Mərc saytlarının “yıxdığı evlər”
18.10.2023 [16:48]
MÜŞFİQƏ
Mərc saytları bu gün virus kimi bütün dünyanı öz ağuşuna alıb. Həvəskarların 60 faizi indi onlayn qumar ilə məşğuldur. ABŞ dünyanın ən çox mərc oynanılan ölkələrinin başında gəlir. Onun ardınca gələnlər isə Almaniya və İsveçrədir. Türkiyədə də son illərdə mərc oyunlarına böyük həcmlərdə vəsaitlər qoyulur. Türkiyədə səlahiyyətli şirkətlər istisna olmaqla, mərc oyunları qadağandır. Buna baxmayaraq, araşdırmalara görə, 18-50 yaş qrupunda olan 5 milyon insan ildə 50 milyard lirə pul itirib.
Mərc oyunlarına aludəçilik ilk növbədə, insanın özünə, ailəsinə və sosial mühitinə saysız-hesabsız ziyan vurur. Bu elə bir bəladır ki, insanın maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Eləcə də ətraf mühitlə əlaqəni azaldır, etibarlılığı itirir, psixoloji məhvə səbəb olur. Hətta insanı intihara belə sövq edir. Bəs bu asılılıqdan necə qurtulmaq olar? Ümumiyyətlə, bu aludəçilikdən xilas yolu varmı?
Mərc oyunlarına aludəçiliyin ümumbəşəri bəla olduğunu və narkomaniya, alkoqolizm kimi pis vərdişlər qrupuna aid edildiyini deyən psixoloq İlhamə Vəliqızı yeniazərbaycan.com-a açıqlamasında bildirib ki, bu insanlar bir neçə tipə bölünür: “Bu oyun növlərinə xüsusilə çox ciddi və gərgin stress altında olan insanlar maraq göstərirlər. Çünki stressdən bir növ uzaqlaşmaq istəyirlər. Mərc oyunların keçirlidiyi oyun zallarına gedib orada rahatlıq tapdıqlarını, dincəldiklərini düşünürlər. Orada olarkən zamanın necə keçdiyindən xəbərsiz olduqlarını söyləyirlər. Düşünürlər ki, həm dincəlib, həm də pul qazanıram. Burada pis nə var axı? Digər tip insanlar da var ki, tənhalıq və qəm-qüssədən bir az uzaqlaşmaq üçün oyunlara üz tuturlar. Onlar üçün mərc və bəhs oyun zalları əyləncə və maraq vəd edir. Bir növ orada özünü tapıb rahatlayırlar. Əslində, bu fikri onlara aşılayan ən böyük təsir həmin məkanların dizaynıdır. Dünya təcrübəsinə görə, zalların dizaynı, rənglərin qamması, oyun maşınlarının haraya və ya necə yerləşdirilməli olduğu, masaların hansı vəziyyətdə durmalarına qədər psixoloqlar, eləcə də marketoloqlar qərar verirlər. Məkanların rəhbərləri bu vəzifəni məhz onlara həvalə edib. Çünki hər birinin insan psixikasına xüsusi təsiri var. İkinci tip insaları həmin yerlərə bağlayan səbəb əslində budur. Üçüncü tip insanlar isə rəqabət hissi ilə alışıb yanan insanlardır. Onlar qısa bir zaman kəsiyində böyük məbləğ əldə etmək və özlərini kimlərəsə sübut etmək istəyirlər. Bu, dopamin, serotonin və adrenalin hormonlarının yüksəlməsi ilə bağlıdır. Dopomin qalibiyyət, seratonin özünə əminlik, adrenalin isə risq etmə hissini oyadır”.
İlhamə Vəliqızının sözlərinə görə, ətrafımızda, ailəmizdəki insanların mərc və bəhs oyunlarına qurşanıb-qurşanmadığını erkən təyin etmək mümkündür: “Bilirisiniz ki, heç bir aludəçi açıq şəkildə etiraf etməz. Böyük fəsadlar ilə qarşılaşana qədər bunu gizli saxlamağa çalışırlar. Lakin həmin insanların hərəkətlərindən aydın görə bilərik. Belə insanlar tez-tez sizdən pul istəməyə başlayırlarsa, pulu haraya xərcləyəcəklərini izah edə bilmirlərsə, hər gün müxtəlif bəhanələr irəli sürürlərsə, mövzudan yayınmağa çalışırlarsa, o zaman ehtiyatlı olun. Çox güman ki, ətrafınızda olan şəxsdə hansısa pis vərdişə meyillilik yaranıb. Hər kəs məlumatlı olmalı və ətrafındakı insanları da məlumatlandırmalıdır. Bu bəlanın qarşısını almasaqda, azalmasına kömək edə bilərik. Xüsusilə də, ətrafınızda depressiyada olan insanlara çox diqqət edin. Onlarla söhbətləşin və mütəxəssislərə yönləndirməyə çalışın”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

