Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kənd təsərrüfatında rəqəmsal keçid

Kənd təsərrüfatında rəqəmsal keçid

17.10.2026 [14:30]

Aqrar Süni İntellekt layihəsinin tətbiqi genişləndirilir

Kənd Təsərrüfatı Nazirliyi (KTN) aqrar sahədə süni intellektin geniş tətbiqinə başlayıb. Süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası müsbət nəticə verdiyindən zəka texnologiyalarına daha çox diqqət yetiriləcək. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Aqrar Süni İntellekt layihəsi çərçivəsində 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır. Nazir müavini vurğulayıb ki, tətbiq olunan texnoloji vasitələr bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, əkin sahələrinin monitorinqi, məhsuldarlığın müəyyənləşdirilməsi, torpaq və iqlim xəritələrinin hazırlanması, fermer reytinqi, istixanaların və heyvandarlıq təsərrüfatlarının xəritələşdirilməsi və digər sahələri əhatə edir. Bu layihənin icrası kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə, aqrar risklərin əvvəlcədən qiymətləndirilməsinə və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə səbəb olacaq.

Fermerlər süni intellektin köməyilə qiymətləndirilir

Qeyd edək ki, aqrar sahədə müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarını genişləndirmək, məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir. Layihə, həmçinin 2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir.

Aqrar Süni İntellekt layihəsinin mühüm nəticələrindən biri fermerlərin iqtisadi və ekoloji göstəricilərini, eləcə də müasir təsərrüfat idarəçiliyi meyarlarını qiymətləndirən reytinq sistemidir. Bu sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi göstəriciləri nəzərə alır. Qiymətləndirmə fermerlərin təsərrüfat fəaliyyətinin müxtəlif aspektlər üzrə təhlilinə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir. Daha yaxşı nəticə göstərən fermerlərə subsidiya və digər xidmətlərlə çıxışda güzəştlər edilir, əlavə imkanlar yaradılır. Məsələn, 2025-2026-cı illərdə 313 min fermer qiymətləndirilib və onların təxminən 39 mini 30 bal həddini keçib və 30 baldan yüksək olan fermerlərə əkin subsidiyasının 30 faizini avans almaq imkanı təmin edilib.

Bitki sağlamlığı modeli

Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov bildirib ki, yeni rəqəmsal texnologiyaların köməyilə fermerlərə hava şəraiti və kənd təsərrüfatı işlərinin aparılması üçün əlverişli şərtlərlə bağlı əvvəlcədən bildirişlər vermək mümkündür. Fermerlər “Telegram” platformasında qeydiyyatdan keçməklə sistemə inteqrasiya olunur, ən yaxın iqlim stansiyalarından və hava proqnozu məntəqələrindən, eləcə də peyk görüntülərindən, dronlardan və digər mənbələrdən əldə olunan məlumatlar əsasında hava şəraitinə uyğun işlərini planlaşdıra bilirlər.

Aqrar Süni İntellekt layihəsinin fermerlər üçün praktik əhəmiyyət daşıyan əsas istiqamətlərindən biri də bitki sağlamlığı proqramıdır. Bu model çərçivəsində xəstəlik və zərərverici risklərinin proqnozlaşdırılması, eləcə də dərmanlama üçün əlverişli vaxtın müəyyənləşdirilməsi həlləri də istifadəyə verilib. Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında quraşdırılmış 180 iqlim stansiyasından alınan məlumatlar əsasında bitki sağlamlığı modeli hazırlanıb. Sistem səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərvericini əhatə edir. Stansiyadan alınan məlumatlar əsasında fermerlərə və ailə təsərrüfatlarına 3 gün əvvəlcədən məlumat verir. Dərmanlama vaxtının müəyyənləşdirilməsi həlli isə külək, yağıntı ehtimalı və temperatur göstəricilərini nəzərə alaraq növbəti günlər üçün uyğun vaxt intervallarını müəyyən edir. Bu imkan fermerlərə bitki mühafizəsi tədbirlərini hava şəraitinə uyğun planlaşdırmağa və təsərrüfat resurslarından daha səmərəli istifadə etməyə kömək edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31