Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ayxan Hacızadə: “İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir”

Ayxan Hacızadə: “İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir”

09.10.2023 [11:46]

“İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir”.

Bunu KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır: “Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir”.

A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31