Gənclər yaxşı yaşamaq üçün ədalət tələb edirsə...
03.02.2022 [10:09]
Gənclər və idman naziri Fərid müəllim gənclərimizi Z nəslin nümayəndəsi adlandırıb. O dəqiqə hirslənib naziri tənqid etməyin. Yaxşı mənada deyib. Amma o dedikləri gəncliyimizin tam tərifi deyil. Ona görə çalışacağam gənclərimizin bugünkü tərifini mən də verim.
İndiki gəncləri inandırmaq çətindir, amma başa salmaq ondan da çətindir. Texnoloji bilikləri dünya üçün kifayət etməsə də bizim nəsil üçün örnək çəkiləcək həddədir. Pul qazanmağa çox həvəsli və iddialıdırlar. Amma şərait gənclərin istəkləri ilə düz mütənasib deyil. Qafqazlıların məşhur tostunda deyildiyi kimi, arzularla imkanlar düz gəlmir.
Azadlığı sevirlər, amma mənasını tam qavramayıblar. Azadlıq adı altında gənclərə nə istəsən aşılamaq mümkündür. Ona görə azad və iqtisadi baxımdan müstəqil olmaq üçün təəssüf ki, bəzən intihar yolunu seçirlər. Çünki süni çətinliklər bəzi gənclərə başqa çıxış imkanı təəssüf ki, tanımır. Varlı və kasıb arasında yaranan dərin uçurum, rahat pul əldə etmək kimi pis vərdişlər gəncləri kriminala təhrik edir.
Düzdür, sosial ədalət deyib etiraz edən gənclər də var
Kimin pulu var o yaxşı təhsil almalıdır, yaxşı işlə təmin olunmalıdır, yaxşı yaşamalıdır deyənlərə etiraz edən gənclər haqlıdır. Azərbaycan dövləti sosial yönümlü siyasət aparır. Sosial yönümlü siyasətin ana təməli ədalətdir. Gənclər yaxşı yaşamaq üçün ədalət tələb edirsə, verilməlidir.
Çünki buna haqları çatır
44 günlük müharibə sübut etdi ki, qorxaq deyillər, döyüşə bilirlər, vətənlərini sevirlər. Ölüb-öldürməyə cəsarətləri çatır. Ata-babalarının kim olduğunu unutmayıblar. Gəzdikləri torpağın təəssübünü çəkməyi bacarırlar. Yaxşı yaşamaq üçün istedadları var. Yaxşı təhsil verib o istedadı kapitala çevirmək lazımdır. Adını unutduğum məşhur biznesmen demişkən, dünyada ən gəlirli kapital gənclərin təhsilinə qoyulan kapitaldır. Birə-yüz qazanc götürürsən.
Amma...
Gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alıb ciddi mütəxəssisə çevrilə bilirlər.
Geri qayıdıb vəzifə sahibi olanları demirəm. Xarici ölkələrdə qalıb mütəxəssis kimi nüfuz qazanan gəncləri deyirəm. Niyə qayıtmırlar? Və yaxud niyə qaytarmırıq?
Mən ümidvaram ki, kimsə bu barədə düşünür və sualın cavabını çözməyə çalışır.
Kosmopolit düşüncə tərzini sevənlər çox deyil. Dünyanı bəzəyən homoseksuallıq, lezbiyanlıq və digər qeyir-ənənəvi seksual oriyentasiyalara maraq qınaq və təəccüb həddindədir. Dözümlü yanaşanlar da var. Və onları düşmən obrazında görmürlər. Dini, irqi, milli dözümlülük zatən canımızda var. Birgə yaşayışı sevirik və bu sevgi gənclərə də sirayət olunub.
Avropaya, Şərqə baxan gənclərin radikallığı vərdiş səviyyəsindədir. Bu vərdişi gəncə tərgizdirmək elə də çətin deyil. Sadəcə, gənclərə sahib çıxmaq, məsuliyyətli olmağı aşılamaq, sevgini hiss etdirmək, yaxşı yaşaması üçün şərait yaratmaq, yaxşı təhsil vermək lazımdır.
Ən əsası isə gənclərə inanmaq lazımdır. İnam gəncliyin dik duruşuna sinonimdir.
Dik duruşlu gənclik isə dövlətin, millətin dik duruşu deməkdir.
Gənclər, bayramınız mübarək!
Şöhrət El-Dəniz
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

