/ / Nazir: Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var
Nazir: Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var
02.03.2024 [19:05]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində mediaya açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Antalya Diplomatiya Forumuna hər il marağın daha da artdığını qeyd edən nazir bildirib: “İştirakçı sayı, panel müzakirələri, dünya mediasında işıqlandırılması baxımından bu platforma Türkiyə diplomatiyasının dünyada artan nüfuzunun əhəmiyyətli göstəricilərindən biridir. Təbii ki, bu, Azərbaycan olaraq bizi qürurlandırır və sevindirir”.
Ceyhun Bayramov bildirib ki, Azərbaycan bu forumda geniş heyətlə həm panel müzakirələrində iştirak etdi, həm də digər ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri olan 20-yə yaxın dövlət nümayəndəsi ilə görüşlər keçirmək imkanı əldə etdi.
Azərbaycanın XİN rəhbəri dəvət və tədbirin təşkili üçün Türkiyənin xarici işlər naziri Hakan Fidana və forumun təşkilində əməyi keçən hər kəsə həm təbriklərini çatdırdı, həm də təşəkkürünü ifadə etdi.
Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə toxunan nazir deyib: “Fevralın 28 və 29-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər. Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar”.
Nazir son ikigünlük müzakirələri ümumilikdə faydalı hesab edib: “Həmin iki gün tərəflərin razılaşdırılmayan, açıq qalan yanaşmalarının müzakirəsinə həsr olunub. Hər iki tərəf qarşılıqlı olaraq öz yanaşmasını ifadə edib və bunun ətrafında müzakirələr aparılıb. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.
Rəsmi Bakının Ermənistandan gözləntiləri ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu gözləntilər məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir.
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

