Yaponiya Çinə diplomat göndərir
18.11.2025 [09:33]
Vəziyyəti stabilləşdirmək üçün...
Çin ilə Yaponiya arasındakı gərginlik səngiyir. Qeyd edək ki, Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarından və Pekinin sərt reaksiyasından sonra iki ölkə arasında yaranan münaqişənin həlli üçün Yaponiya Çinə yüksək səviyyəli diplomat göndərmək qərarına gəlib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumatda Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Departamentinin rəhbəri Masaaki Kanainin noyabrın 18-də Çin tərəfi ilə cari vəziyyətlə bağlı danışıqlar aparacağı bildirilib.
Pekin mövqeyində qətiyyətlidir
Təxminən bir həftə davam edən gərginlik fonunda hər iki dövlət bəzi addımlar atmışdı. Ötən cümə günü Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirini çağıraraq ona xəbərdarlıq etmişdi - rəsmi Pekin Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarını “qəbuledilməz” elan etmişdi. Çin Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, əgər Yaponiya Tayvan ətrafındakı vəziyyətə güc tətbiq etməklə müdaxilə cəhdi göstərərsə, “sarsıdıcı məğlubiyyət” ilə üzləşəcək. Vurğulayaq ki, rəsmi Pekindən səslənən açıqlamalar boşuna deyildi - Sanae Takaiçi Tayvana mümkün Çin hücumunun “mövcudluq təhdidi” hesab edilə biləcəyini və Tokionun özünümüdafiə hüququndan istifadə edə bilmə imkanları barədə son açıqlaması gərginliyin əsas səbəbi idi. Çin Müdafiə Nazirliyinin sözçüsü Tsyan Bin baş nazir Takaiçinin açıqlamalarını son dərəcə məsuliyyətsiz və təhlükəli adlandırmışdı. “Əgər Yaponiya tərəfi tarixdən dərs çıxarmazsa və Tayvan məsələsinə müdaxilə etmək üçün risk etməyə və ya hətta güc tətbiq etməyə cəsarət edərsə, Xalq Azadlıq Ordusunun dəmir iradəsi əlində sarsıdıcı məğlubiyyətə uğrayacaq və bunun üçün ağır bədəl ödəyəcək”, - deyə Tsyan Bin açıqlamasında bildirib.
27 ildən sonra bağlanan sülh...
Xatırladaq ki, iki ölkə arasında tarixdə zaman-zaman qarşıdurmalar yaşanıb. 1945-ci ilin avqustunda təslim olan Yaponiya Potsdam Bəyannaməsinin şərtlərini qəbul etdi. Çin ilə Yaponiya arasında diplomatik münasibətlər isə kapitulyasiyadan iyirmi yeddi il sonraya təsadüf etdi. 1972-ci ildə imzalanan birgə kommünikedə Tokio Pekin və Tayvandakı yeganə qanuni Çin hökumətini və Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi kimi tanıdı - 12 avqust 1978-ci ildə isə iki ölkənin xarici işlər nazirləri Pekində Sülh və Dostluq Müqaviləsini imzaladılar və bu Müqavilə həmin ilin 23 oktyabrında qüvvəyə mindi. Çin-Yaponiya Sülh və Dostluq Müqaviləsi ikitərəfli əməkdaşlıq üçün siyasi və hüquqi təməl yaratdı. Bu, Pekin və Tokionun mübahisələri sülh yolu ilə həll etmək öhdəliyini bir daha təsdiqləyir.
Yaponiyalı diplomat çalışacaq ki...
Reuters agentliyinin məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Bürosunun baş direktoru Masaaki Kanainin Çinə səfəri çəçivəsində Lyu Tsinsunt ilə görüşü planlaşdırılır. Görüşdə yaponiyalı nümayəndə Takaiçinin şərhinin təhlükəsizlik siyasətində dəyişiklik demək olmadığını bildirmək və Çini ikitərəfli münasibətləri pisləşdirə biləcək addımlardan çəkinməyə çağırmaq niyyətindədir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

