Omandan sonra Avropaya?
15.04.2025 [10:42]
Birinci raund bitdi - tərəflər razıdır
Tehran - Vaşinqton münasibətlərinin gələcəyi müəyyənləşir
Aprelin 12-də Omanın vasitəçiliyi ilə baş tutan ABŞ-İran danışıqlarının ilk raundu arxada qaldı. Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçının və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutan görüşdə İranın nüvə proqramı məsələsi və Tehrana qarşı tətbiq olunan sanksiyalarla bağlı mövqelərin mübadiləsi baş verib. İran Xarici İşlər Nazirliyinin “Teleqram” kanalı görüşün qarşılıqlı hörmət şəraitində keçdiyini bəyan edib. Bildirilib ki, tərəflər Omanın xarici işlər naziri vasitəsilə konstruktiv atmosferdə fikir mübadiləsi aparıblar. Bəlli olub ki, Tehran və Vaşinqton danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd etmək lazımdır ki, dolayı danışıqlardan sonra İran və Amerika nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqəlik tək müzakirə aparıblar.
ABŞ kompromisə hazırdır
Görüşəqədərki situasiyanı nəzərə alaraq, ortaq nöqtənin tapılmasına ümid çox az idi. Hətta bəzi siyasi ekspertlər danışıqların baş tutmama ehtimalından belə danışırdılar. Onların fikrincə, Yaxın Şərqdə sabitliyin formalaşmasında maraqlı olmayan bir sıra qüvvələrin belə prosesə müdaxiləsi gözlənilirdi. Paralel olaraq bir sıra məsələlərə baxışda radikal fikir ayrılıqlarının yaşanması razılığı nisbi edirdi. Bununla belə, görüşdə mühüm fikirlər səslənib. “Tasnim” mənbələrə istinadən yazıb ki, İran hazırkı danışıqlarda bir sıra qırmızı xətlər müəyyən edib. Tehran xüsusilə vurğulayıb ki, ABŞ nümayəndə heyəti “İranın nüvə proqramı ilə bağlı təhdid dilindən istifadə etməkdən və ya həddindən artıq tələblər irəli sürməkdən çəkinməlidir”. “Tasnim”in yaydığı məlumata görə, İran sanksiyaların ləğvi müqabilində nüvə proqramının dinc xarakter daşıması ilə bağlı etimad mühitini gücləndirməyə hazır olduğunu söyləyib. “Axios” isə ABŞ prezidenti Donald Trampın İranla razılığa gəlmək üçün kompromislərə getməyə hazır olduğunu yazıb.
Qeyd edək ki, martın əvvəlində Tramp “Fox News” telekanalına müsahibəsində İranla nüvə sazişi bağlamaq istədiyini bildirmişdi - müqavilənin bağlanması üçün vaxtın məhdud olduğu önə çəkilmişdi. Amma bu təklif İran tərəfindən rədd edilmişdi - İslam Respublikası bu “razılaşmanı” “İran raketlərinin uçuş məsafəsini və onun regiondakı təsirini məhdudlaşdırmağa cəhd” kimi dəyərləndirmişdi.
60 günə razılaşmasalar, bombalanacaqlar...
Danışıqlar başlamazdan əvvəl ABŞ Dövlət Departamenti ilk görüşün tanışlıq xarakteri daşıyacağını və onun nəticələrinə əsasən danışıqların davam edib-etməməsi ilə bağlı qərarın veriləcəyini bildirmişdi. “Politico” nəşri isə yazıb ki, danışıqlar 60 gün müddətində müsbət nəticə verməyəcəyi halda Tehran hərbi əməliyyatlarla üzləşə bilər. Bu mənada, danışıqlara yanaşma birmənalı deyil - bir sıra İsrail rəsmiləri və respublikaçı deputatlar ABŞ-la danışıqları İran üçün “fürsət” adlandırıb. Onlar bildirirlər ki, Tehran vaxt qazanmaq və qüvvələrini bərpa etmək üçün bu 60 günlük fasilədən istifadə edəcək. Amma ABŞ-ın mövqeyi də ortadadır. Vaşinqtonla razılığa gəlinməsə, Tehranı həm bombalanma, həm də ikinci dərəcəli tariflər gözləyir. NBC telekanalı ABŞ prezidentinin sözlərindən sitat gətirib: “Əgər onlar razılığa gəlməsələr, bombardman olacaq. Daha əvvəl görmədikləri kimi bombardman olacaq”.
İran tam nüvəsizləşmənin əleyhinədir
İranın isə bu danışıqlardan istifadə edərək sanksiyaları yumşaltmağa çalışdığı bildirilir. Bunun müqabilində nüvə proqramını məhdudlaşdırması qaçılmazdır. Maskat görüşü nüvə məsələsində dönüş nöqtəsi kimi xarakterizə olunsa da, Tehran Trampın tələb etdiyi kimi İranın nüvə proqramının tam ləğvinə hazır olmadığını bildirir. İran rəhbərliyi bəyan edib ki, ölkənin zənginləşdirilmiş uran ehtiyatları atom bombası yaratmaq üçün kifayətdir - Tehran bəyan edib ki, danışıqlar birbaşa olmasa da ciddi niyyətlə aparılır. Bundan əvvəl İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani Tehranın ABŞ-la potensial razılaşma üçün praktiki təkliflərinin olduğunu qeyd etmişdi. Şamxani bildirmişdi ki, “Vaşinqton səmimi niyyət və real siyasi iradə nümayiş etdirsə, razılaşmaya gedən yol asan olacaq”.
Xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvəngi İranın diktə deyil, qarşılıqlı hörmət əsasında dialoqa inandığını vurğulayıb. O əlavə edib ki, regional əməkdaşlıq Yaxın Şərqdəki problemlərin həllinin açarıdır.
İkinci raund harada olacaq?
Qeyd edək ki, hər iki tərəf danışıqların ikinci raundunun keçirilməsi ilə bağlı razılıq əldə etsə də, məkanla bağlı ziddiyyətli xəbərlər yayılmaqdadır. Belə ki, birinci görüşdən sonra ikinci mərhələnin aprelin 19-da Maskatda baş tutacağını hər iki tərəfin təsdiqlədiyi bildirilmişdi. Hətta İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirmişdi ki, İran və ABŞ nümayəndə heyətləri tezliklə razılığa gəlməyə can atırlar və “danışıqlar naminə danışıqlar aparmaq istəmirlər”.
“Axios” mənbələri isə görüşün ikinci raundunun Romada keçiriləcəyini yazıb - Mənbənin “Axios”a verdiyi məlumata görə, Tramp administrasiyası birinci raunddan məmnun qaldığını bildirib. ABŞ Romada birbaşa danışıqların aparılmasını istəyir. Nəşr Vitkoffun görüşdən sonra Trampa İranla danışıqların aparılmasını dəstəkləyən Fars körfəzi ölkələrinin nümayəndələri ilə də danışdığını bildirdiyini yazıb.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

