“The Washington Post” qəzetinin qərəzi...
14.03.2024 [10:37]
İcma: Təxribat xarakterli yazını qətiyyətlə pisləyirik
Nardar BAYRAMLI
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarını ciddi narahat edir. Bu səbəbdən də, ölkəmizə qarşı beynəlxalq müstəvidə qərəzli kampaniyalar aparılır. Prosesə müəyyən beynəlxalq media şəbəkələri də qoşulub. Məhz belə media qurumları da erməni lobbisinin “tirbunasına” çevrilib. ABŞ-ın “The Washington Post” qəzetində də belə hallara rast gəlinir.
Qeyd edək ki, qəzet növbəti dəfə regionumuzla əlaqədar obyektivlikdən uzaq məqalə dərcəedib. Qərbi Azərbaycan İcması bəyanat verərək “The Washington Post” qəzetində Qarabağla bağlı dərc olunmuş həqiqətləri təhrif edən, təxribat xarakterli yazını qətiyyətlə pisləyib. Bəyanatda qeyd olunub ki, yazının müəllifi David İqnatiusun davamlı şəkildə erməni havadarlarının sifarişi əsasında Azərbaycan əleyhinə qərəzli məqalələr ilə çıxış etməsi artıq heç kəsi təəccübləndirmir: “Otuz il ərzində Ermənistan tərəfindən Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklərin törədilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması və yerli əhalinin öz yurd-yuvalarından qovulması faktlarına göz yuman, eləcə də Ermənistandan zorla qovulmuş azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququ barədə bir kəlmə də yazmayan D.İqnatiusun yalnız Qarabağ ermənilərinin “geri qayıtmaq” hüququndan dəm vurması onun peşəkar jurnalistikadan nə qədər uzaq olduğunu, eyni zamanda, ikiüzlü və riyakar mövqeyini göstərir. “Tarixi ədalətsizlik və beynəlxalq hüquq”dan şikayətlənən “jurnalist”ə bir daha xatırlatmaq istərdik ki, münaqişənin yaratdığı və beynəlxalq hüquq sisteminin məhəl qoymadığı ədalətsizliyə, ərazilərinin işğalına məhz Azərbaycan tərəfi məruz qalıb və məhz azərbaycanlılar həm Qarabağ, həm də Ermənistan ərazisindəki doğma yurd-yuvalarından zorla qovulublar”.
Vurğulanıb ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına dinc yolla geri qayıdış hüququ heç bir vəchlə inkar oluna bilməz və bu məsələ özünü “peşəkar və tərəfsiz” kimi qiymətləndirən beynəlxalq medianın da diqqətini cəlb etməlidir.
Ümumiyyətlə, Azərbaycan ötən dövr ərzində dinamik inkişaf edərək beynəlxalq müstəvidə nüfuzlu dövlətlərdən birinə çevrilib. Ölkəmiz müstəqillik illərində Ermənistanın 30 il davam edən işğalı zamanı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal siyasət həyata keçirib. Eyni zamanda, bu dövrdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etməyə nail oldu. Bununla, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ilin sentyabrında ordumuz tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi.
Bununla da, dövlətimiz Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Beynəlxalq birlik bu reallıqları qəbul edir. Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsləri dəstəklənir. Lakin erməni lobbisi prosesə hər vəchlə mane olmağa çalışır. Beynəlxalq mediada da yayılan qərəzli məqalələr də bunun göstəricidir. Əlbəttə ki, belə yalan və böhtan dövlətimizin mövqeyinə təsir göstərə bilməz. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əsaslanır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

