Xalqın dəstəyi
09.12.2023 [11:41]
Günel ABBASOVA
“Son 20 ildə Azərbaycan özünün intibah dövrünü yaşayıb və çox böyük uğurlara imza atıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu illər ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfə, valyuta ehtiyatlarımız 37 dəfədən çox artıb.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev bildirib.
O qeyd edib ki, regionların sosial-iqtisadi inkişaf proqramları, digər layihələr çox uğurla həyata keçirilib: “Ölkə ərazisində 3200-dən artıq məktəb, 750-dən çox xəstəxana və digər bir çox sosial əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. 21000 kvadrat kilometrdən artıq yol çəkilib, əməkhaqları, pensiyalar, müavinətlər dəfələrlə artırılıb.14 mindən artıq şəhid ailəsinə, müharibə əlillərinə mənzillər verilib. Ən başlıcası, Azərbaycan özünün tam müstəqilliyini, suverenliyini bərpa edib. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən artıq işğal altında olan torpaqlarımız erməni təcavüzkarlarından azad edilib. Bu böyük uğurların bilavasitə müəllifi, onun təşkilatçısı İlham Əliyevdir. Ən çətin anlarda xalqımız Prezidentlə birlikdə olduğunu nümayiş etdirmiş və ona dəstək vermişdir. Bu inamdan, ehtiramdan və böyük hörmətdən irəli gəlir ki, Azərbaycan xalqı artıq bu etimadı yerinə yetirməkdədir”.
Onun sözlərinə görə, İlham Əliyev tərəfindən 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında imzalanan Sərəncam da insanların bilavasitə ürəyincə oldu: “Bu Sərəncam dünyada qəbul olunmuş siyasi təcrübəyə əsaslanır və beynəlxalq normalara uyğundur. Sözsüz ki, növbədənkənar seçkinin keçirilməsi Azərbaycan xalqının həyatında yeni bir siyasi hadisə olacaqdır. Çünki bu seçki ərazilərimizin bütövlüyünün təmin edildiyi və suverenliyinin tam bərpa olunduğu bir vaxtda keçiriləcək. Bu mənada seçkinin Zəfər seçkisi adlandırılması da təsadüfi deyil. Əlbəttə ki, seçki ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla, demokratik bir şəraitdə keçiriləcək. Dünyaya yeni bir demokratik Azərbaycanı, həm də sülhə və əmin amanlığa, insan haqlarına, demokratiyaya arxalanan yeni bir prezidenti - İlham Əliyevi təqdim edəcəkdir.
Növbədənkənar seçkilər özünə inamdan və xalqın dəstəyindən əminlikdən qaynaqlanır. İlham Əliyev Azərbaycan xalqına inanır, özünə əmindir və xalqı tərəfindən verilən dəstəyi daim qiymətləndirir. 44 günlük müharibə və lokal antiterror tədbirləri zamanı əldə olunan uğurlar bunun bilavasitə təsdiqidir. Məhz bu birlik, bu səfərbərlik Azərbaycan xalqını bütün dünyada tanıtdırdı və ona böyük imic qazandırdı. İlham Əliyev qalib ölkənin qalib prezidentidir. Və sözsüz ki, belə bir prezident növbədənkənar seçkilərdə də qalib olacaq. Azərbaycanı daha böyük uğurlara, daha böyük qələbələrə aparacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

