HAAQA məhkəməsində HAQQIN qələbəsi
10.12.2021 [10:18]
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın ədalətli mövqeyinə hüquqi dəstəkdir
Nurlan QƏLƏNDƏRLİ
Ermənistan isə hərbi-siyasi müstəvidə olduğu kimi hüquq platformasında da məğlubiyyətə düçar oldu
İşğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir. Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur.
Xəbər verildiyi kimi, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Ekspertlərin qənaətinə əsasən, Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı Azərbaycanın hüquq müstəvisində Ermənistanın cəzalandırılması ilə əlaqədar apardığı ardıcıl - sistemli və məqsədyönlü işin real nəticəsidir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzündən irəli gələn beynəlxalq hüquqlarının pozulmasına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb. Ölkəmizin ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsidir. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı şikayətin qaldırıldığı digər instansiyadır. Nəzərə alsaq ki, Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir və onun üçün qərarının icra olunması prinsipial məsələdir, o zaman bəhs olunan qərarın çıxarılması Azərbaycanın beynəlxalq hüquq müstəvisində mühüm nailiyyəti kimi dəyərləndirilə bilər.
Evdəki hesab bazara uyğun gəlmədi, yaxud Ermənistanın daha bir fiaskosu
Bunlarla yanaşı, Ermənistan tərəfinin saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlərinin məhkəmə tərəfindən rədd edilməsi Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi, eyni zamanda, ölkəmizin siyasi-diplomatik üstünlüyünün daha da güclənməsidir. Əlbəttə, ermənilərin iddialarının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.
Təbii ki, əgər məhkəmə Ermənistanın iddialarından hər hansı birini təmin etsəydi, o zaman onlar bundan əks-təbliğat vasitəsi kimi istifadə edəcək, öz işğalçı siyasətlərinə, qeyri-konstruktiv mövqelərinə, qeyri-qanuni əməllərinə haqq qazandırmaq üçün yeni ideoloji silah qazanacaqdılar. Hətta bir müddətdir ki, erməni lobbi-diaspor təşkilatları bununla bağlı təbliğat aparır, yeni qara piar kampaniyasına və pozucu fəaliyyətə hazırlaşdıqlarını gizlətmirdilər. Amma necə deyərlər, evdəki hesab bazara uyğun gəlmədi. Ermənistanın məhkəmə qərarı ilə bağlı məyusluğu da elə buna görədir. Onlar həm də Azərbaycanın qarşısında hüquq və diplomatiya müstəvisində növbəti məğlubiyyətlərin qaçılmaz olduğunu dərk edirlər...
Proses davam edir: Azərbaycan növbəti addımlarını atacaq
Təbii ki, proses davam edir və Azərbaycan konkret olaraq beynəlxalq hüquq müstəvisində Ermənistanın məsuliyyətə cəlb olunması və müvafiq cavab verməsi üçün növbəti addımlar atacaq. Yeri gəlmişkən, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, Azərbaycan Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə şikayətlər qaldıracaq. “Həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək. Artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək. Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Təbii ki, bəzi mövcud konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldır??ması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərdə Ermənistanın enerji resurslarından qanunsuz istifadə etməsi və istismar faktları toplanır. Bununla bağlı iddianın qaldırılmasına hazırlaşırıq”,-deyə o bildirib. Bunlarla yanaşı, işğal dövründə Azərbaycanın ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı da araşdırma aparılır.
Beləliklə, Haaqa məhkəməsində HAQQIN qələbəsi qeydə alındı. Şübhəsiz ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın ədalətli mövqeyinə hüquqi dəstəyin ifadəsidir. Ermənistan isə hərbi-siyasi müstəvidə olduğu kimi hüquq platformasında da fiaskoya uğradı.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16

