Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qəti tələsmək olmaz
17.10.2023 [15:33]
1993- cü ilə aid açılım şərtləri köklü dəyişib...
“Ermənistan Türkiyə ilə aranın açılması mövzusunu yenidən gündəmə gətirməyə başladı. Bu ölkənin XİN müavininin açıqlamasını gördüm. Təbii ki, ümidləniblər.
Süveren Azərbaycanda izləri- tozları qalmadı. Ermənilər hesab edirlər ki, əgər Azərbaycanın bütün torpaqları artıq öz əllərindədirsə, daha bundan sonra Türkiyə ilə sərhəd açılmalıdır. Nazir müavini bu cür də deyib :" Top Türkiyənin tərəfindədir"...”
Bu barədə “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün facebook səhifəsində yazıb. Paylaşımı təqdim edirik:
“Lakin yox, məsələ ermənilərin təsəvvür etdikləri və ya qələmə verdikləri kimi sadə deyil. “Azərbaycanın bütün torpaqları öz əllərindədir ",- deyib də Türkiyədən sərhəd açılımı təmənnasında olmaq sadəlövhlük deyil, çünki etməni diplomatları və siyasətçiləri sadəlövh deyillər, bu, sadəcə bizi və Türkiyəni aldatmaq cəhdidir . Alınmaz. Çünki…
1 .İllər öncədən - 1993- cü ildə Azərbaycan və Türkiyə tərəfdən deyilmişdi ki, erməni işğalçıları torpaqlardan çıxmayınca, Türkiyə - Ermənistan sərhəddi açıla bilməz. Bu şərt yerinə yetirildimi? Ermənilər özləri könüllü olaraq çıxıb getməyiblər ki... Onları zorla , güclə, minlərlə şəhidin və qazinin qanı bahasına qovduq. Taxtadan paslı mıxı çəkib atan kimi onları çıxardıq. Keçmiş SSRİ məkanında separatizmi ilk olaraq ermənilər Azərbaycanda başlatdılar, postsovet məkanında separatizm ocağına ilk dəfə Azərbaycanda və İlham Əliyev son qoydu. Əgər torpaqlarımızdan könüllü çıxıb getmiş olsaydılar, bu başqa məsələ olardı. Bəs prezident İlham Əliyevin düz 20 il təkrarladığı "xoşluqla işğala son verin, gedin, qonşular kimi sülh içində yaşayaq" bəyanatlarına ermənilər tərəfdən bunca saymazlıq göstərilməsini hara, kimin ayağına yazaq? Minlərlə şəhidimizin, yaralı qazinin ruhları, xatirəsi qarşısında nə cavab verək?
Demək, torpaqlarımızın öz əlimizdə olması Türkiyə- Ermənistan sərhədlərinin açılmasına hələ əsas vermir. Çünki torpaqlar könüllü verilməyib, zorla alınıb. Zorumuz yetərli olmasaydı, torpaqlar hələ də işğalda idi....
2 .Ermənistan hələ Azərbaycanla sərhədləri delimitasiya etməyib və bu məsələdə sonadək maraqlı, səmimi ola bilmir. Prosesin ləngiməsi, baş tutmaması üçün cürbəcür bəhanələr gətirir. Azərbaycanla sərhədlər delimitasiya edilməmiş Türkiyə- Ermənistan sərhədləri necə açıla bilər?! ..
3.Ermənistan Azərbaycanla hələ sülh sazişi imzalamayıb. Azərbaycan bu yolda nə qədər ardıcıldırsa, Ermənistan bir o qədər pozucu, ləngidici mövqedədir. Sülh sazişi yoxdursa, bu o deməkdir ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından hələ imtina etməyib,revanşistlərin baş qaldırmayacağına rəsmi təminat verməyib, uydurma genosid iddialarından rəsmi imtina etməyib. Bunlar yoxdursa, Türkiyə Ermənistanla sərhəddi hansı məntiqlə aça bilər və ya açmalıdır?!...
4.Qardaş Türkiyə 30 il əvvəl Ermənistanla Qars keçid məntəqəsini niyə bağlamışdı? Xatırlayaq. Ermənistanln Mehri dəmiryolunu bağlayaraq Türkiyənin özünün də qarant olduğu Naxçıvanı blokadaya aldığı və Kəlbəcəri işğal etdiyi üçün. Kəlbəcəri geri qaytardıq. Bəs Naxçıvana yol açıldımı? Ermənistanın Zəngəzur dəhlizini açmasına qədər Türkiyə Ermənistanla sərhəd açılışına necə gedə bilər və getməlidir?!...
5.Türk diplomatlarının ASALA tərəfindən silsilə terror faktlarına, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin qətlinə müasir Ermənistan hakimiyyəti müvafiq rəyini bildirməyibsə , Türkiyə ilə hansı açılışdan söhbət gedə bilər?!
6.Azərbaycan- Ermənistan sərhədləri tam demarkasiya olunmayınca , Türkiyə- Ermənistan sərhəddi niyə açılsın ki... Gərək sərhədlər demarkasiya olunsun ki, ardınca lazım bilinən yerlərdə sərhəd- keçid məntəqələri quraşdırılsın ....
Ortada bunca həll edilməmiş problemlər olduğu halda, Türkiyə- Ermənistan sərhədlərinin açılışına getmək böyük və bağışlanmaz səhv olardı....
Necə, buraxaq ki, Türkiyənin üzərindən dünyaya açılaraq öz qəddi- qamətini düzəltsin və " qızmış ayı " kimi yenidən üstümüzə gəlsin?!....
Azərbaycanın öz ərazilərini güclə və misilsiz itkilərlə azad etməsi Türkiyə- Ermənistan sərhədlərinin 1990- cı illərə aid açılması şərtlərini köklü şəkildə dəyişib. Torpaqlarımızı xoşluqla, müharibəsiz qoyub getsəydilər, başqa...
Türkiyə-Ermənistan sərhəddinin açılışına qətiyyən tələsmək olmaz..."
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

