Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran yaxın günlərdə ABŞ ilə danışıqların nəzərdə tutulmadığını bildirib

İran yaxın günlərdə ABŞ ilə danışıqların nəzərdə tutulmadığını bildirib

30.06.2026 [11:51]

İran qarşıdakı günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqların planlaşdırılmadığını bildirib və vurğulayıb ki, Tehranın prioriteti müharibənin sona çatması ilə bağlı anlaşma memorandumunun həyata keçirilməsidir.

AZƏRTAC xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə bildirib: “Tehran hazırda memorandumun müddəalarının həyata keçirilməsini təmin etməyə diqqət yetirir və bu məsələ ilə bağlı tələblərinin yerinə yetirilməsini “ciddi şəkildə” izləyir”.

Bəqai ABŞ-nin neft satışı ilə bağlı memorandumun 10-cu maddəsi çərçivəsində lazımi lisenziyaları artıq verdiyini və İranın icra prosesini izlədiyini bildirib.

İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı 11-ci maddəyə gəldikdə isə, o, icra prosesinin davam etdiyini və Tehranın ekspert heyətinin bu məsələni izləmək üçün bu həftənin sonunda Dohaya gedəcəyini bildirib.

Bəqai əlavə edib ki, İran hələ yekun razılaşma üçün danışıqlar mərhələsinə qədəm qoymayıb və memorandumun 13-cü maddəsinin icrasına hərtərəfli razılaşma üzrə danışıqların yalnız 1, 4, 5, 10 və 11-ci maddələrin tətbiqindən və onların davam etməsindən sonra başlanıla bilər.

XİN-in sözçüsü, həmçinin İran nümayəndə heyətinin səfəri zamanı Dohada ABŞ-nin yüksəkvəzifəli nümayəndələri ilə mümkün görüş barədə məlumatları təkzib edərək bildirib ki, Amerika rəsmilərinin Qətərə səfərinin Tehranın oradakı texniki missiyası ilə heç bir əlaqəsi olmayacaq. “Yaxın günlərdə Amerika tərəfi ilə heç bir səviyyədə danışıqlar olmayacaq”, - deyə o vurğulayıb.

İran ilə ABŞ arasında 14 maddəlik İslamabad Anlaşma Memorandumu prezidentlər Məsud Pezeşkian və Donald Tramp tərəfindən elektron imzalandıqdan sonra iyunun 18-də qüvvəyə minib.

Memoranduma əsasən, 1-ci maddə atəşkəs və hərbi əməliyyatların dayandırılmasını, 4-cü maddə Livan cəbhəsi və İsrailin geri çəkilməsi ilə bağlı razılaşmaları ehtiva edir, 5-ci maddə Hörmüz boğazında müvəqqəti naviqasiya və təhlükəsizlik koordinasiyasını tənzimləyir, 10 və 11-ci maddələr müvafiq olaraq İran neftinin ixracı və dondurulmuş aktivlərə çıxışla bağlıdır.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30