Hüquqa ziddir
13.10.2023 [15:33]
Günel ABBAS
“Qarabağdan könüllü köçən ermənilərə qaçqın statusu verilməsi hüququn normalarına əsaslanmır. Çünki onlar bu ərazilərdən məcburi köçürülməyiblər. Könüllü olaraq burada yaşamaq istəmirlər və Ermənistana gediblər”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, ermənilərin bu ərazidən köçürülməsi təkidlə olub: “Qondarma rejimin bilavasitə təkidi ilə onlar buradan çıxıblar və bu da müəyyən statusun əldə qazanılması üçün edilib. Çünki buna bir “soyqırım” donu geyindirmək istədilər, alınmadı. Buna bir zorlama üsulu, genosid adı vermək istədilər, bu da alınmadı. BMT-nin missiyası da burada iki dəfə oldu. Gördü ki, mülki şəxslərə, o mülki obyektlərə heç bir ziyan dəyməyib. Bu insanlar könüllü olaraq burada yaşamaq istəmirlər və əraziləri tərk ediblər. Qalanlar bu gün Qarabağda yaşayırlar. Onlara lazımi diqqət də var, müəyyən sosial xidmətlər göstərilir, tibbi xidmət göstərilir və istənilən şəxslər də müvafiq orqanlara müraciət edə bilirlər.
Ona görə də bu qaçqın statusunun verilməsi uydurma bir əməliyyatdır, təxribatdır. Bununla Ermənistan beynəlxalq təşkilatlardan küllü miqdarda vəsait almaq və Azərbaycanın demokratik imicinə zərbə vurmaq fikrindədir. Bu da mümkün deyil, çünki əldə faktlar var. Buradan ermənilər könüllü gedərkən onların bir çoxundan müsahibələr alınıb və onlar bildirirlər ki, separatçı rejim bizi məcbur etdi, panika yaydı, qorxutdu. Bizə qarşı heç bir təzyiq olmayıb və heç bir narazılığımız yoxdur. Belə olan halda hansı qaçqın statusundan danışmaq olar? Bu gün Ermənistan rəhbərliyi müəyyən xarici təşkilatların, eləcə də Fransanın təsiri altındadır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə xatırladıb ki, Azərbaycanda yaşayan, Azərbaycan qanunlarını qəbul edən ermənilər bizim vətəndaşlarımızdır, onların hüquqları digər milli azlıqlar kimi müdafiə olunacaq, qorunacaq və onlar Azərbaycanda sərbəst yaşaya bilərlər: “Ona görə də ermənilər bundan nəticə çıxarmalıdır. Əgər yaşamaq istəyən varsa, ölkə prezidentinin dediyi kimi gəlib Azərbaycanda ölkə qanunlarına əməl edərək burada sərbəst yaşaya bilərlər. Onların təhlükəsizliyinin tam təmin olunmasına hər cürə zəmanət verilir”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

