Beynəlxalq İslam Ədalət Məhkəməsi yaradılır...
03.11.2023 [10:34]
İlqar Vəlizadə: Biz bu məhkəmədən Ermənistana qarşı istifadə edə bilərik
N.BAYRAMLI
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Küveyt Dövlətindən olan nümayəndə heyəti ilə İƏT-in Beynəlxalq İslam Ədalət Məhkəməsinin (IICJ) fəaliyyətinin aktivləşdirilməsi məsələlərinin müzakirə edildiyi ikigünlük seminar təşkil edib. Təşkilatın Baş Katibliyi məlumat verib ki, Ciddədə keçirilən seminarda IICJ-nin fəaliyyətə başlaması üçün hazırlanan strategiyalar müzakirə olunur.
İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Al-Dubeyin sədrlik etdiyi seminarda 2023-cü ilin mart ayında Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində 49-cu Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən qəbul edilmiş 9/49-LO saylı Qətnamənin həyata keçirilməsi istiqamətində davam edən səylər çərçivəsində irəliləyişlər müzakirə edilib. İştirakçılar IICJ təsisatının hazırkı vəziyyətini müzakirə edib və onun mümkün qədər tez işə başlaması üçün hazırlıq proseslərini sürətləndirmək istiqamətində ən yaxşı yolları və vasitələri araşdırıblar. Əlavə olaraq, noyabrın 2-də regionda ədalətin bərqərar olması və qanunun aliliyinin təmin edilməsi istiqamətində mühüm addım olan Beynəlxalq İslam Ədalət Məhkəməsinin yaradılması ilə bağlı ekspertlərin iştirakı illə vahid hüquqi platforma təmin edilməsi ətrafında fikir mübadiləsi aparılır.
Belə bir məhkəmənin yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Beynəlxalq İslam Ədalət Məhkəməsinin yaradılması önəmli məsələdir. Onun sözlərinə görə, belə bir məhkəmənin yaradılması əsasən Fələstinlə bağlı gedən proseslə əlaqələndirilir. Həmsöhbətimiz hesab edir ki, bu məhkəməyə çoxdan ehtiyac var idi. Təkcə, Fələstinə görə deyil, digər regionlarda da müsəlmanlara qarşı qırğınlar, onlara qarşı törədilən cinayətlər məhkəmənin müstəvisinə çıxarılmalıdır.
Politoloqun fikrincə, müəyyən vaxt keçsə də, biz də bu məhkəmədən yararlana bilərik: “Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, törətdiyi cinayətlər bu gün də aktualdır. Biz görürük ki, Dövlət Təhlükəsizliyi Xidməti müxtəlif vaxtlarda, o cümlədən 1990-cı illərin əvvəlində cinayət törədən, əlləri günahsız azərbaycanlıların qanına bulaşmış erməniləri məsuliyyətə cəlb edir. Bu məsələləri sözügedən məhkəmə çərçivəsində də gündəmə gətirmək lazımdır. Digər müsəlman ölkələrini xəbərdar etmək lazımdır ki, həmin cinayətləri kimlər törədib. Bütövlükdə, düşünürəm ki, belə bir məhkəmənin yaradılması İslam dünyası üçün faydalı olacaq. Müsəlmanlara qarşı cinayətlər törədənlər bu məhkəmə vasitəsilə mühakimə oluna bilər. Yəqin ki, bunun prosesdurları da müəyyənləşdiriləcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

