Erməni təbliğatının “qəhrəmanları”
13.03.2024 [09:45]
AXCP İrəvan-Paris tezisləri üzərindən “danışır”
Maddi təminat qarşılığında ermənipərəst maraqların “alətinə” çevrilmiş, onların sifarişləri və direktviləri əsasında fəaliyyət göstərən redikül müxalifət yenə də öz ampluasındadır. 2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Azərbaycanın milli maraqlarına qarşı çıxışlarını daha açıq kontekstə keçirən rediküllər 2023-cü il antiterror tədbirlərinin ardından bu fəaliyyətlərini bir az da “intensivləşdiriblər”. Daha doğrusu, sosial şəbəkələrdə ermənipərəst mətbəxlərdə hazırlanan tezislər üzərindən “çıxışlar” etməklə onlar hansı “gücə” xidmət etdiklərini ortaya qoyurlar.
Çox uzağa getməyək - antiterrror tədbirlərinə nəinki sevinən, hətta bunu “qarşıdakı dövrdə Azərbaycana qarşı təzyiqlərin artmasına rəvac verən addım” kimi “dəyərləndirən” AXCP artıq aylardır ki, Fransa - Ermənistan cütlüyünün “ideoloji əsirinə” çevrilib. Erməni KİV-lərinin bütün tezisləri AXCP funksionerlərinin sosial şəbəkə postlarında əks olunmaqdadır. Hətta bəzi məqamlarda onlar özləri də bilmədən “Fransa Senatına qoşularaq” separatizmə dəstək belə verirlər - bu da, AXCP-nin gözübağlı şəkildə erməni təbliğatına təslim olduğunu deməyə əsas verir.
Son dövrlərdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı reallıqlar ortadadır - Ermənistanı dəstəkləyən bəzi qruplar İrəvanın maraqlarını dəstəkləyir, Azərbaycana qarşı kampaniyalar təşkil edir. buna səbəb isə Azərbaycanın öz milli mənafeyi uğrunda çalışmasıdır - ölkəmiz birmənalı şəkildə qeyd edir ki, Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesi iki dövlətin arasında davam etməlidir və xarici təsirlərin burada iştirakı yolverilməzdir. Bu kimi müdaxilələrdə maraqlı olan tərəf isə daha çox Fransadır. Ermənistanı açıq şəkildə silahlandıran və bununla da regionda yeni qarşıdurmaları körükləyən İrəvan-Paris işbirliyinin hədəfi bölgə ilə bağlı yaranmış siyasi situasiyaya təsir göstərməkdir. Hətta bu “birlik” Azərbaycana qarşı qondarma iddialar irəli sürür, danışıqlar prosesində yeni “motivlər” axtarırlar. Azərbaycan isə bütün bu yalan iddiaları rədd edir, əsl həqiqətlərin öz yerini tutmasını tələb edir. Maraqlıdır ki, AXCP “qəhrəmanlarının” sosial şəbəkədəki “bəyanatları” Paşinyan - Makron birliyinin xidmətçisi mahiyyətinə uyğun gəlir. Başqa sözlə, Azərbaycanı guya sülhü istəməyən tərəf kimi təqdim etməklə AXCP üzvləri erməni təbliğatının ruporuna çevrildiklərini açıq şəkildə sübut edirlər. Hətta bir az da uzağa gedən rediküllər az qala Azərbaycanı “danışıqlardan imtina edən tərəf” kimi təqdim edirlər - halbuki sülh danışıqlarını başladan tərəf məhz Azərbaycan olub.
O ki qaldı, Qərbin “sülhlə bağlı vasitəçilik səyləri” məsələsinə, bunun nəticəsiz olduğunu hər kəs görüb - Azərbaycan 2020-ci ildə öz gücü sayəsində ədaləti bərpa edib. Bundan sonrakı mərhələdə həmin “vasitəçilərin” bir qismi Azərbaycana münasibətdə düşmənçilik yürüdüblər, separatizmi açıq şəkildə dəstəkləyiblər. Onları dəstəkləməklə isə AXCP separatizmi dəstəklədiyini etiraf etmiş olur. Bu mənada, bir az sonra Əli Kərimlinin separatçıların “hüquqlarını müdafiə komitəsi” yaratması isə təəccüblü görünməz...
MƏNSUR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

