Almaniyada partiyalararası çəkişmə...
01.07.2025 [08:57]
Sağçı-ekstremist partiyanın nüfuzu daha da güclənə bilər
Almaniyada sol-mərkəzçi Sosial Demokrat Partiyası (SPD) ilə ifrat-sağçı Almaniya üçün Alternativ partiyası (AfD) arasında siyasi çəkişmə dərinləşməkdədir. Belə ki, bu ilin fevralında Almaniyada baş tutan son parlament seçkilərindən sonra Xristian Demokrat (CDU) və Xristian Sosial İttifaqı partiyası (CSU) ilə koalisiya hökuməti quran Sosial Demokrat Partiyasının iyunun 28-də keçirilən qurultayında AfD-nin qadağan edilməsi üçün müvafiq prosedurlara başlanmasına dair qərar qəbul olunub. Almaniya KİV-lərinin məlumatına görə, yekdilliklə qəbul olunan qərarda AfD-nin Konstitusiyaya zidd fəaliyyətini sübut edən dəlillərin toplanması üçün SPD tərəfindən federal və əyalət səviyyəsində fəaliyyət göstərən işçi qrupunun yaradılması əksini tapıb. Lazımi sübutlar toplanacağı təqdirdə AfD-nin qadağan olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediləcək. SPD-nin qərarında AfD-nin əcnəbi vətəndaşların gəldikləri ölkələrə geri göndərilməsinə dair tələblərinin Konstitusiyaya və insan ləyaqətinə zidd olduğu bildirilib. Eyni zamanda qərarda partiyanın parlamentar demokratiyaya etimadı sistemli şəkildə zəiflətmə siyasəti yürütdüyü, azad və demokratik konstitusion quruluşu aradan qaldırmağı hədəflədiyi də qeyd edilib. Qeyd edək ki, Almaniya Federal Konstitusiyanın Mühafizə İdarəsi üç il ərzində partiyanın fəaliyyətini araşdırıb və bu ilin mayında AfD-ni insan ləyaqətini pozan və qatı millətçi mövqeyi səbəbindən meyilli təşkilat kimi təsnifləndirib. AfD bu qiymətləndirməyə qarşı məhkəmə iddiası qaldırıb.
Xatırladaq ki, bu ilin fevralın 23-də Almaniyada keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixində önəmli siyasi hadisə kimi yadda qaldı. Rəsmi məlumatlara görə, sağ-mərkəzçi CDU-CSU ittifaqı səslərin 28.6 faizini toplamaqla Bundestaqda öz lider mövqeyini geri qaytardı. Son illərdə reytinqi yüksək sürətlə artan ifrat-sağçı Almaniya üçün Alternativ partiyası 20.8 faiz səslə Bundestaqda ikinci böyük partiyaya çevrildi. Bu, təkcə Almaniya üçün deyil, həmçinin ümumi Avropa üçün də şok xəbər idi. 2021-ci ildə seçkilərin qalibi olan Sosial Demokrat Partiyası isə 16.4 faiz səs əldə etməklə son altmış beş ildə çox ağır məğlubiyyətə məruz qaldı - partiya demək olar ki, parlamentdə 120 mandata sahibdir. Son seçkilər sol və liberal cəbhəni təmsil edən partiyalar - Yaşıllar, Sol və Azad Demokrat Partiyası üçün də çox məyusedici oldu. Yaşıllar və Sol partiya 11.6 faiz və 8.8 faiz səs toplamaqla parlamentdə xeyli yer itirdilər. Azad Demokrat Partiyası 4.7 faiz səslə parlamentə daxil ola bilmədi.
AfD bu halda ləğv oluna bilər
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, AfD-nin fəaliyyətinə xitam verilməsi Konstitusiya məhkəməsinin qərarından asılıdır.
“Son illərdə Almaniyada qatı sağın güclənməsi fonunda cəmiyyətdə siyasi fraqmentasiya güclənməkdədir. Siyasi partiyalar arasında çəkişmələrin dərinləşməsi bunu aydın sübut edir. Almaniya üçün Alternativ partiyasının Almaniya daxilində, xüsusilə də ölkənin şərq vilayətlərində tərəfdarlarının sayı çoxalmaqdadır. Qeyd edim ki, AfD-nin tərəfdarlarının əksəriyyəti vaxtilə Xristian Demokratlar - CDU-nun tərəfdarları idilər. CDU-nun öz elektoratının tələblərinə uyğun siyasət yürütməməsi və miqrantların ölkəyə kütləvi axınana qarşı etirazların artması səbəbindən qatı millətçi və avroskeptik cəbhənin yüksəlişinə şahidi oluruq”, - deyə S.Zahidov bildirib ki, Almaniya Federal Konstitusiyasının Mühafizəsi İdarəsinin AfD ilə bağlı qərarı partiyanın ləğv olunması üçün kifayət deyil: “Bu, Konstitusiya məhkəməsinin qərarından asılıdır. Lakin Konstitusiya məhkəməsi öz qərarını verməzdən əvvəl mərkəzi hökumətin də rəyini nəzərə almalıdır. Əgər məhkəmədə AfD-nin parlamentar demokratiyaya və ölkənin konstitusion quruluşuna qarşı təhdid yaratdığı sübuta yetirilərsə, bu halda partiyanın ləğv olunması ilə bağlı qərar qəbul edilə bilər”.
CDU ilə SPD arasında ziddiyyət
“Təkcə Sosial Demokratlar deyil, həmçinin Xristian Demokratlar, Yaşıllar və Liberallar da AfD ilə çəkişmə içərisindədir. Sağ-mərkəzçi CDU AfD ilə əməkdaşlığa qarşıdır. Lakin xüsusi bir məqamı nəzərə almaq lazımdır ki, AfD-yə qarşı mübarizədə CDU və SPD-nin yanaşması bir-birilə ziddiyyət təşkil edir. SPD-dən fərqli olaraq, CDU AfD ilə siyasi çərçivədə mübarizənin tərəfdarıdır. Çünki CDU-da hesab edirlər ki, AfD-nin ləğv olunması istiqamətində atılacaq addımlar qatı sağçı partiyanın kütlə içərisində nüfuzunun daha da güclənməsinə gətirib çıxara bilər. CDU belə bir ssenari ilə üzləşmək istəmir. Bu baxımdan AfD məsələsində CDU ilə SPD arasında fikir ayrılıqları dərinləşir. Bu, sözsüz ki, koalisiya hökumətin fəaliyyətinə mənfi təsir göstərə bilər,” - deyə S.Zahidov vurğulayıb.
Almaniyanın Aİ-də liderliyinə ciddi əngəl
S.Zahidov bildirib ki, həm Avropa İttifaqının, həm də Almaniyanın daxili auditoriyasının maraqlarına uyğun siyasət yürütmək Merts hökuməti üçün o qədər də asan olmayacaq. “Almaniyanın yeni kansleri Fridrix Merts Almaniyanın Avropa İttifaqında siyasi və iqtisadi liderliyini yenidən bərqərar etmək niyyətindədir. Merts hökumətinin xarici siyasətinin əsas prinsiplərindən biri vahid Avropa ideyasını təbliğ etməkdir. Lakin SPD ilə problemlərin yaşanması, o cümlədən ölkə daxilində AfD-nin nüfuzunun daha da möhkəmlənməsi Merts hökumətinin Aİ ilə həmrəy siyasət yürütməsinə mane olacaq. Bildiyimiz kimi, AfD ümumi Avropa anlayışına, xüsusilə də Aİ-nin miqrasiya siyasətinə və Brüsselin Almaniyanın daxili işlərinə qarışmasına qarşı kəskin mövqe sərgiləyir. Bu da AfD-nin ölkə daxilində kütləni öz tərəfinə çəkməsinə təsir göstərir. Belə bir halda Merts hökuməti həm Avropa İttifaqının, həm də ölkənin daxili auditoriyasının maraqlarına paralel şəkildə cavab verən siyasət yürütmək məcburiyyətində olacaq. Bunun üçün indiki hakimiyyət çox çətin proseslərdən keçməlidir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48

