Orta Dəhliz nəhəng haba çevrilir
05.04.2025 [08:12]
Sloveniya öz nəqliyyat şəbəkəsini bu dəhlizə birləşdirəcək
Hazırda qlobal hablardan birinə çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) maraq durmadan artır və bu nəqliyyat arteriyasına qoşulmaq istəyən ölkələrin sırası genişlənir. Xüsusilə də regionda yaranmış yeni geosiyasi düzən və fraqmentasiyalar fonunda meydana çıxan nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi bir çox ölkənin adıçəkilən marşrutda yer almasını şərtləndirməkdədir. Hətta Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb.
Pekin və Bakının təşəbbüskarlığı sayəsində...
Bir neçə gün əvvəl Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyblyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Luka Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış ldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret tədbirlər görəcək.
Orta Dəhliz marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirən nəhəng nəqliyyat qovşağıdır və Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsi bu dəhlizin coğrafiyasının genişlənməsinə də güclü töhfələr verib. Belə ki, Pekin və Bakının artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizə inteqrasiya olunması təşəbbüsləri reallaşıb və yeni hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-omrd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan bu addımı ilə Orta Dəhlizin genişləndiriməsində mühüm tərəfdaşa çevrilib. Eyni zamanda, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının ötən il Azərbaycana səfərləri zamanı da Orta Dəhlizin genişlənməsinə dair yeni fürsətlər yaranıb.
Qarabağ Bəyannaməsinin bəndlərindən biri
Ötən il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Transəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub.
Bəyannamənin tələblərinə uyğun olaraq, dəhlizin bir çox coğrafiyalarında əsaslı yenidənqurma işləri aparılıb, Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturları müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirilib. Qazaxıstan “Transəzər”də zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirib. Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Kurik limanı Azərbaycanın Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilib. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilməkdədir.
Orta Dəhliz ailəsinin digər üzvü Özbəkistan da öz nəliyyat infrastrukturlarını yeniləyərək şaxələndirmədə fəal rol alır. Bir müddət əvvəl Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası “Avrasiya Marşrutu”nu rolunun artırılmasına hesablanıb. Eləcə də “Tacikistan Dəmir Yolları” nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq yönündə tədbirlər həyata keçirməkdədir. Türkiyə Dövlət Dəmir Yolları da Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün öz səylərini gücləndirməkdədir.
Layihənin yaradıcılarından biri olan Azərbaycan Orta Dəhlzə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyib, Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücü artırılıb, qonşu ölkələrlə nəqliyyat bağlatılarının çevikliyi təmin olunub.
Azərbaycan regionun nəqliyyat xəritəsini müəyyənləşdirir
Ötən ay Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər müzakirə olunub. 10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə yeni strateji hədəflər müəyyənləşdirilib. Orta Dəhlizdə yer almaq niyyətlərini bildirən Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlanacağını vurğulayıblar.
Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Transəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlzin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhliz Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

