Paşinyanın Altay səfəri...
29.07.2025 [13:05]
Ermənistanın baş naziri səfər zamanı
Zəngəzur dəhlizini müzakirə edib?
Ermənistanda Paşinyan hökumətinin Rusiyadan üz döndərərək Qərbə meyl etməsi yeni məsələ deyil. Bütün dünya bilir ki, Paşinyanın hakimiyyətə gətirilməsi Sorosun layihəsi olub. İndiyədək rəsmi İrəvanın yürütdüyü siyasət Moskva tərəfindən xoş qarşılanmır. Çünki Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı müəyyən addımlar atmağa sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.
Qərb, yoxsa Rusiya?
Nəzərə alaq ki, İrəvanın xarici siyasəti ziddiyyətlidir. Paşinyan hakimiyyəti Rusiyaya bağlı beynəlxalq tədbirlərdə iştirakdan gah imtina edir, gah da əksinə. Guya, erməni hökuməti bununla balanslı xarici siyasət həyata keçirdiyini nümayiş etdirməyə çalışır. Əslində isə, bu qeyri-müəyyən bir siyasətdir. Məlumdur ki, bu yaxınlarda mətbuat konfransı keçirən N.Paşinyan Rusiya ilə münasibətlərin heç vaxt əvvəlki kimi olmayacağını bəyan edərək demişdi: “Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meyilli deyiləm, amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq”.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, Paşinyan deyib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksəkdir. Belə bəyanatların ardınca, Paşinyanın Rusiyanın Altay vilayətinə səfər etməsi təəccüblü görünür. İndiyə qədər Rusiyada bundan da daha nüfuzlu tədbirlərdə iştirakdan imtina edən Nikolun niyə Altaya səfər etməsi suallar doğurur. Bu səfər ilk növbədə seçki ərəfəsində Qərblə yaxınlaşmanın yaratdığı riskləri balanslaşdırmağa xidmət edir. Belə ki, kilsə və Karapetyana qarşı addımlar artıq Moskvanın qəzəbinə səbəb olub. ABŞ və Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşməsi Kremlin “səbr kasası”nı daşıra, daha sərt addımlar atmağa vadar edə bilər. Erməni baş nazir yaxşı anlayır ki, Rusiyadan iqtisadi və enerji baxımından tam asılı vəziyyətdədir. Eyni zamanda, xarici ticarəti də Avrasiya İqtisadi İttifaqından, dolayı yolla birbaşa Rusiyadan asılıdır. Təsadüfi deyil ki, Moskva ilə kilsə və Samvel Karapetyana, konkret olaraq, Kremlin təsir rıçaqlarına görə yaranan gərginlik xarici ticarətə ciddi zərbə vurur.
Aİ-yə üzv olmaq istəyən İrəvan Aİİ-ni tərk etməlidir
Səfər ərəfəsində erməni mediası yazırdı ki, N. Paşinyanın əsas məqsədi Rusiyanın baş naziri ilə Zəngəzur dəhlizini müzakirə etməkdir. Yəni, bu məqsəd üçün Paşinyan Altaya səfər edib. Məlumdur ki, Ermənistanın Avropaya inteqrasiya yolu Aİİ-dən çıxmaqdan keçir. İndiki halda, Avropa İttifaqının bazarı Ermənistan üçün bağlıdır. Standartlar, rəqabət bu bazara girişi mümkünsüz edir. Logistika sahəsində də Aİ ilə ortaq nöqtə yoxdur. Bu yöndə Avropaya yeganə qapı Zəngəzur dəhlizindən keçir. Rusiya Baş naziri Mixail Mişustinlə görüş keçirən, ticari-iqtisadi əməkdaşlığı, Ermənistanda Rusiya investisiyasını müzakirə edən Paşinyan, çox güman ki, Zəngəzur dəhlizini diqət mərkəzində saxlayıb. Erməni mediası yazır ki, Mişustin görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin azalmasından, Aİ-yə uyğunlaşdırılan normativ-hüquq sahəsində dəyişikliklərdən narazılıq edib. Çünki bu dəyişikliklər Aİİ standartları ilə ziddiyyət təşkil edir. Əslində, bu, Mişustinin sərt xəbərdarlığı kimi qəbul edilməlidir. Çünki dəfələrlə Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Avropa inteqrasiyası Ermənistanın Aİİ-dən çıxması deməkdir. Bu isə erməni iqtisadiyyatının məhvi mənasına gəlir.
Paşinyan Azərbaycanla Türkiyənin şərtlərini yerinə yetirməlidir
Digər tərəfdən, Paşinyan Moskvanın Zəngəzur dəhlizi və seçkilərlə bağlı nəbzini yoxlamaq niyyətindədir. Baş nazirin bu səfərdən əvvəl Eçmiədzinə hücuma hazırlaşdığı, katolikos seçimləri barədə açıqlamaları da təsadüfi deyil. Təbii ki, Rusiya Zəngəzur dəhlizinə nəzarəti əldən vermək istəmir. Paşinyan isə Rusiyadan uzaqlaşmağa çalışır. Lakin erməni baş nazir anlayır ki, bu, elə də asan məsələ deyil. Hakimiyyətdən devrilmək qorxusu onun Rusiya ilə nisbətən ehtiyatlı siyasət yürütməyə məcbur edir. Hələ də özünə tam güvənə bilməyən Ermənistan hökuməti, necə deyərlər odla su arasında qalıb. Çünki həm Moskva, həm də Brüssel İrəvandan öz məqsədləri naminə istifadə etməyə çalışır. Belə şərait isə Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Paşinyan üçün ən doğru variant Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Türkiyənin mövqeyini nəzərə almaqdır. Çünki məhz bu halda Ermənistan təcriddən çıxa bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35

