“Türkiyə burada yoxdursa, mən varam” deyən lideri nə tez unutdunuz?!
18.10.2026 [16:10]
Hər gün düşünürük ki, yəqin keçib gedəcək, Azərbaycanın daxili işlərinə müdaxilə edənlər kiriyəcək, ağaları “dur” deyəcək, görürük yox, daha da azğınlaşırlar, üstümüzə gəlməkdə davam edirlər! Hər gün neçə-neçə məktəbin yanından keçib gedirik: hər işlər yolunda, şagirdlər, müəllimlər ənənəvi dərslərində, məktəblərin qarşısında nə gərginlik var, nə qovğa, davamiyyət də öz yerində. İlk bir neçə gün ərzində yaşananlar artıq geridə qalıb. Bir çoxları başa düşdülər ki, məsələ iddia olunduğu kimi deyil, Azərbaycanda olmayan “hicab qadağası” iddiası ilə ölkəmizi qaranlığa sürükləmək istəyən qüvvələr, paytaxtlar var və ondan sonra bir sıra müəllimələrimiz nümayişkaranə şəkildə hicabdan imtina etdilər.

Onlar 21-ci əsrin sevilləridir, sağ olsunlar, ölkəmizdə təfriqə salmağa çalışan qüvvələrə alət olmaq istəmədilər, Vətən, dövlət və işıqlı gələcəyimiz naminə vahid məktəbli geyiminin tətbiqi barədə Nazirlər Kabinetinin qərarına əməl edirlər! Bəzi tərəddüddə olanlar da zamanla ən doğru yolu seçəcəklər, buna şübhəmiz yoxdur! Sakit şəkildə düşünüb görəcəklər ki, bayrağında İslamın rəmzi olan, saysız-hesabsız məscidlər tikilən, Prezidenti Qurani-Kərimə and içib fəaliyyətə başlayan, dini tolerantlığın nümunəsi olan Azərbaycanda dinimizə qarşı hər hansı fəaliyyət, qərar, qanun yoxdur! Xaricdən ölkəmizə ixrac edilənlərin isə nə dinə aidiyyəti var, nə də dinsizliyə! Bu, sadəcə xəyanətdir, ölkəmizin təməllərini sarsıtmağa xidmət edən plandır! Uzun illər ərzində Azərbaycanda çevrilişlər həyata keçirməyə çalışanlar, paytaxtımızın bir hissəsində belə, öz maraqlarını təmin etmək üçün vətəndaşlarımızdan da istifadə etməyə nail olanlar, müstəqil dövlətimizi özlərinin bir hissəsi sayanlar gördülər ki, yox, heç nəyə nail ola bilmədilər, Azərbaycan dövləti bütün planların qarşısını aldı, dövlətin təhlükəsizliyinə və asayişə cavabdeh qurumlar daim ayaq üstə, ayıq-sayıqdır, “B” planını işə saldılar.
Azərbaycan ərazilərinin işğal illərində çox eksprimentləri sınaqdan keçirtdilər, amma hətta o zamanlar belə dövlətimiz xarici müdaxilələrə boyun əymədi, bütün xain əməllər ifşa edildi. İndi onlar nə yeyib, nə içirlər ki, ərazi bütövlüyünü təmin etmiş qüdrətli dövlətimizi sarsıtmaq üçün yenidən hərəkətə keçiblər?! Təəssüf doğuran bu da deyil, axı, onların dabbaqda gönünə bələdik, “kərimə dövləti” yaradanlar, Azərbaycanda da “proksi qüvvələr” təsis edib, özləri üçün alətə çevirmək istəyənlər üçün 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın varlığı gözdağıdır, bu dövlətin olmasını, özü də güclü şəkildə sinirə bilmirlər.

44 günlük Vətən müharibəsində ordumuzun Araz çayı boyunca hücumunu əngəlləyənləri, Xankəndidəki separatçılara Ermənistan nömrəli maşınlarla yanacaq daşıyanları, işğalçılara təlim keçməkdən ötrü gizli yolla Qarabağa gələrkən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunanları unutmamışıq! Biz onu da unutmamışıq ki, işğal illərində Şuşadakı Yuxarı Gövhərağa məscidini “təmir” etmək üçün məhz həmin müsəlman ölkədən şirkət göndərilmişdi. Düşünürdülər ki, daha Şuşa əbədi “Şuşi” oldu və İrəvandakı Göy məscidimiz kimi, Yuxarı Gövhərağa məscidi də “fars irsi”nin adına yazılacaq.

Arzuları ürəklərində qalıb axı...Araz boyunca Azərbaycana qarşı hərbə-zərbə təlimlərini keçirənlər bu gün Zəngəzur dəhlizinə qarşıdırlar. Ona görə də İrandakı diplomatik nümayəndəliklərimizin qarşısında hədyanlar səsləndirirlər, “hicab qadağası” adlı bəhanənin kölgəsində. Amma İranda milyonlarla qız-gəlinin hicabdan xilas üçün apardığı mücadiləni qan içində boğduqlarını ört-basdır edə bilməzlər. 2022-ci ilin oktyabrında Məhsa Əmini məhz hicabdan imtina etdiyi üçün qətlə yetirilmədimi?

İndi Azərbaycanda da eyni vəziyyətimi yaratmaq istəyirlər? Bəlkə qızların məktəbə getməsini qadağan edən Taliban təcrübəsini tətbiq etməkdir niyyətiniz? Çox təəssüf ki, qardaş Türkiyədə də bir çoxları ölkə daxilindəki Türk-Azərbaycan düşmənlərinə qoşulub, ölkəmizə qarşı xaincəsinə təbliğat aparırlar. Üzücüdür. Amma Türkiyənin aydınları, gerçəklərdən xəbərdar olanların getdikcə Azərbaycanın haqlı mövqeyini daha ucadan müdafiə etməsi sevindiricidir. Atatürkün əmanətini qorumağın, cəhalət burulğanında batmasına imkan verməməyin taleyüklü missiya olduğunu dərk edənlər kifayət qədərdir və əminik ki, Azərbaycana qarşı yersiz iddialara görə çoxları peşman olacaq! Türk düşmənləri çoxdan “Bir millət, iki dövlət”in arasına nifaq salmağı planlaşdırırdılar, necə ki, Səfəvi-Osmanlı dövründə buna nail olub, Türk dünyasını darmadağın etməyi bacarmışdılar. Bu dəfə də eyni niyyət var, sözsüz ki...Amma bu planlara Türkiyədəki rəsmi şəxslərin, hakim partiya təmsilçilərinin alət olması üzücüdür. Doğrudanmı fərqində deyillər nələr baş verir, yaxud baş verənlər bizi hansı fəalakətlərə apara bilər?

Şuşa bizim namusumuz, qeyrət Qalamız, papağımızdır! 1992-ci ilin mayında, İranın “vasitəçilik” günündə işğal edildi. Amma bu günün “hicab mücahidləri” - nə İranda, nə də qardaş Türkiyədə özlərini “lezvalayanlar”, dövlətimizə, liderimizə ünvanlı hədyanlar səsləndirən və yazanlar o illərdə ortalıqda görünmədilər. Sosial media yox idisə, media var idi ki…Azərbaycanın, bir müsəlman dövlətin ərazilərinin yağmalanmasından xəbərdar idilər. Amma nə məscidlərin darmadağın edilməsi, nə qəbiristanlıqlarımızın şumlanması onların tükünü tərpətdi, on illər boyu susdular. İran Ermənistanla sərhədini bir ay bağlasaydı, işğal bu qədər uzun çəkməzdi…Türkiyənin qardaş dəstəyini unutmamışıq, Kəlbəcərin işğalından sonra qapadılan qapıları…Amma kimsə inciməsin, bu gün Azərbaycan məktəblərində hicabın qadağan edilməsini əlində bayraq tutanlar 28 il yarım ərazində papağımızın - Şuşanın başımızdan götürülməsinə səssiz qaldılar. İşğal illərində o qədər kəlağayılı, hicablı, yaylıqlı, yaşmaqlı qız-gəlinlərimiz, nənələrimiz düşmənə əsir düşdü, şəhid oldu, özlərini qayadan atdılar. O zaman niyə belə etirazları eşitmədik?! Dünyəvi dövlət olan Azərbaycan vahid məktəbli geyiminə qərar verib, bu qərar Azərbaycan ərazisi üçün keçərlidir, İran və Türkiyə ilə bağlı deyil, niyə qanımızı it qanına döndərirsiniz, ay cahillər!!! Papaq Şuşamızda dünyanın ən gözəl məscidlərindən biri inşa olunur, ey Azərbaycanı İslama qarşı olmaqda ittiham edən gerizəkalılar!!! Hadrutda belə məscid inşa olunub. Torpaqları azad edən Sərkərdəyə qarşı təhqirlər yağdıranlar Türkiyə və Azərbaycan arasında nifaq səpməyə çalışanlardır, kaş ki, səlahiyyətlilər də bu reallığı anlaya! Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə yolverilməzdir! İşğal illərində dağıdılmış 67 məscidin davasını İlham Əliyev aparır, siz nə ixtiyarla onun üstünə gəlirsiniz?! Azərbaycana azı iki əsrlik qələbələr bəxş edən Liderə həqarət etməyə nə həddiniz var?! Bəsdirin, susun, sizin burdakı uzantılarınız da kirisin!
Azərbaycan düz 35 ildir müstəqilliyini bərpa edib və kimsə bizim daxili işimizə qarışa bilməz! Biz papağımıza da, xanımlarımızın yaylığına da sahib çıxmağı bacarırıq, kimsə bizimçün mollalıq eləməsin! Müstəqilliyimizə uzanan xain barmaqlar kəsilib və kəsiləcək. Bizi 1920-ci ilə qaytarmaq istəyənlərin arzuları qursağında qalacaq! Bayrağımız əbədi dalğalanacaq!
Bu gün Azərbaycan xalqı üçün tarixi gündür: 18 Oktyabr - Müstəqilliyin Bərpası Günümüz mübarək və əbədi olsun! Türkiyədən də təbriklər var, sağ olsunlar!

Amma Azərbaycana, onun Prezidentinə qarşı başladılan bu əsassız və qırmızı xətti keçən kampaniyanı həmən durdursunlar! Azərbaycanın müstəqilliyi həm də Türkiyə üçün əlavə imkanlar deməkdir! Bu gün hədəfə aldıqları İlham Əliyev hələ torpaqlarımız işğalda ikən Avropadakı toplantıda Türkiyəyə qarşı iftiralar yağdıranlara “Türkiyə burada yoxdursa, mən varam” demişdi. İndi varlığımız, müstəqil qərar verməyimiz birilərini niyə narahat edir?! Yaddaşı gödək olanlara xatırladaq… Bu hadisə 24 apreldə, ermənilərin saxta “erməni soyqırımı” günündə, Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitində baş vermişdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti Serj Sərkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı”na həsr edərək, Türkiyəni ittiham edib, Ankaranı qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham etməklə yanaşı, bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu bildirmişdi.

Prezident İlham Əliyev o zaman, Azərbaycanın çox çətin günlərində heç nəyə baxmayaraq, çox qətiyyətli, cəsur mövqe sərgiləyərək demişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

İndi belə bir Liderə, Türk Dövlətləri Təşkilatının qurulmasında önəmli mövqeyi olan dövlət başçısına necə həqarət etmək olar? Yaxud bu həqarətləri sakitcə seyr etmək və durdurmamaq nə anlamı verir? Nədən münasibətlərimizə xələl gətirənlər bu qədər sərbəstdir, rahatdır? Azərbaycana, onun liderinə dil uzadan kimsə cəzalandırılsa, belə olmaz təbii...
Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan Türkiyə müstəqil Azərbaycanın məktəb geyimi ilə bağlı sadə, dünyəvi qərarına müdaxilə edirsə, bu, öz prinsiplərinə qarşı çıxmaqdır. Müstəqil Azərbaycanı təbrik edirsiniz, təşəkkürlər! Bəs elə isə müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq nə demək? Bu, müstəqilliyə birbaşa müdaxilədir! Düşmən olsa, anlayardıq, qardaş müdaxiləsi ağırdır, ağrıdır, ağrılıdır! Söz yarası çox gec sağalır...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45

