/ / Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir
Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir
20.02.2024 [17:14]
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini Prezident Rəcəb Tayyib Ərdoğan ilə müzakirə etməsi iki qardaş dövlətin beynəlxalq aləmdə baş verən proseslərə vahid mövqedən yanaşdığını bir daha göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin səfərini işıqlandıran Türkiyə mətbuatında yer alıb. Türkiyənin “Sözçü”, “Hürriyet”, “Yeniçağ”, “Sabah”, “Aydınlık”, “Posta”, “Türkiye” qəzetlərində və digər nəşrlərdə yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfərinin iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit və enerji sahələrindəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəyi bildirilib.
“Hürriyet” qəzetinin müxbiri Selçuk Böke yazıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır. Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar. Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.
“Yeniçağ” qəzetində yayımlanan xəbərdə qeyd edilib ki, Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır.
Qəzetdə ölkələrimizin enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirdiyi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edir. Bu həcmin gələcəkdə artırılması nəzərdə tutulub.
“Sabah” qəzeti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir.
“Posta” qəzetində yer alan xəbərdə bildirilib ki, Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir.
“Türkiyə” qəzeti vurğulayib ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının gündəmində əsas xəbər olub. Yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

