İlham Əliyev liderlik keyfiyyətini Avropa fondlarında 2-3 aylıq seminarlarda öyrənməyib
09.12.2021 [10:46]
Şöhrət El-Dəniz
Tarixin təzadlı, qarışıq, təhlükəli məqamlarında millətin rəhbəri, dövlətin başçısı olmaq kimi çətin bir missiyanı öz üzərinə götürən şəxsiyyətlər qalibiyyətin açarını özündə daşımağa qadir olublar. Və bu gün özünü əsl siyasi lider, dövlət başçısı sayan şəxs tarixdə millətin, dövlətin rəhbər kimi qalibiyyət qazanmışların təcrübəsindən yararlanıb xalqını arxasınca apara bilirsə, çətin və təhlükəli dönəmdən üzü ağ çıxara bilirsə, deməli, tutduğu posta layiqlidir. Azərbaycanda son 30 ildə rəhbərlikdə olan dövlət başçılarından millətin, dövlətin çətin dönəmində xalqa müraciət edərək, milyonlarla insanı öz arxasınca apararaq liderə, rəhbərə çevrilən şəxslər çox azdır. Müstəqilliyimizin ilk illərindən ölkəyə rəhbərlik edən insanlar təbii ki, çətin dönəmlərdə Azərbaycan xalqına dəfələrlə müraciətlər ediblər. Amma azərbaycanlılar bu müraciətlərin arxasınca gedib onları liderə, rəhbərə çevirib, qalibiyyətlərini təmin etdilərmi? Birmənalı olaraq yox. Müstəqillik tariximizdə bu şərəfə iki şəxs nail olub.
Heydər Əliyev və İlham Əliyev
Millətin müqəddratı sual altında olan məqamlarda Əliyevlərin özlərini ön cərgədə görməsi birinci dəfə deyil. Ulu Öndər Heydər Əliyev də millətin çətin dönəmində, 1-ci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında kömək əlini bu millətdən əsirgəmədi. Tarixin təkrar olunduğu Vətən müharibəsi dönəmində isə Prezident İlham Əliyev də öz atası kimi millətin önündə gedərək dövlətimizin var olması üçün savaşa atıldığını bəlağətsiz söyləmək olar. Bu savaşda qalibiyyətin bizdə olacağına isə millət olaraq tam əmin idik. Və bu əminlik ermənilərin kaptulasiya sənədinə qol çəkməsi ilə yekunlaşdı. Bəli, Azərbaycanın ən çətin dönəmlərində yalnız Heydər Əliyev və İlham Əliyevin müraciəti bütün milləti ayağa qaldırıb arxasınca getməyə vadar edə bildi. Və hər iki şəxs məhz millətdən aldıqları güclə qalibiyyət qazanaraq liderlik, rəhbər olmaq mərtəbəsinə qalxdılar.
Kritik dönəmin kadrları
İlham Əliyevin siyasi uzaqgörənliyi onun 2 il əvvəl başladığı kadr islahatları ilə dəyərləndirilməlidir. Koronavirus pandemiyası və ardınca ermənilərlə Vətən savaşı yeni kadrların əhəmiyyətini ortaya qoymaqla yanaşı, yarıtmaz kadrların da üzə çıxmasına imkan yaratdı. Ən çox problemləri isə cəmiyyətdə milli mənsubiyyəti şübhəli olan kadrlar tərəfindən törədildi. Bu baxımdan milli mənsubiyyəti şübhəli olan kadrlardan imtina edilməsi prosesi gedir. Fikir versək son illər Prezident İlham Əliyevin kadr siyasətində bu amil diqqəti daha çox çəkir. Düzdür, bu siyasətə qarşı ciddi müqavimət və təxribatlar baş verir. Amma dövlət, ölkə və millət naminə bu proses başa çatdırılmalıdır. Dövlətin, ölkənin, millətin kritik dönəmində milli mənsubiyyəti şübhəli olan kadrların fəaliyyəti də şübhəli olur. Ona görə Prezidentin başladığı milli kadr siyasəti davam etməlidir.
Paşinyanın “demokrat” libası
Paşinyan bütün parametrlərinə görə Prezident İlham Əliyevlə müqayisə olunası səviyyədə deyil. İlham Əliyev liderlik keyfiyyətini və idarəetmə təcrübəsini hansısa Avropa fondlarında 2-3 aylıq seminarlarda öyrənməyib. O, 40 illik Heydər Əliyev məktəbinin çətin və şərəfli bir dərs proqramını mənimsəmiş liderdir. Qrant alıb, küçə iğtişaşları təşkil edən, mitinqlər keçirən, toplumu yanış istiqamətə yönəldərək nəticə əldə edib himayədarlarına hesabat verən Paşinyanın dövlət adamı kimi mətbuatımızda və cəmiyyətdə təqdim olunması məncə yalnışdır. Paşinyanın zatı onun mənsub olduğu ailəsindən bəlli.
Faşizmə satqınlıq və xidmət edən bir kökdən gəldiyini Paşinyan hamıdan yaxşı bilir. Ona görə Prezident İlham Əliyevlə görüşlərdə gözə dik baxmaq kimi bir cəsarətə sahib deyil. Populist çıxışları, şər atmaq kimi istedadı isə ona fondların təlimlərində öyrədiblər. Çox təəssüf ki, bu intelekdə və səviyyədə olan bir adamı lider edib müqayisə obyektinə çevirmişik. Mən Paşinyanı zəif, üstünə səsini qaldıranda susub geri çəkilən, arxasına baxanda Soros fondunun təlimatçılarını görüb xoruzlanan birisi kimi təsəvvür edirəm.
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

