Yeni üçtərəfli format
07.08.2025 [11:17]
Avqustun 5-də Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti konfransın plenar iclasında iştirak edib.
Nəqliyyat dəhlizləri, rəqəmsal bağlantı, Xəzərin ekoloji problemləri...
İclasda çxış edən Ə.Əsədov Azərbaycan-Türkmənistan münasibətlərinə toxunaraq bu münasibətlərin ortaq irsə, tarixə və qarşılıqlı hörmətə əsaslandığını bildirib - Baş nazir Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfərinin əhəmiyyətini vurğulayaraq, bu səfərin ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. “Bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir,” - deyə Ə.Əsədov vurğulayıb.
Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində təşəbbüslərini və əhəmiyyətli rolunu dünya ölkələrin liderlərinin və rəhbərlərinin diqqətinə çatdıran Baş nazir bildirib ki, ölkəmizin nəqliyyat siyasəti və yeni, müasir infrastrukturu coğrafi məhdudiyyətləri imkanlara çevirib: “Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib,” - deyə Ə.Əsədov əlavə edib ki, Bakı 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90 faiz artıma nail olub. Dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır.
Rəqəmsal bağlantılar sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan Ə.Əsədov vurğulayıb ki, Azərbaycan “Rəqəmsal İpək Yolu” kimi irimiqyaslı layihələr vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirir: “Buraya Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilməsi də daxildir. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal rəqəmsal iqtisadiyyatdan faydalanmaları məqsədilə informasiya texnologiyaları və telekommunikasiya sahəsində tərəfdaşlığın vacibliyi də xüsusi vurğulanmalıdır. Digər birgə səylər iqlim dayanıqlılığının gücləndirilməsi ilə bağlıdır”.
Baş nazir ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da əldə olunan nailiyyətlər barədə də söz açıb - o qeyd edib ki, COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi qlobal iqlim maliyyəsində tarixi bir mərhələdir: “Bu öhdəlik, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyəsinin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivə üzrə danışıqları uğurla tamamlayaraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun icrasını təmin etdi. Eyni zamanda iqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olundu”.
Baş nazir Ə.Əsədov Xəzər dənizinin ekoloji problemlərin həllinə xüsusi diqqətin ayrılmasının zəruriliyini də vurğulayıb: “Ən çox narahatlıq doğuran məsələ suyun səviyyəsinin azalmasıdır. Biz Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərimizi birləşdirməliyik. 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bu ekoloji problemə xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır”.
Azərbaycan bütün dünya üçün böyük əhəmiyyət kəsb edir
Plenar iclasdan sonra Baş ?azir Əli Əsədovun Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşü baş tutub. Q. Berdiməhəmmədov və Ş. Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcudluğunu dilə gətirən Q.Berdiməhəmmədov qeyd edib ki, region dövlətləri arasında əməkdaşlıq günün tələbinə çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Türkmənistan-Özbəkistan formatının ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları, o cümlədən nəqliyyat, logistika və enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Türkmənistan Prezidenti və Gürcüstan Baş naziri ilə görüş
Konfrans çərçivəsində Baş nazir Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə də görüş keçirib. S. Berdiməhəmmədov və Ə.Əsədov arasında baş tutan görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib. İ.Kobaxidze ilə görüşdə isə ikitərəfli faydalı əməkdaşlığın iqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

