimaiyyətə açıq şəkildə bildiririk ki, humanitar məsələlərin həlli ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Separatçı hakimiyyətin bu humanitar yardımın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə çatdırılmasına əngəllər yaradacağı gözlənilən idi. Burada aydın görünür ki, xunta rejimi Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Azərbaycan ərazisindən yüklərin gəlməsində də maraqlı deyil. Əgər həqiqətən də məhsulların çatdırılması üçün təcili humanitar yardıma ehtiyac varsa, o zaman yol açıq olmalıdır və yardım təyinat yerinə getməlidir. Bu baş verməsə, bəlli olacaq ki, erməni tərəfi bir məqsədlə şou qurur - indiki vəziyyət ətrafında qeyri-müəyyənliyi uzatmaq, bundan Azərbaycana qarşı arqument kimi istifadə etmək, Bakıya təzyiq göstərmək... Bu isə süni şəkildə gərginliyin yaranması deməkdir.
İlk növbədə, dövlətimiz Qarabağdakı ermənilərin taleyindən narahat olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun açıq olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur. Eyni zamanda, bu ərazilər hər kəs, o cümlədən Ermənistanın da tanıdığı Azərbaycanın suveren torpaqlarıdır və burada yaşayan insanlar həqiqətən də “blokada”dırsa, rəsmi Bakı onların problemlərini özü həll edə bilər. Lakin əgər Qarabağdakı ermənilər bundan imtina etsələr, bütün bunların bir yalan olduğunu dünyaya nümayiş etdirəcəklər.
Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa çalışırlar. Qarabağda yaşayan erməniəsilli insanlar Azərbaycana inteqrasiya, dinc yanaşı yaşamaq haqqında düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Azərbaycan hər zaman humanist mövqedən çıxış edir, sülhə nail olmaq üçün töhfələr verir. Buna çox nümunələr göstərmək olar. Bütün bunlar rəsmi Bakının Qarabağda yaşayan ermənilərə münasibətdə kifayət qədər səbirli və humanist mövqeyindən xəbər verir. Onlar da öz növbəsində başa düşməlidirlər ki, əgər Azərbaycan bayrağı altında, dinc şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycanın qanunlarını qəbul etməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31

