Putinin Türkiyə səfərindən gözləntilər...
16.02.2024 [10:45]
Moskva ilə Ankara arasında strateji münasibətlər müzakirə ediləcək
Yaxın vaxtlarda Rusiya və Türkiyə prezidentlərinin görüşü gözlənilir. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin onun yaxın gələcəkdə - Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı istisna edilmir.
Kreml nümayəndəsi əlavə edib ki, tarixlər hələ müəyyən edilməsə də, səfərə hazırlıq görülür. Və görüşün yaxın gələcəkdə baş tutacağı gözlənilir. İstisna edilmir ki, səfər Rusiya Federasiyasında prezident seçkisi öncəsi baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl media Putinin Türkiyəyə səfərinin fevralın
12-də baş tuta biləcəyini yazmışdı. Kreml isə bu məsələ ilə bağlı dəqiq tarix açıqlamır.
Baş tutması planlaşdırılan görüşün perspektivləri və əsas müzakirə mövzusu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı uzun müddətdir, bir sıra müzakirələr gedir: “Aydındır ki, Rusiya ilə Türkiyə arasında yaxınlaşma həm də Qərbi narahat edir. Hazırkı reallıqlarda Qərb bundan daha çox narahatdır, çünki Türkiyə NATO-nun üzvüdür. Lakin Türkiyə Qara dənizdə həm Ukrayna, həm də Rusiya ilə təbii sərhədlərə malik olduğu üçün neytral mövqedən çıxış edir. Ankara Moskva ilə iqtisadi, enerji sektorları üzrə əməkdaşlığa, kənd təsərrüfatı və turizm sahəsi üzrə yüksək əlaqələrə malik olsa da, Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir. Bu səfər həm də Putinin Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi görüş kimi də xarakterizə oluna bilər. Mövcud reallıqlarda Moskva və Ankara arasında strateji münasibətlərin müzakirəsi və saatların əqrəblərinin tutuşdurulması nöqteyi-nəzərdən də aktuallıq kəsb edir”.
Politoloq qeyd edib ki, görüşdə həm də “Akkuyu” atom elektrik stansiyasının istifadəyə verilməsi, S-400 hava hücumundan müdafiə sistemlərinin alınması, eləcə də təhlükəsizlik və enerji sahəsini əhatə edən məsələlər də müzakirə olunacaq: “Amma əlbəttə ki, əsas gündəmi Ukrayna - Rusiya məsələsinin nizamlanması və gələcək birgə addımlar təşkil edəcək. Düşünürəm ki, aktuallıq kəsb edən və region üçün əhəmiyyətli olan məsələlər sırasında Cənubi Qafqaz da olacaq. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması, kənar geosiyasi oyunçuların regiona müdaxiləsinin qarşısının alınması və digər məsələlər də müzakirə oluna bilər. Ümumilikdə, səfər böyük bir auditoriyanın marağını özündə toplayır. Bu isə o deməkdir ki, səfərdən sonra da geniş müzakirələr təşkil olunacaq”, - deyə İ.Hüseynov fikirlərini yekunlaşdırıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49

