Ermənipərəstlər qorxuya düşüb
23.02.2024 [10:30]
“filankəs o-qızı” kimi əlaltıların “hərəkətə keçməsi” bunu təsdiqləyir
Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün detalları ilə növbəti dəfə dünyaya nümayiş olundu. Prezident seçkilərindəki mütləq qələbənin ardından ilk rəsmi səfərini Türkiyəyə edən Prezident İlham Əliyev mühüm bir ənənəni davam etdirmiş oldu. İki ölkə başçısının birgə açıqlamaları ilə müttəfiqliyin, əməkdaşlığın və qardaşlığın daha da möhkəmlənməsini, dayanıqlı hal almasını şərtləndirdi. Ən əsası isə bu qardaşlıq və müttəfiqliyin bütövlükdə, Türk dünyası üçün yeni bir nümunəyə çevrilməsinin zərurəti dilə gətirildi.
Əlbəttə ki, bu amil ermənipərəst mərkəzləri və onların himayəsindəki əlaltılarını narahat etməyə bilməz. Türkiyə-Azərbaycan müttəfiqliyi nümunəsinin daha böyük coğrafiyaya yayılması bu mərkəzlərin planlarını alt-üst edir. Bu baxımdan da, həmin mərkəzlər öz əlaltılarını müxtəlif yollarla bu qardaşlığa qarşı kampaniyalar aparmağa “stimullaşdırır”.
Bu xəyanətkar davranışın ön sırasında isə həmişəki şəxslər yer alır. Özünün xain ruporu olan Osmanqızı TV-ni Azərbaycanın milli maraqlarına qarşı “səfərbər” etmiş “filankəs o-qızı” indi də Türkiyə-Azərbaycan müttəfiqliyinə dil uzadır.
Birmənalı şəkildə faktdır ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərini pozmağa xidmət edən hər bir söz, hər bir “atmaca” birbaşa erməni mənafeyinə, Ermənistana xidmət edir. Bu şəxsin özünün efirindən apardığı təbliğat da elə erməni təbliğatının tərkib hissəsidir - Azərbaycana xəyanətdir. Əslində, onun apardığı “təbliğatın” istiqaməti bəllidir - “filankəs” və onun kimi erməni pulu ilə danışanlar regionun müstəqil və hərtərəfli inkişaf perspektivini görür, dərk edir. Aparılan təxribatyönlü bu kimi kampaniyalar isə ümumi işə xələl vurmaq mahiyyəti daşıyır - xüsusilə, Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı səsləndirilən əsaslı fikirlər, proqramxarakterli bəyanatlar, növbəti Zirvə görüşünün Şuşada keçirilməsi kimi faktorlar “filankəs” və onu maliyyələşdirən dairələri “hərəkətə” keçirir.
Bəli, bir daha təsdiq olunur ki, illərdir erməni lobbisindən maliyyələşənlərin məqsədi Azərbaycanın milli maraqlarına qarşı “cəbhə” almaqla yanaşı, regiondakı vəziyyəti ermənipərəst dairələrin nəzarətinə sürükləmək arzusudur. Buna nail ola bilmədikləri halda isə böhtana, şərə və yalana üstünlük verirlər. Elə “filankəs o-qızı” kimi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25

