Ermənistan - Rusiya münasibətlərinə yenidən baxılmasına rəsmən start verilib...
04.03.2024 [14:46]
Bilirsiniz bu nə böyük qələbədir?...
Rəsmi Moskvanın və rəsmi Yerevanın bunu açıq etiraf edib-etməmələrindən asılı olmayaraq Rusiya - Ermənistan münasibətlərinə yenidən baxmaq məsələsi hər iki paytaxtın siyasi çevrələrində artıq müzakirə olunmağa başlayıb.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Paşinyan dəfələrlə deyib ki, təhlükəsizliyimizi tək Rusiyaya etibar etməklə səhv etmişik, KTMT- də fəaliyyətimizi faktiki dondurmuşuq. Spiker Simonyan açıq şəkildə "rus sərhədçiləri sərhədlərimizdən getməlidir" deyib, prezident Xaçaturyan da prosesə yenicə qoşulub, dedi ki, müstəqilliyin ilk başlanğıcından yanlış yolda olduq.
Rusiyadan ən yuxarı səviyyələrdə bunlara reaksiyalar var. Lavrov Türkiyədə dedi ki, "əgər bunlar bütün Ermənistan hakimiyyətinin və erməni xalqının mövqeyidirsə, Ermənistanla münasibətlərdə bəzi məsələlərə yenidən baxmalı olacağıq. Lavrov bilmir ki, bir an içində Paşiinyan hər şeyi bütün hakimiyyətin və bütün erməni xalqının mövqeyi kimi bəyan edə bilər?! Nə çətin şey var ki?!. Demək, əslində Rusiya hakimiyyəti fərqindədir ki, Ermənistanın Rusiyadan ayrılmaq niyyəti ciddidir və hər keçən gün bunun ideoloji, siyasi, informativ və hüquqi əsaslarının yaradılmasına xidmət edir… Demək, Rusiya özü də "nə etməklə bağlı ev müzakirələrinə" artıq başlayıb.
Əlbəttə, başa düşüləndir ki, bunun rəsmən bəyan edilməsi asan məsələ deyil. Hələ bir müddət bu müzakirələrin getməsi açıq etiraf olunmayacaq. Ermənistan bunu daha tez açıqlayacaq. Çünki Ermənistan bu məsələdə "hücumçu və ya təşəbbüskar" tərəfdir, Rusiya passiv müdafiə olunur. Başa düşüləndir ki, Rusiya 150 ildən çox müddətdə əsas müttəfiq kimi baxdığı xalqla "münasibətlərə yenidən baxmağa başlamışıq" deməkdə çətinlik çəkir. Ancaq ermənilər bunu çox asan və rahat deyəcəklər. Həm də daha tez deyəcəklər. Artıq əlamətləri görünməkdədir. Ən böyük əlamət isə Azərbaycanla normallaşma danışıqlarının bütün səviyyələrindən ( sərhədlər, kommunikasiyaların açılması, saziş layihəsi) Rusiyanı çıxartmaq cəhdləridir. Lavrov bunu da Antalya Diplomatik Forumunda etiraf etdi. Açıq dedi ki, Azərbaycanla hər şey qaydasındadır, Yerevan isə normallaşma üzrə bizim xüsusi nümayəndəmizi qəbul etmir.
Rusiya - Ermənistan münasibətlərinə azı 100 illik tarixdə yenidən baxılmasını gündəmə gətirmək Azərbaycan diplomatiyasının çox böyük uğurudur. Bunu görmək, dəyərləndirmək lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29

