Hindistanın qəfil hücumuna ağır cavab...
08.05.2025 [08:47]
Pakistan BMT Nizamnaməsinə uyğun addımlar atır
Şokda olan Dehli vasitəçi axtarır
Xəbər verildiyi kimi, Hindistan Pakistana raket zərbələri ilə hücum edib. Aprelin 22-də Cammu və Kəşmir bölgəsində yerləşən Pahalqam şəhərində baş vermiş hadisənin ardından gərginləşən münasibətlər hərbi toqquşmaya yol açıb. Belə ki, Hindistan Kəşmir bölgəsinə raket zərbələri endirib. Türkiyə mətbuatı xəbər verir ki, “Sindur” adlanan əməliyyata başladığını elan edən Hindistan Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Muzəffərabad şəhərlərinə raket zərbələri endirib. Zərbələr zamanı “yer-yer” tipli ballistik raketlərdən istifadə olunub. Ümumilikdə, hücum zamanı doqquz obyektin vurulduğu bildirilib.
Pakistanın cavabı...
Qısa zamanda Hindistanın hücum zərbələri cavablandırılıb. Pakistan zərbələrdən az sonra genişmiqyaslı hücumlara başlayıb. “Milliyyet”in yazdığına görə, Pakistanın müdafiə naziri Xavadja Asif “Hindistan qorxaqlar kimi hücum etdi - cavabımız daha sərt olacaq”, - deyə bildirib. Nazir Hindistanı açıq döyüşə səsləyib və bildirib ki, “Cəsarətiniz çatırsa, döyüş meydanına çıxın və bu məsələni kişi kimi həll edək”. Dehlinin iddialarının yalan olduğunu bildirən müdafiə naziri Asif Hindistanın dinc sakinləri hədəf aldığını bildirib. “Hindistan qəsdən mülki əhalini hədəf alıb”.
Bildirilib ki, Pakistanın zərbələri həm sayca, həm də dəqiqliyinə və gücünə görə də Hindistanın ilkin hücumunu üstələyib.
Fransa təyyarələri vuruldu....
Pakistanın Baş naziri Şahbaz Şərif isə Hindistanın hava zərbələrinə cavab olaraq ölkəsinin “bütün gücü ilə cavab vermək hüququna malik olduğunu” bəyan edib. Şərif Hindistanın Pakistanın bölgələrinə həyata keçirdiyi raket hücumları ilə bağlı “X” hesabında yaydığı açıqlamasında Pakistan ordusunun “düşmənlə necə davranacağını yaxşı bildiyini” ifadə edib. Baş nazir qeyd edib ki, “Hindistanın öz məqsədlərinə çatmağa imkan verilməyəcək”. Bu açıqlamadan dərhal sonra Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
Hərbi mənbələrin məlumatına görə, Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisinə qarşı Fransadan alınmış “Rafale” qırıcıları, “SCALP” qanadlı raketləri və “Hammer” bombalarından istifadə edib. Pakistan ordusu isə 5 Hindistan hərbi təyyarəsinin vurulduğunu bəyan edib. Bu təyyarələrin 3-ü Fransa istehsalıdır.
Ağ bayraq qaldırıldı...
Hindistanın hücumlarına cavab verən Pakistanın qarşısında Çora kompleksində ağ bayraq qaldırılıb. Belə ki, Pakistan ordusu nəzarət xəttində düşmənin mövqelərinə ciddi zərbə endirib. Nəticədə Hindistan ordusu Çora kompleksi postunda ağ bayraq qaldıraraq geri çəkilməyə məcbur olub. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, “ağ bayraqla Hindistan ordusu məğlubiyyətini etiraf edib. Pakistan Ordusu nəzarət xəttində yerləşən Çora sektorunda düşmənin mövqelərini hədəfə alıb.
Xarici mətbuat yazır ki, Dehli sərt cavabdan sonra vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırış edib. Hindistan ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib. BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.
Pakistan xalqı ilə həmrəyik...
Vurğulayaq ki, Azərbaycanla dost, qardaş ölkə olan Pakistanın hücuma məruz qalması ölkəmizdə də narahatlıq yaradıb. Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını ifadə edib. Yayılan bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib. “Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”, - XİN-in bəyanatında qeyd olunub.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” sosial media hesabında Azərbaycana təşəkkür edib. “Hindistanın günahsız mülki şəxslərə qarşı hücumu ilə bağlı Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk”. Səfir, həmçinin qeyd edib: “Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”
Tramp narahatdır - BMT TŞ məlumatlandırılıb...
ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişədən narahatlıq keçirdiyini bildirib. “Milliyyət”in yazdığına görə, Tramp bu qarşıdurmanın çox tez bitəcəyinə ümid etdiyini deyib.
BMT-nin baş katibi Antonio Quterreş də Hindistanın Pakistana təcavüzündən dərin narahatlığını ifadə edib və son dərəcə təmkinli olmağa çağırıb. BMT-nin sözçüsü Stefan Dujarrik “Anadolu Ajansın” müxbirinə məsələ ilə bağlı yazılı açıqlama verib. Düjarrik Hindistanın hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib. “Dünya Hindistan və Pakistan arasında hərbi münaqişədən narahatdır”, - deyən Düjarrik hər iki ölkəni maksimum təmkinli olmağa çağırıb.
Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi isə qurumun baş katibini, Baş Assambleyanın sədrini və Təhlükəsizlik Şurasının sədrini Hindistanın Pakistana qarşı açıq təcavüzü, onun suverenliyini və beynəlxalq hüququ pozan, beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığı barədə məlumat verib”. Bəyanatda BMT Təhlükəsizlik Şurasına məlumat verilib ki, Pakistan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu qorumaq üçün “istənilən vaxt və yerdə” təcavüzə lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40

