Azərbaycanın Mübariz oğlu!
07.02.2024 [10:30]
Düşməndən qisas almağa and içmişdi...
Xalqımızın keçmişi və bu günündə qəhrəmanlıq nümunələri çoxdur. Araşdırdıqca, oxuduqca igid oğullarımızın Vətən sevgisinə heyran qalmaya bilmirsən. Vətən övladları torpaqlarımızı düşmənlərdən qorumaq üçün can atır. Onlar heç nədən çəkinmədən, igidliklə bayrağımızı köksünə sıxır, qanı torpağa axsa da, onu yerə düşməyə qoymur. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. Milli qəhrəmanımızın anadan olmasından 36 il ötür.
1988-ci il fevralın 7-də doğulan qəhrəmanımız Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi xidmətini çavuş rütbəsində başa vurub. 2009-cu ildə yenidən, bu dəfə gizir kimi orduda xidmətə başlayıb. Çox keçmədən öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə xidmətə göndərilib.
Sonuncu məktub...
2010-cu il, iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Bu sətirlər Mübarizin evə yazdığı son məktubundandır: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək düşmənin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.
Azərbaycan əsgərinin şücaətinə verilmiş layiqli qiymət
Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı, “Vətən övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb. İgid Mübarizin düşmən tərəfdə qalmış nəşi bir müddət sonra Ali Baş Komandanın qətiyyətli səyləri sayəsində alınaraq doğma Vətənə gətirilib.
Prezident İlham Əliyev qəhrəmanla vida mərasimindəki nitqində onun əbədiyyət yolçuluğunu yüksək qiymətləndirib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var... Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir”.
Ziyarətgaha çevrilmiş ev
Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilib.
14 ilə yaxındır ki, Əliabad kəndini Mübarizin kəndi adlandırırlar. Milli Qəhrəmanın ata evinin həyətində onun ev-muzeyi tikilib. Bura gələn hər kəs ondan xatirə qalmış əşyalarla, fotoguşəylə tanış olur, qəhrəmanın əziz xatirəsinə sonsuz ehtiramını bildirir.
M.İbrahimov həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevirilib. Qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

