İnsanı qocaldan qidalar…
13.12.2023 [11:51]
Yeganə BAYRAMOVA
İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Mütəxəssislərin fikrincə, hər bir şəxs tərəvəz, meyvə, qaynadılmış ət, balıq və süd məhsullarına daha çox üstünlük verməlidir. Tərkibində artıq şəkər, duz və doymamış yağlar olan bütün qidalar qocalma prosesini sürətləndirir.
Qlikasiya prosesini sürətləndirən qida…
Mövzu barədə fikirlərini Yeniazerbaycan.com-la bölüşən həkim Şəmsiyyə Namazlının sözlərinə görə, “fast-food”, yağlı və duzlu qidalar, həmçinin marqarinli və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır: “Qidalardakı trans yağları ürək xəstəliyi riskini artırmaqla yanaşı, damarlarınızı da zədələyir. Dəridə qan axını yavaşlayır və bu erkən yaşlanmağa səbəb olur.
Həddindən artıq şəkər istehlakı da qlikasiya adlanan prosesi sürətləndirir. Bu proses bədəndəki zülalları və lipidləri zədələyir, kollagenə təsir edir və qırışların yaranmasına kömək edir. Çünki zülallar və lipidlər dərinin elastikliyinə cavabdehdir”.
Bədəndə şişkinlik yaradır…
Həkim qeyd edib ki, duz bədəndə mayenin çıxmasının qarşısını alır və nəticədə bədəndə şişkinlik yaranır: “Bundan əlavə, suyun hüceyrələrdən çıxarılmasına səbəb olan duz susuzluq əmələ gətirir. Bədən susuzlaşdıqda dəri qırışır və daha sürətlə qocalır”.
Bu qidalar “C” vitaminin səviyyəsinə təsir edir
Ş.Namazlının sözlərinə görə, çoxlarının sevdiyi kolbasa və sosiskalarda çox miqdarda duz və konservant maddələr var: “Bu qidalar kollagen istehsalı üçün çox vacib olan “C” vitaminin səviyyəsinə mənfi təsir göstərir. Buna görə də qırmızı ət istehlakının azaldılmasını tövsiyə edirik.
Kofein də bədəni susuzlaşdırır. Bunun qarşısını almaq üçün: hər fincan qəhvədən sonra bir stəkan su içmək vacibdir. Eyni zamanda qızardılmış kartof, ədvalı qidalar və kömürlə qızardılan ətlər epidermal hüceyrələrə zərər verir. Acılı qidalar qan damarlarını genişləndirir, qızartı və şişməyə səbəb olur. Kartof və digər yağda qızardılmış qidalarda dərini qocalda bilən sərbəst radikallar mövcuddur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

