Azərbaycan qitələr arasında körpülər yaradan ölkədir
15.11.2024 [10:31]
Hazırda dünyada arzuolunmaz proseslər izlənilir. Bütün dünyanı çətinliklərlə, fəsadlarla üz-üzə qoyan bu proseslər əksər hallarda dövlətlər və qitələr arasında həmrəyliyin, ümumi, yekdil baxışların, yanaşmaların olmamasından və yaxud çox zəif olmasından qaynaqlanır. Təəssüf doğuran haldır ki, bu gün Qlobal Şərqlə Qlobal Qərb arasında konsensus yoxdur, əksinə ziddiyyətlər getdikcə artır. Ancaq dünya getdikcə dərinləşən problemlərin, o cümlədən də Yer üzündə milyonlarla insanı humanitar və sosial fəlakətə düçar edən iqlim dəyişmələrinin yaratdığı fəsadların üzərinə birlikdə getməli və daha təsirli, daha real tədbirlər görməlidir. Dərk olunmalıdır ki, təcrid olunmuş hansısa bir ölkə, ayrılıqda götürülmüş hansısa bir qitə qlobal faciələrin öhdəsindən təkbaşına gələ bilməz.
Burada Azərbaycanın nümunəsi bütün dünya üçün bir model kimi götürülə bilər. Hər şeydən əvvəl onu qeyd edək ki, Azərbaycanın unikal coğrafi yerləşməsi var - ölkəmiz həm Avropadır, həm də Asiyadır. Eyni zamanda, ölkəmizin rolu yalnız coğrafiya ilə bağlı deyil. “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı dünyanın indiki həssas dönəmində Azərbaycanın əvəzolunmaz roluna diqqət çəkərkən ilk növbədə ölkəmizin reallıqlarından çıxış edib. Prezident İlham Əliyevin bildirdiyi kimi, eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Bəli, dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Bakıda ardıcıl olaraq İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar baş tutur. Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. “Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəmiz həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli formatının qurulması ilə nəticələnib.
Azərbaycan bundan sonra da dünyada birləşdirici roluna, qitələri, xalqları, ölkələri bir araya gətirməyə hesablanan siyasətinə sadiq qalacaq. COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “ Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi.
Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35

