Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri ilə telefonla danışıb
28.09.2023 [20:43]
Sentyabr 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycan tərəfindən Qarabağ bölgəsində görülən lokal antiterror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Antiterror tədbirləri nəticəsində regionda sülh və sabitliyə təhdid törədən erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulması və onların tərksilah edilməsinin ölkəmizin suveren ərazilərində hərbiləşmənin dəhşətli səviyyəsini bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb. Görülən antiterror tədbirlərinin, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda, Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.
Ermənistan tərəfinin guya bölgədə “etnik təmizləmə”nin həyata keçirildiyi ilə bağlı iddialarının həqiqətə uyğun olmadığı, ölkəmizin erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirlər gördüyü qeyd olunub.
Ölkəmizin həm ikitərəfli əsasda Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinə, habelə Azərbaycan Respublikasının Konstitusiyası, tərəf olduğumuz beynəlxalq mexanizmlər çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya səylərinə sadiq olduğu bir daha vurğulanıb.
Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19

