Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...
08.12.2025 [18:01]
Qərbi Azərbaycanlıların ata-ana yurdlarına dönüşü hələ başlanmasa da, ortada ilkin sayıla biləcək nəticələr var. Bu günlərdə Qərbi Azərbaycanlıların qayıdışı üzrə beynəlxalq konfransa Prezident İlham Əliyevin müraciətindən əvvəlcə bu fikri xatırlayaq. Prezident "Qərbi Azərbaycanlıların qayıdışının artıq beynəlxalq platformaya çevrildiyini" dedi.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Fikrimcə bu, Qərbi Azərbaycanlıların qayıdışı yolunda ilk böyük uğur sayıla bilər. Birliyin bir neçə sənədi BMT-də yayılıb, müxtəlif mövzularda beynəlxalq tədbirlər keçirilib, dünya fikrinə az-çox təsiri olan tanınmış əcnəbi siyasətçilər və dövlət adamları Qərbi Azərbaycanlıların qayıdış haqqına malik olduqlarını etiraf ediblər. Mövzunun beynəlxalq tanınması elə miqyasa çatır ki, Ermənistan özü də ona tədricən alışır, əvvəlki kimi mövzunu aqressivcəsinə süngüləmir. Bu insanların qayıdışının "Ermənistana qarşı guya ərazi iddiası" olması kimi irticaçı yalanlara da artıq çox rast gəlinmir. Mövzunun Prezident İlham Əliyevin dediyi kimi," beynəlxalq platformaya çevrilməsinin" bundan artıq əlaməti daha nə ola bilər ki?!...
2. Yenə də Prezidentin beynəlxalq konfransa müraciətindən bir fikrə baxaq. "Qərbi Azərbaycanlılara qarşı törədilənlər cinayət faktları kimi sübut olunub"... Fikrimcə bu məqam xalqımızın böyük hissəsini təşkil edən Qərbi Azərbaycanlıların məsələsini beynəlxalq hüquq müstəvisinə daşımaq üçün geniş miqyasda materiallar təmin edəcək mənbədir. Elə məhz buna əsaslanaraq Prezident beynəlxalq hüquq müstəvisində gərəkli işlərin sürətlə görülməsi üçün səylərin artırılmasını tələb etdi.
3. Prezident İlham Əliyevin müraciətində diqqət çəkən başqa bir məqam da oldu. Prezident tarixin bir çox məlum mərhələlərində erməni şovinistlərinin Azərbaycan türklərinə məxsus tarix, mədəniyyət və dini abidələrin məhv edildiyini, coğrafi yer adlarının məqsədyönlü şəkildə dəyişdirildiyini söylədi. Məsələnin çox önəmli tərəflərindən biri də odur ki, Ermənistanda milli irsimizin məhv edildiyini tək özümüz demirik, onu artıq dünya siyasi və elmi dairələrinin də qəbul və etiraf etdikləri mövzulara çevirə bilmişik. Bu günlərdə Bakıda elə həmin konfransda bir Amerikalı alimin "biz bilirik ki, Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları və çıxarıldıqları 650-dən çox kənd qalıb" fikri dünyanın bilməli olduğu böyük həqiqətdən xəbər verir...
4. Ermənistanda qalmış və əsasən məhv edilmiş milli irsimizin bərpa olunmasının vacibliyi də milli çərçivədən beynəlxalq miqyasa çıxarılıb. Prezident İlham Əliyevin tarixi, mədəni və dini irsimizin qorunması və bərpası yönümündə işlərin zərurətindən danışması bunu bir daha təsdiqləyir.
Başqa nüanslar da gətirmək olar və bunlar bir daha sübut edir ki, Qərbi Azərbaycanlıların vətənə qayıdışı Milli ideya kimi başlandı və qısa müddətdə beynəlxalq platformaya çevrildi. Etiraf olunmalıdır ki, strateji hədəfi olan böyük keyfiyyət dəyişməsidir...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47

