Don bəzəyər də, ifşa edər də
26.04.2022 [10:29]
Puç olan erməni mifi, qələbə çalan ədalət, ədalətin yaratdığı reallıq
FİRUZƏ NADİR
Əməkdar jurnalist
23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” artıq arxada qaldı. Amma təəssüf ki, erməni saxtakarlıqları, erməni yalanları bitib-tükənmir. Əqli Mülkiyyət Agentliyinin bununla bağlı vebinar-konfransı mənfur qonşularımızın Azərbaycanın torpağı, mədəni irsi, tarixinə yönəlmiş və əsrlər boyu davam edən, yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə indi daha geniş vüsət alan yalanlarını alt-üst edən platforma kimi yadda qaldı. Həmin tədbirdən qeydlərimi oxucularla bölüşmək istəyirəm...
Həyat yalanların deyil, həqiqətin üzərində qurulur
“...Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanları uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır.”
Sitat Prezident İlham Əliyevdəndir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə keçirilən vebinardakı məruzəsi üçün məhz bu sitatı təsadüfən seçməmişdi. Bəli, miflər puç oldu və yaşadığımız tarixi dövr artıq həqiqətin və ədalətin zəfər çaldığı dövrdür. Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyev qüdrətli Ordusu, rəşadətli əsgərləri ilə “qələbə daşıyan erməni ordusu” mifini darmadağın etdi. Sübut etdi ki, həyat yalanların deyil, həqiqətin üzərində qurulur. Köhnə və yeni hay-erməni uydurmaları, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıdıldı. Qalib Azərbaycanın Prezidenti məğlub ölkənin lideri ilə müqayisədə intellektual üstünlüyü, qətiyyəti, diplomatik keyfiyyətləri, xalqının əsl rəhbəri kimi mifləri dağıtmağa qadir olduğunu da təsdiq etdi.
Təəssüf ki, ermənilərin ayaq tutub yeriyən, dünyanı gəzərı və onu “çaşdıran” yalanları bitib-tükənmək bilmir. Amma bu yalanlardan bezən dünya da artıq onların “göz yaşlarına inanmır”. 2020-ci ilin 44 günlük həqiqəti, Qələbə çalan ədalət, bu ədalətin yaratdığı reallıq buna yer saxlamır...
“Hər şey kitabdan başlayır, lakin yalanla dolu kitablardan yox...”
Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay iddialarının davam etdirilməsi haqqında” adlı vebinar-konfransın məqsədi aydındır: erməni mifomaniyasını, hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə istinadən ifşa etmək. Elə bu səbəbdən də alimlərin mövzu ilə bağlı yeni araşdırmaları böyük maraqla qarşılandı. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun tutarlı tarixi sübutlar, elmi dəlillər və danılmaz faktlara əsaslanan məruzəsi yenə diqqət çəkdi. Məruzə günün mövzusuna uyğun, kitaba münasibətlə başladı. Alimin fikrincə, kitab bəşəriyyətin ən gözəl ixtirasıdır, məhz kitablar və onların müəllifləri keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü yaradır. Lakin bu fikri tarixə aid yalanlarla dolu və bir-birinə istinadən həqiqətə uyğun olmayan “faktları” tirajlayan, beləliklə, “ermənisayağı mənbə”, yəni “dəlillər” sistemi yaradan müasir erməni müəlliflərinin kitabları haqqında söyləmək olmaz. Çünki “böyük həvəslə” istinad edilən qədim erməni mətnlərinin əlyazmaları, orijinalları, adətən tapılmır, yaxud çox-çox sonrakı köçürmələr şəklində ortaya çıxır. Çünki bunların kökündə erməniçilik saxtakarlığı, erməniçilik uydurmaları dayanır. Məruzəçi sözün bu yerində Servantesin məşhur deyimini yada salır:
Kamran İmanov hesab edir ki, ermənilər mif yaradıcılığına mey?llidir və bu, həqiqətən, “milli istedaddır”. İstər “Böyük Ermənistan”, yaxud “böyük erməni mədəniyyəti”, istər “sivilizasiyanın erməni ilk ocağı”, istərsə də “erməni soyqırımı” haqqında miflər... Əlbəttə, bu, Azərbaycanın bütün mədəni irsinin “ağıllı ermənilər”dən başlandığı barədə mifdir, erməni siyasətçilərinin, dövlət xadimlərinin, alimlərinin, hətta kütlənin dünyagörüşünü, əxlaqını müəyyən edən mif... Ermənilərin “müstəsnalığı” haqqında yaratdıqları mif, “əzabkeşlik” uydurması onların “xüsusi missiya”sıdır, bu isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur. Bütün bu amillər erməni identikliyini formalaşdırır. Tədqiqatlar isə göstərir ki, bu identiklik digərlərinin kimliyini inkar edir. Buna xidmət edən isə erməni mifologiyası, yalanlar, saxtakarlıqlar, uydurmalar və feyklərdir...
Erməni miflərini saymaqla qurtarmaz. Kamran İmanov politoloq S.B.Luryenin araşdırmasına da diqqət çəkir. S.B.Luryenin fikrincə, erməni siyasi düşüncəsi geosiyasi xarakter daşıyır, onlar yaşadıqları yerləri özləri üçün növbəti “Ermənistan” adlandırırlar. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflərin yazdığı “əsərlər” də erməniçilik mifomaniyasının bir hissəsidir, bu da tarixi saxtalaşdırmağa yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdıraraq, uydurmaları qəbul etmək qarşısında qoyur. Beləliklə, “bəziləri qəsdən yalan səpir, digərləri isə aldanaraq yalan yayır”. Uydurmalar qəbul edilməyəndə isə “çox əzabkeş” xalqın millətçiləri təcavüz və terrora əl atır. Professor Kamran İmanov bu həqiqəti avstriyalı tarixçi Erik Fayqlın “Erməni mifomaniya”sı kitabından gətirdiyi sitatla təsdiq edir: “İnsanlıqdan uzaq əməllərə bəraət qazanmaq məqsədilə tarixin yenidən yazılması terrorçuluğun unikal xüsusiyyətidir”.
Millətçi erməni müəlliflərinin kitabları da bu qəbildəndir. Məruzəçi sözün bu yerində məşhur Lixtenberqin fikrini xatırladır: “İnsanlar necədir, yazdıqları kitablar da elədir”...
Dağılmış miflər, ifşa olunmuş saxtakarlıqlar
Agentliyin sədri “Armeniyadakı mövcud vəziyyət”ə də nəzər salır. İrəvandakı müstəqil analitik mərkəz olan Regional Araşdırmalar Mərkəzinin təsisçi direktoru, Natolindəki Avropa Kollecinin erməni əsilli professoru Riçard Girakosyanın
“Don bəzəyər də, ifşa edər də”...
“Ermənistan yeni postmüharibə reallıqlarına uyğunlaşır” adlı məqaləsindən sitat gətirir: “...Bu durumda böhran heç bir etibarlı alternativi və ya əvəzedicisi olmayan hökumətə qarşı qeyri-populyar və nüfuzdan düşmüş müxalifət arasında dalana dirənən açıq siyasi qütbləşmə ilə əlamətdar oldu”.
Nəticə göz önündədir: “böhran və iflasa doğru sürüklənmə.” Bəs erməni tarixçiləri nə yazır? Kamran İmanov nümunə kimi iki kitabın üzərində dayanır. Onlardan biri II Qarabağ müharibəsindən bir il sonra, digəri isə Qələbəmizdən təxminən bir il öncə nəşr edilib.
Erməni tarixçisi Vazgen Qnuni Azərbaycanın Qələbəsindən sonra nəşr olunmuş “Ermənistan. Ölkənin tam tarixi” əsərində yazır: “Azərbaycanlılardan fərqli olaraq, ermənilər hesab edirlər ki, Artsax münaqişəsi mövcud olmaqda davam edir və Azərbaycan Artsaxın müstəqilliyini tanıyana qədər davam edəcək, bu da Artsaxa rəsmi şəkildə Ermənistanla birləşmək imkanı verəcək. Bu gün Ermənistanın Artsaxla birləşməsi erməni xalqının əsas siyasi məqsədidir. İkinci məqsəd Türkiyə hökumətinin 1915-ci il erməni soyqırımını tanımasına nail olmaqdır. Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması qeyd olunan hər iki məqsədə nail olduqdan sonra mümkündür. Tarix davam edir...”.
Lakin... Sən demə, “bu tarix havadan götürülməyib, XIX əsrin sonlarında erməni alimi Gevond Alişan tərəfindən hesablanıb”, yəni uydurulmuş, mifik “erməni xalqının patriarxı - sələfi Hayk Nahapetin eramızdan əvvəl 2492-ci ildə Babil kralı Bel üzərində qələbəsindən” sonra...
Beləcə, çoxdan ifşa olunmuş saxtakarlıqlar, dağıdılmış miflər yenidən ortaya çıxır. Lakin sağlam məntiqdən uzaq olan bu uydurmalar gec-tez tarixi həqiqətlərin qarşısında ifşaya məhkumdur...
“Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni qurum mövcud deyil...”
Alimin Prezident İlham Əliyevdən gətirdiyi bu sitat da saxtakarlara tutarlı cavabdır: “...Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”.
Professor Oleq Kuznetsov “Qarabağ uğrunda 2020-ci il müharibəsi: bir il sonra” adlı əsərində də bu faktı təsdiq edir. Kamran İmanov Oleq Kuznetsovun bu qənaətini diqqətə çatdırır: “BMT çərçivəsində beynəlxalq hüquq sisteminin mövcudluğundan bəri və son 75 ildə ilk dəfə Azərbaycan öz silahı gücünə işğalçı dövləti işğal etdiyi ərazilərin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qərarının tələblərinə qeyd-şərtsiz əməl etməyə məcbur etdi. Beləliklə, o, özündən razı hakimiyyət hərislərinin geosiyasi iddiaları və ambisiyaları üzərində qanunun aliliyinin üstünlüyünü açıq şəkildə nümayiş etdirən beynəlxalq hüquqi presedent yaratdı.”.
Azərbaycan Ermənistanı, həm də amansız ideoloji məğlubiyyətə uğratdı. Bu, otuz və daha çox yaşı olan Miatsum ideyasının həyata keçməyən utopiya olduğunu, bu utopiya ilə yaşayan, onun uğrunda əzab çəkən bir neçə erməni nəslinin ömrünün havayı keçdiyini də sübut etdi...
Azərbaycan Ermənistana sülh təklif edir, Ermənistan isə bu məsələnin həllini ləngidir
Əqli Mülkiyyət Agentliyinin sədri Cənubi Qafqazda sülh problemlərini də təhlil edir. Onun sözlərinə görə, Azərbaycan Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası ilə yanaşı, sülh müqaviləsi təklif edir, Ermənistan isə bu məsələnin həllini ləngidir. Hətta Prezident İlham Əliyevin sülh çağırışlarına baxmayaraq, Ermənistan dövlət sərhədində hərbi təxribatları da davam etdirir.
Belə olan halda haqlı sual yaranır: “Ermənistanın gələcəyi üçün prinsipial həyati əhəmiyyət kəsb edən məsələnin bu cür uzanmasının səbəbi nədir, xüsusən də təklif qalib dövlətdən gəlirsə?”
Professor Kamran İmanov bu suala da Kuznetsovun dəqiq fikirləri ilə cavab verir: “Hər şey ermənicə edilir; bir sənəd digərinə, digəri üçüncü sənədə istinad edir, nəticədə, mahiyyət gizlədilərək, kamuflyaj edilmiş kimi görünür...”.
Lakin buna baxmayaraq, Kuznetsovun fikrincə, bugünkü Ermənistanın aqressiv-qəsbkarlıq mahiyyəti hüquqi müstəvidə normayaratma olaraq sovet dövrünün erməni millətçiliyi və separatizminə gedib çıxır.
Məruzəçi daha sonra Samvel Karapetyanın 44 günlük müharibə ərəfəsində nəşr olunan “Şimali Artsax” kitabına müraciət edir. Kitabın elə birinci abzası Azərbaycan tarixinin açıq və həyasızcasına saxtalaşdırılmasıdır. Samvel Karapetyanın yalanlarına görə, guya 1918-1920-ci ilə qədər Arazın şimalında olan ərazilər heç vaxt Azərbaycan adlandırılmayıb və azərbaycanlılar Atrpatakan-Azərbaycan adını mənimsəyiblər, bu isə İranın əyaləti olub. Kamran İmanov kitabı müəllifin sırf tarixi saxtakarlıqlar üzərində qurulan “tədqiqatları”nın davamı adlandırır, uydurulmuş “Şimali Artsax” termininə diqqət çəkir, Samvel Karapetyanın iddialarını tarixi faktlar və həm də ermənidilli tarixi mətnlərə istinadən ifşa edir. Kitabda Azərbaycan torpaqları ilkin erməni torpaqları, azərbaycanlılar isə “qədim erməni torpaqlarını işğal etmiş”, “avtoxton” erməni əhalisini qovmuş və onların mədəniyyətini məhv etmiş barbarlar kimi təqdim olunur. Və demək olar ki, kitabın hər səhifəsi Azərbaycana, ümumən türk irsinə, türk insanına nifrət püskürür.
Agentliyin sədri saxtakar erməni tarixçiləri və ideoloqlarına həqiqətləri xatırladır, bildirir ki, biz əsl Azərbaycan torpaqları ilə bağlı məsələni ona görə diqqət mərkəzində saxlayırıq ki, bu torpaqların adını - “Azərbaycan”ı silməklə, saxtakarların planına görə, hay-ermənilərin iddiaları “legitimlik” əldə edir. Alimin fikrincə, hay-erməni yalanları isə iki növ tarixi mətnlə təkzib olunur. “Birincisi, bunlar tarixi sənədlərdir, ikincisi isə ermənidilli mətnlər də daxil olmaqla, tarixi salnamələrdir və bu torpaqlara səfər etmiş səyyahların ifadələri olan mətnlərdir”.
Ermənidilli mətnlər də daxil olmaqla tarixi salnamələr və bu torpaqlara səfər etmiş səyyahların ifadələri hay-erməni yalanlarını təkzib edir
Professor Kamran İmanov yenə tarixi sənədlərə üz tutur. O sənədlər ki, erməni tarixçiləri ya onlarla tanış deyil, ya da onlardan yan keçir. Hələ I Pyotrun dövründə Rusiya və Osmanlı imperiyaları arasında yazışmalar və dövlətlərarası müqavilələrdə Azərbaycanın ərazisi və indiki Ermənistanın bütün ərazisi Azərbaycan və ya Azərbaycan xanlıqlarının torpaqları kimi göstərilib. Rusiya və Türkiyə arxivlərində bunun sübutları var. Məşhur rus tarixçisi, arxivşünas, Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin Asiya Departamentinin direktoru Semyon Mixayloviç Bronevskinin “Tarixi çıxarışlar” əsərində Kür və Araz arasındakı ərazilər “bütün Adirbican” kimi təqdim olunur. Bu fakta I Pyotrun Rusiya, İran və Türkiyə sərhədlərinin delimitasiyası üçün səlahiyyətli Rusiya komissarı təyin edilmiş general-mayor qraf Rumyantsevə yönəldilən 1727-ci il tarixli məktublarında da rast gəlinir.
Bronevski 1724-cü ildə Rusiya ilə Osmanlı İmperiyası arasında bağlanmış traktatdan bəhs edərkən daha bir maraqlı məlumat üzə çıxır. Dövrünün iki güclü imperiyası arasında bağlanmış bu beynəlxalq sənəddə Təbriz, Urmiya, Marağa, Salmas ilə birlikdə Qarabağ, Gəncə, İrəvan, Naxçıvan Azərbaycan vilayətləri kimi təqdim olunur. Qeyd edək ki, Bronevski təkcə Qafqaz tarixçisi yox, həm də Rusiya və Şərq ölkələrinin beynəlxalq münasibətləri ilə məşğul olan mühüm dövlət xadimi olub.
Kamran İmanovun araşdırdığı ikinci tarixi sənəd Matenadaranda - Ermənistanın Qədim Əlyazmalar İnstitutunda saxlanılır. Söhbət Qaraqoyunlu və Səfəvi hökmdarlarının fərmanlarından, eləcə də indiki Ermənistanın ərazisinə aid XIV-XVII əsrlərin hüquqi və alqı-satqı sənədlərindən gedir. Onları şərqşünas və ermənişünas, Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi işçisi Akop Davidoviç Papazyan toplayaraq üç nəşrlə dərc edib. Bu hüquqi sənədlərdə Naxçıvan, Çuxur-Saad, Eçmiədzin, Sisakan, Göycə əraziləri dəfələrlə Azərbaycan torpaqları kimi qeyd olunur...
Onlarla ərəb, fars, türk mənbələrində də indiki Ermənistan və Şimali Azərbaycan əraziləri Azərbaycan torpaqları kimi göstərilir. İrəvan və ətraf ərazilərin bir neçə dəfə Azərbaycan torpaqları kimi xatırlandığı daha bir mənbə erməni katolikosu Simeon İrəvansinin “Cambr” kitabıdır. Araz çayının şimalındakı torpaqların Azərbaycan torpaqları kimi göstərildiyi daha bir ermənidilli mənbə Yesai Həsən-Cəlalayanın “Alban ölkəsinin qısa tarixi” əsəridir. O, bir neçə dəfə İrəvanı, Gəncəni, Qarabağı, Şamaxını Atrpatakan torpağı adlandırır.
Kamran İmanov erməni F.Ekozyantsın məşhur fransız səyyahı Şardenin 1672-1678-ci illərdə Zaqafqaziyaya aid orijinal kitabı haqqında qənaətlərini də bölüşür: “Erməni qardaşlarım arasında belə bir fikir var ki, Azərbaycan adı süni addır. Yenidir, yalnız XX əsrin əvvəllərində ortaya çıxdı ki, XIX əsrdə rus sərkərdələri Persiyanın ona oxşar əyalətlərindən biri kimi adlandırırdılar. Lakin bu yanlışdır. Azərbaycan adı, məsələn, XVII əsrdə elmi ictimaiyyətə çox yaxşı məlum idi. Azərbaycan adının etimoloji tədqiqatları var idi. Azərbaycan adlanan ərazinin dəqiq sərhədləri göstərilirdi və bütün bu məlumatların Ermənistanda çox sevilən, çox hörmət edilən və tez-tez istinad edilən, tarixi nəticələr çıxarılan kitabda yer alması paradoksaldır. Budur həmin kitab - 1672-1673-cü illərdə Şardenin Zaqafqaziya səyahəti, 1902-ci ildə Tiflisdə M.Martirosyanın mətbəəsində nəşr edilmişdir.
Bu kitabın sonluğu heyrətamizdir, daha doğrusu, Jan Şardenin Naxçıvana 13 aprel 1673-cü il tarixli səfərindən sonra qırılır...”.
Ancaq “Şevalier Şardenin Qara dəniz və Kolxidadan Persiyaya və Şərqi Hindistana səyahətinin gündəliyi” adlanan fransız orijinalında davamı var ki, məlum səbəblərdən bunlar rusca mətndə yoxdur. Burada yazılıb: “Deyirlər ki, Araz Ermənistanı Midiyadan ayırır. Bu, bir vaxtlar Asiyada bütöv bir imperiyaya sahib olan bir krallıqdır. İndi o, perslərin Azərbeycan və ya Asyorpekan adlandırdıqları əyalətidir və Persiyanın yalnız bir hissəsidir. Bu əyalət Persiyanın ən böyük əyalətlərindən biridir. Şərqdən Xəzər dənizi və Gerkaniya, cənubdan farsların torpaqları, qərbdən Araks çayı və yüksəklikdəki Ermənistan ilə, şimaldan dağ ölkəsi olan və öz növbəsində kazak-moskovitlərlə həmsərhəd və Qafqazın bir hissəsi olan Dağıstanla həmsərhəddir...” [https://www.youtube.com/watch?v=elZAH4XPnqs].
Beləliklə, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”ündə qədim mətnlərə, klassik mənbələrə, alimlərin, o cümlədən erməni əsilli tarixçilərin fikirlərinə istinadən həqiqətləri ortaya qoyur, erməniçilik saxtakarlıqlarını və uydurmalarını yeni dəlillərlə alt-üst edir.
Bəli, Azərbaycanın tarixi zəfəri ilə uydurmalar dağılır, həqiqətlər üzə çıxır. Elm və tarixi həqiqətlər də erməni saxtakarlıqlarını, yalan və uydurmalarını təsdiq yox, rədd edir. Kamran İmanovun gəldiyi nəticə belədir...
Azərbaycan naminə gərgin zəhmət hesabına mükəmməl araşdırmalarına, bu şərəfli missiyasına görə hörmətli alimimizə minnətdar olmalıyıq...
Xəbər lenti
Hamısına baxSosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18

