/ / Nardaranda din pərdəsi arxasında gizlənən terrorçular və onları dəstəkləyənlər ciddi şəkildə cəzalandırılacaqlar
Nardaranda din pərdəsi arxasında gizlənən terrorçular və onları dəstəkləyənlər ciddi şəkildə cəzalandırılacaqlar
01.12.2015 [09:57]
Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görülməli, bu kənd azğınlaşmış dəstənin hökmranlığından, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas olunmalıdır
Dinamik inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan Azərbaycan hüquqi, demokratik dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Sadalananlarla yanaşı, Azərbaycan tolerant ölkədir, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Ümumiyyətlə, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır.
Nardaranda baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən terrorçuların ictimai-siyasi sabitliyi pozmaq cəhdidir
Lakin təəssüflər olsun ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür illeqal fəaliyyət müxtəlif adlar altında davam etdirilir. Bu baxımdan, din pərdəsi arxasında çıxış edən radikal-ekstremistlərin fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra ölkələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir. Bu mənada əminliklə söyləmək olar ki, Bakının Nardaran qəsəbəsində baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir. Xüsusi nüans budur ki, Taleh Bağırzadə və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Başlıca məqam ondan ibarətdir ki, Nardaranda bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Nardaran kəndində sosial problemlərin həll edilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır
Digər tərəfdən, Nardaran kəndində sosial problemlərin həll edilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Reallıq odur ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, o cümlədən Nardaran kəndinin sosial-iqtisadi problemləri uğurla həll edilir. Hətta terrorçu dəstə bütün imkanlardan istifadə edərək dövlət tərəfindən həyata keçirilən sosial, infrastruktur tədbirlərini sabotaj etməyə çalışır.
Qeyd edək ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu vardır. O cümlədən 2015-ci ilə qədər 37 milyon 966 min manat, 2015-ci ilin 10 ayında isə 4 milyon 300 min manat. Bununla yanaşı, Nardaran əhalisi təbii qaza görə dövlətə 1 milyon 376 min manat borcludur (bu məbləğdən 387 min manat 2013-cü il üçün, 559 min manat 2014-cü il üçün, 450 min manat 2015-ci ilin 10 ayı üçün). Ölkənin heç bir yaşayış məntəqəsində belə hal yoxdur.
Göründüyü kimi, kənd sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı barədə iddialar öz təsdiqini tapmır və terrorçu ünsürlərin, onların havadarlarının dezinformasiya vasitəsilə ölkə ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyil. Məlumdur ki, Nardaran qəsəbəsi istisna olmaqla Azərbaycanın heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur.
Nardaranda Konstitusiya quruluşunu, qanunları, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq edilir
Onu da vurğulamaq gərəkdir ki, Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma alıb. Küçələri İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunur. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edir, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırlar. Onlar Nardaranı “dövlət içində dövlət” hesab edirlər.
Reallıq budur ki, uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir.
Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, İŞİD poliqonunu xatırladan bir məkandır
Bütün bunlar isə çoxsaylı neqativ halların meydana çıxmasına səbəb olur. Təsadüfi deyil ki, qəsəbədə narkomaniya başda olmaqla bütün mənfi təzahürlər geniş vüsət alıb. Qəsəbənin bəzi azğınlaşmış sakinləri Nardarana gedən insanları təhdid edir, onların həyatına təhlükə yaradırlar. Hətta Nardarandan olmayan, lakin orada mülk, bağ əldə etmiş vətəndaşların heç biri qəsəbəyə girə, öz mülklərinə baş çəkə bilmirlər.
Beləliklə, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, İŞİD poliqonunu xatırladan bir məkandır. Elə bütün bunlara görədir ki, Nardaran həm də terrorun, radikal ekstremizmin yuvasına çevrilib. Bura Azərbaycanın gözəl bir məkanından orta əsr qanunlarının hökm sürdüyü “qara yara”ya çevrilib.
Hüquq-mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərənlər barədə sərt ölçü götürməlidirlər
Belə olan halda, Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görülməli, bu kənd azğınlaşmış dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas olunmalıdır. Azərbaycan ictimaiyyətinin mövqeyi budur ki, dövlət, hüquq-mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, qəsəbədə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir. Bir sözlə, Nardaranda özlərini “səlahiyyət sahibi” elan edənlərin dövlət orqanları ilə şərtli, ultimativ davranışına son qoyulmalıdır.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24

