Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

16.10.2026 [23:17]

2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək. Bizim bu prosesə töhfəmiz makroiqtisadi və maliyyə sabitliyini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində deyib.

“2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı maliyyə sektorunun bütün əsas seqmentləri üzrə ölçüləbilən prioritetlər əsasında hazırlayıb və illik gedişat hesabatlarını dərc etməyi öhdəmizə götürmüşük. Bu, hədəflərin özü qədər vacibdir, çünki icrası kənardan ölçülüb qiymətləndirilməyən strategiya nəticədə həyata keçirilməsi ən asan olan tədbirlərə yönəlir. Strategiyanın icra səviyyəsi 2024-cü ildə 81,8 faiz, 2025-ci ildə isə 85,6 faiz təşkil edib.

Bu nailiyyətlərin arxasında mahiyyət etibarilə mühüm dəyişikliklər dayanır: faiz dərəcəsi kanalı vasitəsilə transmissiyanın təkmilləşdirilməsinə yönəlmiş islahatlar, maliyyə sektorunun sabitliyinin gücləndirilməsi, ödəniş infrastrukturunun modernizasiyası, rəqəmsal maliyyə innovasiyalarının təşviqi və yaşıl taksonomiyanın tətbiqi”, - deyə o qeyd edib.

T.Kazımov diqqətə çatdırıb ki, ilk altı ayın göstəriciləri iqtisadiyyatın strukturunu aydın göstərir: “Qeyri-neft sektorunun payı təxminən 70 faizə bərabərdir. Bu isə kifayət qədər yüksək göstəricidir. Tikinti sektorunda 13 faiz azalma müşahidə olunsa da, nəqliyyat və logistika sahəsində 8 faiz, informasiya və rabitə sektorunda 7,5 faiz, qeyri-neft sənayesində isə 4,1 faiz artım qeydə alınıb. İstədiyimiz dəyişiklik iqtisadi fəallığın xarici valyuta gəlirləri yaradan ticarət olunan sektorlara yönəlməsidir. Cari ilin ilk altı ayı ərzində qeyri-neft sektoruna investisiyalar 5,5 faiz artıb. Artımın əsas aparıcı qüvvəsi özəl sektor investisiyalarının 20,8 faiz yüksəlməsidir. Bu isə dövlət investisiyalarının 3,8 faiz azalmasını kompensasiya edib.

Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyə bilər, lakin bu prosesi təmin edə bilməz. Biz bunun üçün zəruri şərait yarada bilərik: qiymət sabitliyi, məzənnə sabitliyi, sağlam bank sistemi və uzunmüddətli yığımları məhsuldar investisiyalara yönəldə bilən maliyyə bazarı”.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31