“AAA”dan “AA1”-ə...
20.05.2025 [09:07]
ABŞ-ın borc yükü kredit reytinqinin aşağı salınmasına səbəb oldu
“Moody’s” reytinq agentliyi ABŞ-ın uzunmüddətli emitentlər və yüksək təminatsız istiqrazlar üzrə bazardakı enmələri, habelə maliyyə-fiskal göstəricilərindəki davamlı pisləşməni nəzərə alaraq reytinq əmsalını “AAA”dan “AA1”-ə endirib. Həmçinin dolların davamlı institusional gücü və qlobal maliyyədəki çəkisinin sabitliyi qiymətləndirilməklə ölkənin kredit reytinqi üzrə proqnozu mənfidən sabitə dəyişdirilib. Agentlik mövcud qərarın qəbul edilməsində ABŞ-ın dövlət borcunun artımını və faiz ödənişləri ilə bağlı vəziyyəti, eləcə də borcun idarə olunmasındakı mənfi halları da nəzərə alıb.
“Moody’s”un açıqlamasında vurğulanır ki, ABŞ-ın əvvəlki və yeni administrasiyası, konqres illik maliyyə kəsiri, artan faiz xərcləri tendensiyası və büdcə məsələlərində uzun müddət razılığa gələ bilmədiyindən borc amili idarəolunmaz vəziyyətlə üzləşib.
34 trilyon dollar borc öhdəliyi
Amerika qlobal iqtisadi güc olmasına baxmayaraq, borc yükünə görə, lider və hər il bu göstəricinin böyüməsinə səbəb olan dövlətlərdəndir. Xüsusilə də, COVID-19 pandemiyasından sonra kəskin büdcə xərclərinin artımları borcun 4-5 trilyon dollar böyüməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun (BVF) Qlobal Borc Məlumat Bazasına görə, qlobal dövlət borcu 2024-cü ilin sonunda 102 trilyon dollara çatıb. Xarici borcun məbləğinə görə, dünya ölkələri sırasında ilk yerdə ABŞ dayanır. ABŞ-ın dövlət borcu ötən il 34 trilyon dolları ötüb. Bu o deməkdir ki, qlobal xarici borcun üçdə biri, yaxud 34 faizi Ameriaknın payına düşür.
ABŞ-ın borclarının əsas strukturu səhm və istiqrazlardan yığılmış aktivlərdir. ABŞ hər ilə öz borcunun faiz və vaxtı çatan dövlət istiqrazları üzrə öhdəliklərinin bir hissəsini ödəsə də, əsas borc yükü və yeni səhmlər üzrə faiz dərəcələri xarici borc portfelini artırır. Ölkənin Büdcə Ofisinin məlumatına görə, ötən ilki maliyyə ilində borcu ödəmək ABŞ 695 milyard dollar xərcləyib ki, onun da demək olar ki, hamısı faizlər üzrə ödənişlər və xarici borca xidmət haqlarıdır. Səhm və istiqrazlar üzrə faizlər müxtəlif vaxtlarda bahalaşdığından borc da yüksəlir. Ölkənin ÜDM-i 30 trilyon dollardır və ABŞ borcu sıfırlamaq üçün illik gəlirlərinin 1 sentinə toxunmadan hamısını debitorlara ödəməlidir. Yaxud, ölkənin strateji valyuta ehtiyatları 34,8 milyard dollar təşkil edir ki, bu da xarici borc rəqəmi ilə tam eynidir. ABŞ borcunu tam bağlamaq üçün bütün strateji rezervlərini satmalıdır. Bu isə ölkənin iqtisadiyyatını darmadağın edə bilər.
Maliyyə naziri “Moody’s”a inanmır
Yeri gəlmişkən, “Moody’s”un ABŞ-ın cari və perspektiv öhdəliklərlə bağlı vəziyyətə dair proqnozları da ümidverici deyil. Agentliyin tədqiqat icması hesab edir ki, Amerikanın federal kəsiri 2024-cü ildəki 6,4 faizdən 2035-ci ilə qədər ÜDM-in 9 faizinə çatacaq və borcun bu müddət ərzində ÜDM-in 134 faiznə yüksələcəyi gözlənilir. Faiz ödənişləri eyni ilə federal gəlirin 30 %-ni, 2021-ci ildəki səviyyəsini üç dəfə artıra bilər.
Bütün bunlara baxmayaraq, “Moody’s” hesab edir ki, reytinqin aşağı salınması ABŞ təsisatlarına və ya Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti çərçivəsinə inamın azalmasını əks etdirmir. “Birləşmiş Ştatlar iqtisadiyyatının ölçüsü, dayanıqlılığı və dinamizmi, eləcə də ABŞ dollarının dünyanın ehtiyat valyutası rolu kimi müstəsna kredit üstünlüklərini saxlayır”.
ABŞ-ın iqtisadi komandası isə ölkənin iqtisadi-maliyyə imkanlarına arxalanaraq reytinq əmsalının aşağı salınmasını ciddi qarşılamadıqlarını bəyan edirlər. Maliyyə naziri Skott Bessentin fikrincə, yeni reytinq təyinatı ölkəsi üçün təsiredici hal sayılmır və Birləşmiş Ştatlar “Moody’s” agentliyinə etibar etmir. Qərarın spekulyativ olduğunu istisna etməyən nazirin fikrincə, Prezident Donald Trampın Yaxın Şərqə tarixi səfərindən qayıtması zəruridir və ABŞ-a trilyonlarla dollar gəlir. Ölkədə investorların inamı müşahidə edilir və ona görə də “Moody’s”ə inanmaq olmaz.
4 aylıq iqtisadi göstəricilər ümidverici deyil
“Moody’s”a etimadsızlıq sindromu təşviq etməyə çalışan Amerikanın maliyyə-bank təmsilçilərinin bu tipli bəyanatlarına baxmayaraq, ölkənin ötən 4 aylıq iqtisadi göstəricləri vəziyyətin qənaətbəxş olmadığına dəlalət edir. Tramp tarif sanksiyalarından gözlədiyi nəticəni ala bilməməsi, dolların beynəlxalq əməliyyatlarda öz mövqeyini zəiflətməsi, FED rəhbərliyi ilə hökumət arasında açıq uçurumun yaranması, habelə transmilli şirkətlərdə müşahidə edilən inamsızlıqlar iqtisadiyyatın inkişafını əngəlləyir. Tramp administrasiyası məhz administrativ üsullarla iqtisadiyyata müdaxilə etmək, xüsusən də maliyyə-bank sistemini inzibati resurslarla idarə etmək, hətta valyuta sistemini nəzarətə götürmək və kütləvi pul çapı hesabına büdcə kəsirini emissiya ilə bağlamaq və digər addımlar atmağa çalışsa da, maliyyə-büdcə sistemindəki kəsirləri nizamlamaq çətinləşir. Mövcud situasiya hətta hökumətin iqtisadi blokuna olam etimadı da azaldıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

