Nizami Xudiyevin 75 illik yubileyi qeyd edilib
06.03.2024 [15:18]
Havar Şəfiyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, mərhum professor Nizami Xudiyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə qurumdan "Yeni Azərbaycan"-a məlumat verilib.
Tədbirdə professor Nizami Xudiyevin əsərlərinin təqdim edildiyi sərgi təşkil olunub. Tədbirdə alimin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutun direktoru professor Nadir Məmmədli Nizami Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, Nizami Xudiyev 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib. O, ölkəmizin əsas və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.
İclasda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Müzəffəroğlu “Nizami Xudiyevin yaradıcılıq istiqamətləri”, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova “Nizami Xudiyev və ədəbi dil tarixi məsələləri”, dosent Qətibə Quliyeva “Dilçilikdə Nizami Xudiyev fenomeni” adlı məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla qiymətləndirilib. Azərbaycan Ali Sovetinin fəxri fərmanı (1982), "Araz" (1992), "Nailiyyət" (1995), "Akademik Yusif Məmmədəliyev adına medal və mükafat" (1996), "İnam" (1997), "Vətən" (1998), "Qızıl Qələm" (2001), "Abdulla Şaiq" (2001), "Həsən bəy Zərdabi" (2004), Respublika "Vektor" Beynəlxalq Elm Mərkəzinin "İlin ziyalısı" Beynəlxalq diplomu (2004), "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı (2012), "Türk dilinə xidmət" ödülü (2004) və sair mükafatlara layiq görülübdür.
Tədbirdə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent İradə Kərimova, baş müəllim, dosent Vaqif İsrafilov Nizami Xudiyevlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə professorlar Sayalı Sadıqova, İlhami Cəfərsoy, İsmayıl Məmmədli, Sevil Mehdiyeva, dosent Füzuli Mustafayev çıxış ediblər. Bildiriblər ki, Nizami Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı da əbədidir, dönməzdir.
Sonda alimin qızı ATU-nun müəllimi, həkim Aytən Xudiyevə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxElanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45

