Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanması mühüm addımdır

Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanması mühüm addımdır

25.09.2026 [22:24]

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər ATƏT-in gündəliyi, Azərbaycan-ATƏT əməkdaşlığı, Avropanın mövcud təhlükəsizlik memarlığı və Cənubi Qafqazda regional sülh dinamikası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər barədə məlumat verərək, ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların rəsmən bağlanmasının münaqişədənsonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regional reallıqlara uyğunlaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.

Nazirlər, həmçinin beynəlxalq təhlükəsizlik sahəsindəki əsas hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30