Gəncəni bombalamaq əmri verən...
05.10.2023 [10:52]
Arutyunyanın dosyesi
24 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin saxlanılması davam edir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı da saxlayıblar. O Bakıya gətirilib və hətta ilkin dindirilməsi belə olub. Onun vəkili təyin edilən Alov Səfərəliyev dindirilmədə iştirak edib. “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, - deyə vəkil bildirib.
Məsələnin aktuallığını nəzərə alaraq Araik Arutyunyanın separatçı xuntadakı “vəzifələrini” araşdırdıq.
Dosye: Araik Vladimiroviç Arutyunyan 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1990-cı ildə Xankəndi fizika-riyaziyyat təmayüllü məktəbi bitirərək İrəvan Xalq Təsərrüfatı İnstitutuna qəbul olub. Daha sonra qondarma rejimin yaratdığı “artsax” universitetində aspiranturanı bitirib.
1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub. 2009-cu ildə yenidən “Azat Ayenik” partiyasının sədri seçilib. 2010-cu ildə rəhbərlik etdiyi “Azat Ayenik” partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib. 25 sentyabr 2017-6 iyun 2018-ci illərdə qondarma respublikanın “dövlət naziri” olub. Araik 31 mart 2020-ci ildə qondarma respublikanın “başçısı seçkiləri”ndə birinci turda 1-ci yeri tutub.
44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edən Arutyunyan Gəncə şəhərinə qarşı xain raket hücumunun əmrini verdiyini özü etiraf edib. Bununla bağlı videomüraciətdə o bildirib ki, məhz onun sərəncamı ilə Gəncə yaylım atəşinə tutulub: “Mənim sərəncamımla “artsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi”.
Araik Arutyunyan bu il avqustun 31-də qondarma rejimin başçılığından istefa vermişdi. 24 saatlıq antiterror tədbirləri zamanı müqavimətə əl atmaq istəyən “komandanın” üzvü kimi müzakirələrdə iştirak edib. Bunu sübut edən fotoşəkillər mövcuddur. Arutyunyanın oktyabrın 3-də həbs edilməsi xəbəri yayılıb. Qondarma rejimin başçısı Azərbaycanın ədalət mühakiməsinə cavab verir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16

