Vaşinqtonla Ankara arasında telefon diplomatiyası
07.05.2025 [10:04]
Tramp Ərdoğanla işləməyi səbirsizliklə gözləyir
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evin rəhbəri Donald Tramp arasında baş tutan telefon danışığı dünyanın əsas gündəm mövzularından birinə çevrilib. Telefon danışığında aparılan müzakirələrin spektri kifayət qədər geniş olub - liderlər həm ikitərəfli münasibətlərin perspektivləri, həm də regional və qlobal miqyasda izlənilən proseslərə bağlı ölkələrinin mövqelərini diqqətə çatdırıblar. Telefon danışığında prezidentlər bir-birini qarşılıqlı səfərlərə dəvət ediblər.
ABŞ Türkiyəni seçir
Şübhəsiz ki, dünyanın ayrı-ayrı regionlarında gərginliklər yaşandığı, xüsusilə də hər iki dövlətin maraq dairəsində olan Yaxın Şərqdə və Şərqi Avropada müharibələrin getdiyi bir dönəmdə iki liderin telefon danışığı aparması təsadüfi deyil. Belə görünür ki, ciddi narahatlıq doğuran geosiyasi vəziyyət prezidentlərin bir-birinin mövqelərini öyrənmələrinə və hansısa məsələlərdə əməkdaşlığın, koordinasiyalı fəaliyyətlərin mümkün olub-olmadığını dəqiqləşdirmələrinə zərurət yarandığı reallığını otaya qoyub. Burada Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni seçilmiş Prezident Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Vaşinqtonun xarici siyasət kursunda bir sıra istiqamətlərin önə çəkildiyini də ayrıca qeyd etmək lazımdır. O cümlədən Ağ Evin yeni sahibinin Ankara ilə siyasi dialoqu intensivləşdirməkdə maraqlı olduğu diqqət çəkir. Burada iki məqamı vurğulaya bilərik.
- Birinci məqam Türkiyə Prezidentinin yüksək liderlik keyfiyyətləri ilə bağlıdır. Dünya birliyi dəfələrlə onun bir sıra regional və qlobal məsələlərdə ədalət mövqeyindən çıxış etdiyinin və prinsipiallıq göstərdiyinin şahidi olub. Xatırlayaq ki, D.Tramp prezident seçildikdən sonra R.T.Ərdoğan barəsində bir neçə dəfə müsbət fikirlər ifadə edib, Türkiyə Prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olmasını məmnunluqla dilə gətirib, onu “çətin və ağıllı lider” kimi səciyyələndirib.
- İkinci məqam isə bütövlükdə qardaş Türkiyənin genişlənən imkanlarından, o cümlədən də artan hərbi potensialı sayəsində qlobal güc mərkəzinə çevrilməsindən qaynaqlanır. Şimali Atlantika Alyansı (NATO) ilə yollarını ayırmağın anonsunu edən D.Tramp güclü orduya malik Türkiyənin timsalında özünə Avropa İttifaqından daha güvənli bir müttəfiq tapmaq istəyir. D.Trampın bir qədər bundan əvvəl C.Bayden dönəmində dalana dirənmiş F-35 danışıqlarına dönüş etməsi Vaşinqtonla Ankara arasında buzların əriməsi erasının başladığının göstəricisidir. Verilən məlumatlara görə D.Tramp Türkiyəni yenidən F-35 proqramına daxil etmək və Ankaranın artıq pulunu ödədiyi qırıcıları təhvil vermək istəyir. Bu məqsədlə komandasına Türkiyəyə qarşı sanksiyaların həm hüquqi, həm də texniki baxımdan necə ləğv oluna biləcəyi ilə bağlı araşdırma aparmağı tapşırıb.
Bundan başqa, müəyyən məsələlərdə fikir ayrılığının hələ də qalmasına rəğmən, Ağ Evin rəhbərliyi Türkiyənin Yaxın Şərqdə izlənilən proseslərdə rolunu yüksək dəyərləndirir. D.Tramp birmənalı şəkildə bildirib ki, Suriya probleminin həllinin açarı məhz Türkiyədədir.
Bütün bunlar Ağ Evdə reallığın, Türkiyənin artan gücünün düzgün dəyərləndirildiyinin təsdiqidir. O qənaət hasil olur ki, ABŞ rəhbərliyi köhnə və yeni tərəfdaşları sırasında Türkiyəyə xüsusi önəm verir və Ankaranı seçir.
Ankara nə istəyir?
Bundan əvvəl Vaşinqtonla Ankara arasında münasibətlər məhz Bayden administrasiyasının riyakarlığı və məsuliyyətsizliyi səbəbindən korlanmışdı. D.Tramp administrasiyası isə münasibətlərdə yeni dönəmə başlamağın zəruriliyini qəbul edir. Bəs qardaş Türkiyənin Ağ Evdən istəyi nədən ibarətdir? Telefon danışığında Türkiyə dövlətinin başçısı ABŞ Prezidentini ölkəsinin ikitərəfli əməkdaşlığın, o cümlədən hərbi-sənaye kompleksinin genişləndirilməsi istiqamətində yeni addımlara hazır olduğuna əmin edib.
O, Donald Trampın dünyada müharibə və münaqişələrə son qoymaq təşəbbüslərini dəstəklədiyini bildirib, xüsusən də Vaşinqtonun İranla dialoq və Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması məsələsində səylərini alqışlayıb.
Türkiyə dövlətinin başçısı Yaxın Şərqdəki vəziyyətə də diqqət çəkərək Qəzza zolağındakı humanitar böhranın miqyasını “dəhşətli” adlandırıb.
Rəcəb Tayyib Ərdoğan fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb və Ankaranın əməkdaşlığa, atəşkəsə və uzunmüddətli sülhün təmin edilməsinə dair atılan addımları dəstəkləməyə hazır olduğunu qeyd edib.
Suriyadakı vəziyyətə toxunan Türkiyə Prezidenti Ankaranın qonşu ölkədə ərazi bütövlüyü və sabitliyi dəstəkləmək əzmini Ağ Evin rəhbərinin diqqətinə çatdırıb, ABŞ-ın Dəməşqə qarşı sanksiyalarının yumşaldılmasının Suriyadakı vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. “Sabit Suriya həm bölgədə, həm də bütün planetdə sülhə töhfə verəcək”, - deyə o qeyd edib.
Tramp məmnundur
Verdiyi açıqlamalardan görünür ki, D.Tramp Türkiyənin dövlət başçısı ilə telefon danışığından məmnundur. ABŞ Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb. Bu barədə Ağ Evin rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - deyə D.Tramp bildirib.
Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. Fikirlərinə davam edən D.Tramp yazıb: “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”.
“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm - elə İNDİ!”, - deyə Ağ Evin yeni sahibi əlavə edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

