Diqqət Ukraynaya...
18.06.2026 [11:25]
ABŞ Yaxın Şərqdən sonra Moskva ilə Kiyev arasında sülh yaratmağa çalışacaq
Cümə günü gözlənilən ABŞ ilə İran arasında sazişin imzalanması qlobal siayasətə yeni bir canlanma gətirib. Belə ki, Yaxın Şərq münaqişəsinin tənzimlənməsi digər münaqişə ocaqlarına da diqqət ayrılacağını deməyə əsas verir. Bu faktı ABŞ prezidenti Donald Tramp da təsdiqləyib. Ağ Evin rəhbəri bildirib ki, indi İran məsələsi arxa plana keçdiyi üçün diqqəti Ukrayna münaqişəsinin həllinə yönəldib. Ağ Evin “YouTube” kanalı ilə yayımlanan çıxışında Tramp “Biz İrana diqqət yetirirdik və indi o, arxa plana keçir”, - deyə vurğulayıb. Amerika liderinin sözlərinə görə, Rusiya və Ukrayna razılığa gəlməlidir. ABŞ-ın Ukraynadakı hadisələrdə heç bir iştirakı olmasa da, o, münaqişənin həlli üçün mümkün olan hər şeyi edəcək.
Avropa yenə danışıqlardan çıxır?
Qeyd edək ki, ABŞ hələ ötən ildən Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün fəaliyyət göstərir. Ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putin ilə Alyaskada keçirilən görüş zamanı bir sıra məqamlar üzrə razılaşma da əldə olunmuşdu. Bu ilin yanvarında və fevralında isə həm ikitərəfli, həm də üçtərəfli formatda görüşlər keçirilmişdi. Yaxın Şərqdə müharibənin başlaması prosesi yarımçıq qoydu - artıq bir neçə aydır ki, bu istiqamətdə hər hansı bir danışıq aparılmır. Maraqlıdır ki, Trampın bu bəyanatı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı prosesi nəzarətə almaq istəyinin ifadəsinin ardından baş tutur. Xatırladaq ki, bir müddət öncə Londonda Avropa üçlüyü (Fransa, Almaniya, Böyük Britaniya) Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmüşdü. Görüşdən sonra münaqişə ilə bağlı birgə bəyanat yaymışdılar - bəyanatda müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda avropalıların və ABŞ-ın fəal iştirakına çağırış yer alırdı. London görüşünün iştirakçıları qeyd edirdilər ki, “Avropa istənilən həlldə mühüm rol oynamalıdır”. Bəyanatda həmçinin təcili atəşkəs, təmas xəttinin başlanğıc nöqtəsi kimi götürülməsi, atəşkəsdən sonra Ukrayna üçün hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərinin verilməsi, Avropa təhlükəsizlik maraqlarının qorunması elementləri və bu kimi məsələlər yer alırdı. Liderlər Zelenskinin ABŞ və Avropanın fəal iştirakı ilə Ukrayna ilə Rusiya arasında birbaşa dialoq təklifini dəstəkləmişdilər. Onlar həmçinin Eviandakı G7 sammitindən, Könüllülər Koalisiyasından və NATO-nun Ankara sammitindən Ukraynaya dəstəyi əlaqələndirmək üçün necə istifadə edəcəklərini müzakirə etmişdilər.
Növbəti görüş...
Vurğulandığı kimi, Evianda baş tutan G7 sammiti daha çox Ukraynaya həsr olundu. Fransada baş tutan sammit çərçivəsində Ukrayna lideri ilə ABŞ prezidenti arasında görüş də keçirilib. Məlumata görə, sammitdə Tramp Rusiyanı sülh müqaviləsi bağlamağa çağırıb. O, Ukrayna münaqişəsinin artıq çoxlu insanın həyatına son qoyduğunu vurğulayıb.
Qeyd edildiyi kimi, Ukrayna və Fransa liderləri ABŞ Prezidenti Donald Trampla birlikdə göprüşüblər. Planlaşdırılan 30 dəqiqə əvəzinə bir saatdan çox davam edən “Ukrayna və Avropa üçün Sülh və Təhlükəsizlik Quruluşu” adlı görüşdə Tramp, Makron, Zelenski, eləcə də Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Kanadanın Baş naziri Mark Karni, İtaliyanın Baş naziri Corcio Meloni, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iştirak ediblər.
Görüşdən qısa müddət sonra Tramp jurnalistlərə Zelenski ilə “yaxşı görüş” keçirdiyini və günün “sonrası” yenidən görüşmək niyyətində olduğunu bildirib. Bu, Tramp və Zelenski arasında 28 dekabr 2025-ci ildə milyarderin Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında danışdıqları vaxtdan bəri ilk görüş idi. AFP-nin məlumatına görə, Ağ Ev rəhbəri Moskvanın Kiyevlə “razılaşmalı” olduğunu da bildirib. Tramp vurğulayıb ki, 2022-ci ilin fevral ayında münaqişə başlayandan bəri “Rusiya, Ukrayna kimi, inanılmaz sayda insan itirib”.
O əlavə edib ki, “Mənim bu işə qarışmağımın yeganə səbəbi hər ay 25.000 gəncin ölməsini istəməməyimdir. Hər ay 25.000 insan ölür, həyata yeni başlayan gənclər ölür. Onlar cəbhə xəttinə göndərilir və məhv edilirlər...”
Ukrayna tələsir...
Görüşdən sonra Ukrayna lideri Zelenski də şərh verib. “Suspilne” televiziya kanalının məlumatına görə, o, görüş zamanı tərəfdaşların Ukraynanın mövqeyini dəstəklədiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, müzakirə, digər məsələlərlə yanaşı, enerji paketi, gücləndirilmiş hava hücumundan müdafiə, Ukrayna şəhərlərini ballistik raketlərdən qorumaq üçün əlavə Patriot tutucu raketləri və tutucu istehsal lisenziyaları üzərində qurulub.
“Reuters Next” konfransında onlayn müsahibə zamanı Zelenski Trampın lisenziya tələbinə reaksiyasının “çox müsbət” olduğunu söyləyib. O, həmçinin Eviandakı görüşün (“Ukrayna görüşü”) məzmununu izah edib: “Rusiya ilə danışıqların perspektivlərini, uzaqmənzilli silahları, Rusiya itkilərini, iqtisadiyyatı və sair məsələləri müzakirə etdik. Xoş xəbər budur ki, bəli, ortaq fikir var: Putin döyüşləri dayandırmalıdır”. O, əlavə edib ki, hazırda Rusiya cəmiyyətinin 60 faizdən çoxu müharibənin dayanmasını istəyir.
Ukrayna prezidenti vurğuladı ki, “Rusiyaya dolayı təzyiq” göstərməyin yolları hələ də mövcuddur: “Düşünürəm ki, Prezident Tramp bunu etməyə qadirdir və bəlkə də yalnız o buna qadirdir”. Zelenski avropalılardan da addımlar gözlədiyini gizlətməyib. “Keçən qış bizim üçün dəhşətli idi və başa düşməlisiniz ki, əlbəttə ki, eyni qışı yenidən yaşamaq istəmirik. Amma Rusiya bu il başa düşməlidir ki, əgər bizdə dəhşətli bir qış olarsa, onlarda da belə bir qış olacaq”, - deyə Ukrayna prezidenti bildirib. “Bu il təxminən 10 milyon dron istehsal etməliyik, amma bu rəqəmi ikiqat artıra bilərik”, - deyə o vurğulayıb. Zelenski həmçinin Rusiya prezidenti Putini Eviana dəvət etməyin onun təşəbbüsü olduğunu bildirib: “G7-yə dəvət olunanda Makrona zəng etdim və dedim ki, ‘Emmanuel, neytral ölkə olan İsveçrədə - ruslarla görüş təşkil etmək üçün G7-yə, bir çox liderin iştirakına etibar etməyin yolunu tapmaq barədə nə düşünürsünüz?’ O, bu ideyadan çox məmnun idi, amma ruslar bunu dəstəkləmədilər.”
Zelenski Reuters agentliyinə verdiyi açıqlamada bildirib ki, o, Ukrayna və Rusiya liderləri arasında görüşün təşkili barədə yenidən Prezident Trampla danışıb: “Bu görüş İsveçrə, Türkiyə, Yaxın Şərq ölkələrinedən birində ola bilər... Dəqiq bilmirəm, mən ABŞ prezidenti deyiləm, amma düşünürəm ki, ABŞ da belə bir görüşün keçiriləcəyi yer ola bilər. Axı Trampın Putinlə Alyaskada görüşü olub.”
Tramp Putin ilə danışıb
Qeyd edək ki, ABŞ prezidenti Tramp G7 sammitində iyunun 14-də Putinlə də danışdığını bildirib. ABŞ prezidenti hər iki söhbəti “çox yaxşı” adlandırıb. Ağ Ev rəhbəri bildirib ki, “Və görürəm ki, bəlkə orada nəsə edə bilərik, həqiqətən də belə düşünürəm. Düşünürəm ki, hər ikisi buna hazırdır, ona görə də indi İran məsələsi bitdiyinə görə, Ukraynada sülhə nail olmaq işinə diqqət yetirəcəyik”. Donald Tramp başqa bir açıqlamasında Rusiyanın sülhə razılaşmalı olduğunu təkrarlayıb.
Görüş harada baş tutsun?
Göründüyü kimi hazırki hədəf Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilidir. “RBC-Ukraine” nəşri G7 toplantısına Putinin dəvət olunuduğunu və bu təklifin vasitəçilər, diplomatlar və kəşfiyyat kanalları vasitəsilə Moskvaya çatdırıldığını bildirib. Moskvadan heç bir cavab verilməyib. Çərşənbə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya G7 sammiti çərçivəsində Vladimir Putin və Volodimir Zelenski arasında görüş üçün rəsmi təkliflər almayıb.
Mümkün görüşün ABŞ-da baş tutma təklifi isə Ukranya üçün məqbuldur. Zelenski bildirib ki, ABŞ-da üçtərəfli görüş keçirilə bilər. “Belə bir görüş ABŞ-da elə bir formatda təşkil edilə bilər ki, həm Putin, həm də prezident Tramp bundan imtina etməz”, - deyə Zelenski qeyd edib.
Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov çərşənbə axşamı günü bildirib ki, Putin və Tramp 14 iyun telefon danışığı zamanı görüşlbə bağlı heç nə müzakirə etməyiblər və Rusiya belə bir görüş üçün heç bir təklif almayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54

