Prezidentliyə namizədlərin sayı artır
26.12.2023 [10:55]
N.BAYRAMLI
Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq tədbirlər həyata keçirir. Demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn prezident seçkiləri haqqında da deyə bilərik. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. MSK-nın dekabrın 19-da keçirilən iclasında isə İlham
Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyevin və keçmiş Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin də prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. MSK-nin dekabrın 21-də keçirilən iclasında bu şəxslərin də namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bununla belə prezidentliyə namizədlərin sayı yeni də artmaqdadır. Son günlər daha 8 nəfər öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəyli bu sıraya daxildir.
Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir. Nəzərə alınmalıdır ki, seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Eyni zamanda, müstəqil şəxslər də fərdi qaydada namizədliyini irəli sürür. Bütün bunlar ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04

