“Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə”
28.11.2023 [10:28]
Beynəlxalq konfrans noyabrın 30-dək davam edəcək
N.BAYRAMLI
Noyabrın 27-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransın keçirilməsində məqsəd qızılbaşların kökləri və kimliyi haqqında biliklərin formalaşdırılması, qlobal qızılbaş icmasının yenidən birləşməsinə səbəb ola biləcək ünsiyyətin təşviq edilməsidir. Qeyd edək ki, Qızılbaş hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açıb. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də “Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər dövləti bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib.
Azərbaycanın tarixi torpaqlarından köçərək digər ölkələrdə məskunlaşan Qızılbaş əsilli soydaşlarımızın öz mənşəyinə qovuşmaq imkanı vermək, onların birgə fəaliyyətini koordinasiya etmək, onlara Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etmək məqsədilə 2022-ci ildə Kanadada Qızılbaş Qlobal İrsi Təşkilatı təsis olunub.
Konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Qızılbaş irsi ilə bağlı beynəlxalq tədbirin keçirilməsi tariximizin tədqiq edilməsi baxımından çox əhəmiyyətlidir. Konfransın Heydər Əliyev ilində təşkil edilməsi xüsusi önəm daşıyır. Nazir müavini vurğulayıb ki, Ümummilli Liderin təşəbbüsü ilə “Şah İsmayıl” ordeninin təsis edilməsi, onun abidəsinin ucaldılması tarixi irsimizə olan ehtiramın təcəssümüdür. Tariximizin tədqiq edilməsinin və gənc nəslə ötürülməsinin önəmini vurğulayan F.Cəfərov deyib ki, hər birimiz tarixi irsimizi yaxşı bilməliyik.
Qızılbaş Qlobal İrs Təşkilatının (QQİT) sədri Babək Hüseynli isə bildirib ki, Qızılbaşın yaşadığı hər ölkədə bir Azərbaycan yaşayır. Qızılbaşlar yaşadıqları ölkələrdə Vətəni layiqincə təbliğ etmək üçün səylərini əsirgəmirlər. O, rəhbərlik etdiyi təşkilatın 3500-dən çox üzvü olduğunu və bu rəqəmin getdikcə böyüdüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, Avrasiya, Yaxın Şərq, Cənubi Asiya və Cənub-Şərqi Avropa regionlarından olan və 20-dən çox ölkəni təmsil edən qızılbaşlar icma kimi fəaliyyət göstərir.
“Tarixə baxsaq, biz hamımız Əfşar nəslinin nümayəndələriyik. Qarabağın, Şuşanın işğaldan azad edilməsi hər bir qızılbaşlını sevindirdi”. Bu fikirləri isə QQİT-nin sədr müavini “Delta Health Group” şirkətinin baş direktoru Arşi Qızılbaş (Kanada) deyib. “Mən Şuşaya gedəndə çox qəribə hisslər keçirirdim və bunu sözlə ifadə edə bilmirəm. Çox həyəcanlı idim, mənə elə gəlirdi ki, bu qədim diyara atla gedirəm. Düşünürəm ki, bu hisslər əcdadlarımızın qəhrəmanlıqlarını ifadə edən bir hiss idi”, - deyə Arşi Qızılbaş bildirib.
O vurğulayıb ki, qızılbaşlar Azərbaycan beynəlxalq imicinin təbliğində əllərindən gələni əsirgəmirlər: “Məqsədimiz Qızılbaş Qlobal İrsi Təşkilatının inkişafına, eləcə də Birləşmiş Millətlər Təşkilatı və UNESCO tərəfindən dünya irsini qoruyan bir təşkilat kimi tanınmasına nail olmaqdır”.
Qızılbaş Qlobal İrsi Təşkilatının Əfqanıstan və Çin regionu üzrə koordinatoru Əli Mənsur Əfşar çıxışında deyib ki, fərqli mədəni kimliyə və zəngin tarixi ənənələrə malik qızılbaş icması əsrlər boyu əfqan cəmiyyətində də mühüm rol oynayıb, cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunub.
Qeyd edək ki, tədbir çərçivəsində bir sıra mövzularda panel müzakirələr aparılıb. Konfrans öz işinə noyabrın 30-da yekun vuracaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12

